Main » Files » Islamda qadinlar » Aile |
2012-07-26, 2:33 PM | |
Dünyanın ən böyük ailəsi 39 arvadı, 14 kənizi,94 uşağı və 33 nəvəsi Sion Xan ailəsi ilə birlikdə 4 mərtəbəli 100 mənzilli evində yaşayır FaktXeber.com-un verdiyi məlumata görə, hidistanlı Sion Xanın 39 arvadı, 14 kənizi,94 uşağı və 33 nəvəsi var. Xan Himalayda xristian sektasının rəhbəridir. Sion Xan ilk dəfə 17 yaşında evlənib. Bundan sonra da evlənməkdə davam edib. Bəzən elə olub ki, o, ildə 10 qadınla evlənib. 181 nəfər ailə üzvündən ibarət ailə özlərinin 4 mərtəbəli 100 mənzilli evində yaşayır. Onlar əsasən meyvə bağlarından təşkil olunan 24 ha torpaq sahəsinə, bir neçə dəri emalatxanasına, mağazalara və zəvvarlar üçün mehmanxanaya sahibdirlər. Ailə büdcəsi ən pis halda ildə 700 min dollar, ən yaxşı halda isə 900 min dollar təşkil edir. Bu da ailənin hər bir üzvü üçün 350-400 dollar edir. Hindistanın yoxsul təbəqəsi üçün bu, əməl-başlı pul edir. Ailə büdcəsinin 50 faizi qidalanmaya gedir. Məsələn təkcə şam üçün ailəyə 30 toyuq, 95 kq düyü və 65 kq kartofa ehtiyac olur. Ailədə vəzifə bölgüsünə ciddi riayət olunur. Sion Xanın xanımları növbə ilə hamı üçün yemək hazırlayırlar, qızlar evin təmizliyi və paltar yuma ilə məşğul olurlar. Oğullar və nəvələr isə mal-qara və əkin məsələsinə nəzarət edir, həmçinin dükanlarda oturur, mehmanxanada xidmət edirlər. Xan heç vaxt küçəyə tək çıxmır, yanında 8-12 xanımı olur (bayram günü 20-30 xanımı ilə). Qeyd edək ki, dünyada Sion Xanın sahib olduğundan daha böyük ailələrə rast gəlinir. Maraqlıdır ki, onlar da xristian məzhəbinə mənsubdurlar. faktxeber.com | |
Category: Aile | Added by: IslamQadini | |
Views: 1126 | Downloads: 0 |
Total comments: 0 | |