Main » Files » Islamda qadinlar » Aile |
2012-06-28, 3:41 PM | |
Dünyada Kiçik Bir Cənnət Arzusu -2 Bir möcüzədir ki, bir-birləri heç tanımayan iki fərd nikah oxunmasıyla aralarında böyük bir sevginin meydana gəldiyini hiss etmişlər. Aləmlərin Rəbbi həyat yoldaşı arasına sevgini yerləşdirdi, bundan sonrası isə həyat yoldaşlara qalmış ya bu sevgini gün keçdikcə gücləndirəcəklər ya da yox edib nifrətə çevirəcəklər. Təbii olaraq anlaşılmazlıqlar çıxacaq, yetər ki səbirli, anlayışlı olunsun, çox şey görməməzlikdən gəlinsin və insan bir az da səhvləri özündə görsün. Davamlı həyat yoldaşını səhvli görmək yerinə özünü hesaba çəksin. İnsanın laqeydliklərindən və içinə düşdüyü səhvlərdən xilas olmasının yolu, zaman zaman özünü sual etməsindən keçər. İnsana səhvlərini göstərməmək, nəfs və şeytanın ən böyük hiyləsidir. Davranış və düşüncələrini qüsursuz qəbul edən bir insan səhvini görə bilməz; səhvini görə bilməyən də, Allahın himayəsinə sığınmaz, çünki qüsurunu anlayan istiğfar edər və Allaha sığınıb şeytanın şərindən xilas olar. Duyğuların paylaşılması, yəyat yoldaşı arasında dincliyi təmin edən ünsürlərdəndir. Həyat yoldaşların inanclarından qaynaqlanan mənəvi dəyərləri paylaşması; aralarındakı sevginin artması üçün Allaha dua etmələri sağlam bir ailə mühiti üçün lazımlıdır. Ərıə-arvadın bir-birlərinin maraq sahəsinə yaxınlıq göstərməsi, ailə içi münasibətlərin gözəlləşməsinə zəmin hazırlayar. Məsələn, İkisinidən biribirinin bir idman komandasına yaxından maraqb göstərməsiylə digərinin də eyni hissləri keçirməsi ailə xoşbəxtliyinə dəstək olar. Həyat yoldaşların birlikdə gəzintiyə çıxmaları, ictimai fəaliyyətlərdə olmaları da bu mövzuda verilə biləcək misallardandır. Evlilik binasını dağıtmaya qədər aparacaq çatlaqlıqların təmiri mövzusunda, onların üzərlərinə düşən vəzifə və fədakarlıqlardan qaçınmaları, insanı dünya və axirətdə peşman edəcək bir rəftardır. Rəbbimizin, " Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. ." (Maidə-2) əmri onların xoşbəxtliyi üçün də həyati əhəmiyyət kəsb edir. Bu ilahi əmri göz qarşısında saxlayan cütlüklər, bir-birlərinə qulluqda, lütfkarlıqda, bir-birlərinin könülünü almaqda, aralarında meydana gələcək inciklikləri bağışlamada, elm öyrənməkdə, xoşbəxt etməkdə yarışarlar. Cütlüklərdən birinin əvvəl davranaraq bir təbəssüm, bir isti maraq göstərməsi problemləri həll etmədə olduqca təsirlidir. Elə isə kim Allaha daha yaxın qul olmaq, evliliyini xoşbəxt və isti bir yuvaya çevirmək istəyirsə; əvvəl o gülümsəsin, görməməzlikdən gəlsin və mübahisə anlarında sussun. Ailə xoşbəxtliyi üçün sevgililərin bəziləri, xoşbəxtlik yollarının araşdırılması və dincliyi pozacaq problemlərin aradan qaldırılmasında onların bir-biriylə yarışmaları Allahın məmnuniyyətini qazanmada ən kəsə yoldur. tebyan.net | |
Category: Aile | Added by: IslamQadini | |
Views: 975 | Downloads: 0 |
Total comments: 0 | |