«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 10:52 AM
Main » Files » Islamda qadinlar » Aile

2012-10-13, 4:11 PM
AİLƏDƏ NARAZILIQ YARADAN 5 AMİL
 
 

(Tebyan saytına istinadən)

Deyerler.org: Ailə elə bir kiçik cəmiyyətdir ki, hər bir üzvün özünəməxsus məsuliyyətləri vardır. Bu insanların maddi, ictimai, sevgi ehtiyacları vardır. Ailədəki münaqişələrin bir çoxu məhz sevgi ehtiyaclarının düzgün ödənilməsi nəticəsində həll olunar.

Şübhəsiz ki, cəmiyyətimizdə olan bir çox əxlaqi çatışmamazlıqlar ailədən qaynaqlanır. Əxlaqla bağlı statistika göstərir ki, əxlaqsız insanlaın əksəriyyətinin ailəsi yoxdur, sağlam ailə rabitəsindən məhrum insanlardır. Həmçinin cəmiyyətdə o kəslər müvəffəqiyyət qazanmışdır ki, sağlam ailəyə malik olmuşdular. Ailədə kin və küdurəti yaradan amillər çoxdur, onlardan 5-nə işarə edək:


1. Eqoistlik.

Eqoistilik ailədə münaqişə yaradan amillərdən biridir. O kəslər ki, bu xəstəliyə düçar olur, öz yaxşı cəhəhətlərini görür və onları yüksək qiymətləndirir, ancaq pis cəhətlərini görmürlər. İslam dinində eqoistlik və təkəbbür çox məzəmmət olunmuşdur. Deyilir ki, əgər insan vücudunda bir zərrə qədər təkəbbür olarsa, behiştə daxil olmayacaqdır. Əlbəttə qadının ərindən başqasına təkəbbür göstərməsi bəyənilən bir əməldir. Ancaq ərinə qarşı olarsa, münaqişə yaradacaq böyük amildir.


2. Gözə kontrol etməmək.

Quran mübarək "Nur” surəsində möminlərə buyurur: "Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır”. ("Nur” 30).

Müsəlmanlar həyat yoldaşı seçən zaman gərək dindar, ürəklərinə yatan bir qadını seçsinlər. Onun aqibəti haqqında nə qədər çox düşünsələr, bir o qədər yaxşıdır. Çünki evlilik müştərək həyatın başlanğıcı deməkdir. İnsan özünə həyat yoldaşı seçəndən sonra və onunla evlilik müqaviləsi, yəni nikah bağladıqdan sonra gərək qeyrisinə gözlərini yumsun.

İmam Sadiq (ə) buyurur: "Heç bir kəs gözlərini yummaqdan çox fayda əldə edə bilməz. Çünki gözlər hər nə qədər Allahın haramından bağlı olarsa, kontrol edilərsə, nurani qəlblə Allahın əzəmətini və cəlalını görər”.

Hər kəs öz səadət və xoşbəxtliyinə meyillidirsə, evlilikdən sonra gərək uşaqca xəyallardan əl çəksin. Quran ayələrinə və hədislərə nəzər salanda görmək olur ki, gözə kontrol etməməyin çox sayda ziyanları və fəsadları vardır. Onlardan ən mühüm şeytanın tələsinin əsiri olmaqdır. Axirət üçün bədbəxtlik hazırlığında olmaqdır. İmam Əlidən (ə) soruşurlar ki, bu cür baxışlardan necə nicat tapa bilərik? Həzrət (ə) Allahı yada salmağı və iki rükət namaz qılmağı tövsiyə etmişdir.


3. Bədbinlik.

Quran buyurur: "Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır”. ("Hucurat” 12).

Sui-zənn çox çirkin bir əməldir. Hər bir müsəlmana yaraşmayan bir əməldir və əgər kimsə ailə üzvlərinə qarşı sui-zənn edirsə, həyatı həm özünə və həm də ətrafdakılar üçün acı edər. Əgər ailə bədgümanlıq xəstəliyinə düçar olarsa, rahatlıq və xoşbəxtlik görməz. Bu cür ailənin təməli həmişə təhlükədədir. Ola bilsin ki, hətta təlaqla sonlansın. Sui-zənnin gətirdiyi fəsadlara diqqət etməklə bu xəstəlikdən nicat tapmaq olar.


