«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2019-10-13, 11:38 PM
Main » Files » Islamda qadinlar » Aile

2012-06-28, 3:38 PM
Dünyada Kiçik Bir Cənnət Arzusu -1


Uca Allah insanın psixoloji olaraq hüzur tapması, özünü hər keçən gün daha çox inkişaf etdirməsi, mənlikdən, özünü görməkdən xilas olaraq başqaları üçün yaşamağı öyrənməsi, nəsillərin davamı üçün kişi və qadının evlilik müəssisəsi altında yaşamasını təqdir etmişdir.

Həm fiziki həm ruhi sağlamlıq baxımından ən əhəmiyyətli sığorta evlilikdir, evliliklə fərdin duyğu-düşüncələri dağınıqlıqdan xilas olar, cismani istəklər idarə altına alınar və əxlaq sağlamlığı ən gözəl şəkildə təmin edilmiş olar.

Evlilik və ailə həyatından hər kəsin gözləməsi, dünyada cənnətin kiçik bir bənzərini yaşaya bilməkdir, çünki kimsə kədərlənmək üçün evlənməz, hər evlənənin ən böyük yuxusu dinc xoşbəxt olmaqdır, sevmək və sevilməkdir, maddi-mənəvi dəyərlərin paylaşıldığı bir mühitin təmin edilməsidir. İdeal mənada evlilik,  dincliyin hədəfləndiyi bir razılaşmadıyar.

Uca Allah, Quranda buyurub: 
"… Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır. (Rum-21)

  Bu ayədəki, dostluq, sevgi, söhbət, mənalarına gələn ‘meveddet' sözü ayrıca, vəli və dost əldə etmək, köməkləşmək, başqasının nüfuzunu qəbul edərək vəzifə və salahiyetini tanımaq kimi mənalara da işlədilmişdir.

Bu ayədəki, ‘rəhmətin bir ölçüsnü olan şəfqət, qarşılıq gözləmədən köməyə qaçmaqdır. Belə bir şəfqət, eşqdən daha təsirlidir. Beləliklə,  yoldaşlar arasında ‘şəfqət və mərhəmət' hisslərinin canlı tutulması, xoşbəxt bir evlilik üçün əhəmiyyətli bir ünsürdür. Bu hisslərin əks olunması olan hal və rəftarları,  yoldaşların bir-birlərinə göstərmələri lazımdır.

Evliliyin təməli: hörmət, söhbət, şəfqət, sevgi, eşq… kimi bütün kalpsel ehtiyacların qarşılandığı, kədərlərin paylaşıldığı bir təşkilat olan evliliyə sağlam hər insan ehtiyac duyar.

İnsanın təkliyini aradan qaldıracaq, könülünü təsəlli edəcək və çətinliklərini paylaşacaq birinə duyduğu ehtiyac, qanuni xəttdə evlilik yoluyla qarşılanar.

Xoşbəxt bir evliliyin təməlini, qadınla kişi arasındakı hörmət, söhbət və şəfqət meydana gətirər. İslam, fitrət dini olduğundan, insanın bioloji, psixoloji və sosioloji bütün ehtiyaclarını qarşılamağa istiqamətli prinsiplər gətirmişdir. Bu məzmunda Quran pəncərəsindən ‘nəfsi vahidə' olaraq izah edilən kişi və qadın, bir bütünün iki yarısı kimidir. Nəfsi vahidə olmaq  sevginin tələb etdiyidir.


tebyan.net



Category: Aile | Added by: IslamQadini
Views: 665 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]