«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 9:01 AM
Main » Files » Islamda qadinlar » Aile

2013-08-27, 5:30 AM
Kişi - "İstəyən", Qadın - "İstənilən"
 
Qadın və kişi arasındakı fərqlərə səbəb olan əsas zəmin on­ların bir-birinə qarşı hissləridir. Yəni kişinin qadına qarşı his­sləri qadının kişiyə qarşı hisslərindən fərqlənir. Ailə haq­­qında danışarkən, bu məsələyə diqqət çox mühümdür. Müş­­tərək ailə qurmaq fikrində olan qadın və kişi bu sahəyə la­zımınca diqqət yetirməlidirlər ki, xoşbəxt həyat qura bil­sin­lər. Xüsusilə kişi bilməlidir ki, müştərək həyat qurmaq is­tədiyi kəs onunla rabitəyə öz prizmasından baxır və fərqli his­slərə malikdir. Əgər arada qarşılıqlı anlaşma olmasa, ailə­­nin xoşbəxtliyi yolunda böyük maneələr yaranacaq. Bu mə­sələdən xəbərsizlik və ya ona diqqətsizlik  bir çox prob­lem­lərin qaynağıdır.

Həmən problemlərdən biri budur ki, qadına mü­na­si­bə­t­də kişinin hissləri tələbli və ehtiyaclıdır. Həmin bu sə­bəb­dən kişi fiziki cəhətdən üstünlüyünə baxmayaraq, daim hə­yat yoldaşı sorağında olmuş, var-dövlətini, imkanlarını qa­dı­nın ixtiyarına vermişdir.

Kişi məhz bu fitri hisslərin hesabına qadına elçi düşmüş və öz ehtiyacını aşkarlamaqda əskiklik görməmişdir. Am­ma qa­dının bu sahədəki təbii hissləri fərqlidir. O, kişinin so­­ra­ğın­ca getməyi, rabitə üçün ilk addım atıb ehtiyacını açıq­­la­ma­ğı özü üçün əskiklik sayır. Qadın o zaman ruhi aram­lıq ta­pır ki, "istəyən” yox, "istənilən” olsun.

Qadının kişiyə münasibəti "istəmək” yox, "istənilmək” his­­sləri üzərində qurulmuşdur.

Bu səbəbdən də qadının ən böyük hünəri o olmuşdur ki, hə­yat yoldaşının qəlbini ram etsin, onu özünə heyran qoy­sun. Təbiət də kişini öz məhəbbətinə əsir etmək üçün qa­dı­na fiziki və psixoloji imkanlar vermişdir. O, zərif gedişləri ilə kişinin qəlbinə nüfuz edir, onu öz xidmətində saxlayır. Bə­zən isə kişinin şücaətlərinə səbəbkar olur. Qadını kişi qarşısında bu qədər güclü etmək yaranışın mahir tədbirlə-rin­­dəndir. Kişi dünyanı, qadınsa kişini fəth edə bilir.

Əgər qadında onu kişidən fərqləndirən xüsusiyyətlər ol­ma­saydı, şübhəsiz ki, onu özünə heyran qoya bilməzdi. Bu sə­bəbdən də kişilər kişiyə oxşar qadınları sevmirlər.

Tarix şahiddir ki, bir çox amansız hakimlər qadın qar­şı­sın­da aciz qalmışlar. Dünyanı qılıncdan keçirən bu fatehlər qa­dın qarşısında boyun əyib, öz heçliklərini etiraf etmişlər.

Qadın bu sayaq hisslərə malik olduğundan yalnız özünə vur­ğun kişi ilə birlikdə olduqda xoşbəxtliyi dadır. Kişi isə be­lə deyil. O yalnız sevdiyi qadını tapdığı vaxt ləzzət du­yur.

"Gənc Ailələr Üçün" kitabından
Category: Aile | Added by: IslamQadini
Views: 1710 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]