4. Eyib axtarmaq.

Quran buyurur: "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyib axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) - pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!” ("Hucurat” 11).

Bu dünyada elə bir insan tapılmaz ki, dünyanın bütün yaxşılıqları ancaq onda cəmlənmiş olsun. Hər bir eybdən və nöqsandan uzaq olsun. İnsanlar müxtəlif mədəniyyətlərdə, müxtəlif adət-ənənələrdə böyüyür.

Elə bir kişi və ya qadın yoxdur ki, onda eyib olmasın. Məsumlardan (ə) başqa. Ona görə də heç kimdə eyib axtarmaq lazım deyildir. Çünki bu əməl ailə təməlini sarsıda bilər. Ailədə narahatlıq yaradar.

Bir-birində eyib axtarmaq nəticəsində ərlə arvad bir-birinə qarşı kinli olar. Sevgi və mehrləri aradan gedər. Ailəyə qarşı soyuyarlar.

Eyib axtarmaq bir-birini təhqir etməyə gətirib çıxardar. Bu əməl nəticəsində ailədəki səfa və səmimiyyət aradan gedər. Ərlə arvadı bir-birindən qaçırdar.

Quran bu xəstəliyin qarşısını almaq üçün sevgiyə, səmimiyyətə və diqqətə dəvət edir. "Bir-birinizdə eyb axtarmayın”. Ailədə səmimi olmaq və yekdil olmaq vəhdət yaradar.


5. Yersiz gözləmələr.

Ailədə münaqişə yaradacaq amillərdən biri də yersiz intizarda olmaqdır. Belə ki, ailə üzvləri bəzən bir-birindən yersiz şeylərin edilməsini gözləyirlər. Bu gözləntilər həyata keçməyəndə ailədə münaqişə yaranar. Maraqlısı budur ki, insan ancaq özünün başqalarından gözlətilərinə diqqət edər. Başqalarının ondan nə istədiklərinə diqqət etməz. İnsanlar başqalarına etdiyi yaxşı əməlləri həmişə xatırlayırlar. Bu yaxşılıqların qarşısında cavab almayanda narahat olur və gileylənirlər. Ancaq başqalarının ona qarşı yaxşılıqlarını heç xatırlamırlar. Əgər bir ailədə ailə üzvləri bir-birinə qarşı bu cür rəftar edərsə, təbiidir ki, aralarında narahatçılıq və nigarançılıq da çox olar. Bu güleylərin sayını azaltmağın yolu gözləntiləri azaltmaqdır. İnsan gərək başqalarından heç bir şeyin intizarında olmasın. Öz Xaliqinə bağlı olub, Ondan gözləsin. Çünki ancaq Allah onun həqiqi ehtiyaclarını bilir və onları aradan qaldıra biləcək tək varlıq Allahdır.

İnsan başqalarına yaxşılıq edən zaman bunu qarşılqı gözləmədən etməlidir. Bunu məhz Allaha görə etdiyi düşünməlidir. Bu zaman insan baqşalarına yaxşılıq etməkdən ləzzət alar. Əlbətta axirətdə bundan da ləzzətli bir həyatın onu gözlədiyini düşünməlidir. Axirət savabına diqqət etməsi dünya həyatını çox şirin və təravətli edər.

Həzrət Peyğəmbər (s) buyurur: "O qadın ki, əri ilə ixtilaflı olar, onu gücü çatmayan işlərə vadar edərsə, əməlləri Allah tərəfindən qəbul olunmaz. Qiyamət günü isə Allahın qəzəbinə düçar olar”.

Xoşbəxt və rahat bir ailəyə sahib olmaq üçün münaqişələrdən uzaq olmağa çalışaq.

Hazırladı: Məşhədi Xanım

/Deyerler.org/
Category: Aile | Added by: IslamQadini
Views: 1021 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]