«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 3:53 AM
Main » Files » Islamda qadinlar » Aile

2013-02-06, 11:43 PM
Həyat yoldaşını tanımağa çalışmalı



Hər bir insanın özünəməxsus vərdişləri və şəxsiyyəti vardır. Onun bu şəxsiyyəti həyatı boyu formalaşmışdır. Bu vərdişlər onun əqidəsinin təməlini təşkil edir. "De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir». ("İsra” 84).

Həyat yoldaşını seçən zaman onu yaxından tanımaq bəzən insanlara yersiz görünür. Elçilik mərhələsində bu cütlər bir-birlərini kifayət qədər tanımağa çalışacaqlar. Ancaq bu tanımaq çox zəruri və mühüm bir məsələdir, lakin bu da kifayət deyildir. Çünki qadınla kişi ilk növbədə bir-birini cəlb etməyə səy edərlər. Bu zaman bəzi həqiqətlər gizli qalar. İkincisi isə heç bir insan o biri insanın daxilini tamamilə öyrənə bilməz.

Qadınla kişi nişanlı olan zaman elçilik mərhələsindəki tanımanı kamilləşdirməlidir. Mehribancasına öz əlaqələrini və həssaslıqlarını bir-birinə deməlidirlər. Bir-birinə bu sahədə kömək edərlər. Bu tanıma zamanı bəzi məsələlərə diqqət etmək lazımdır:

- Bir-biri ilə elə rəftar etməlidirlər ki, rahatlıqla öz xüsusiyyətlərini bir-birinə deyə bilsinlər.

- Bu tanıma qarşı tərəfin alçaldılması kimi qiymətləndirilməməlidir. Yəni, onu məzəmmət etmək lazım deyildir ki, öz eyblərini dilə gətirir.

- Gözləməyin ki, bir hədis və ya bir ayə oxumaqla o, həmin eybini aradan aparacaqdır.

- Bunu nəzərə almaq lazımdır ki, cütlər bir-biri ilə aqilcəsinə rəftar etmək üçün bir-birini tanımalıdırlar.

- Qadın və ya kişi həyat yoldaşına eyblərini deyərsə, onlar bir yerdə bu eybləri aradan qaldırmağa çalışacaqlar.



Həyat yoldaşını necə tanımaq olar?

Həyat yoldaşınızı yaxşı tanıyıb-tanımadığınızı öyrənmək üçün ilk növbədə baxmalısınız ki, ondan gözlədikləriniz rəftarı sizinlə edirmi?

Bu məsələni səmimi bir ailə mühitində müzakirə edin. Bir vərəqdə həyat yoldaşınızı necə görmək istədiyinizi yazın və o, da yazsın. Sonra da bu vərəqləri bir yerdə bir-birinizə oxuyun.

Bu məsələlərə ciddi diqqət etmək lazımdır:

- Diqqətli şəkildə həyat yoldaşınızın müsbət xüsusiyyətlərini bu kağızda yazın.

- Həyat yoldaşınızın xoşlamadığınız eybini isə səmimi şəkildə ondan sonra qeyd edin.

- Sonra isə vərəqləri bir-birinizə verin və heç biriniz buna görə qarşı tərəfi məzəmmət etməsin. Ola bilsin ki, vərəqdə olanların bəzisi yanlış olsun. Ona görə də əvvəl özünə bir nəzər sal və bax gör həyat yoldaşının dedikləri düzdürmü? Əgər həqiqətən həyat yoldaşın səhv etmişdirsə, bunu səmimi bir mühitdə ona de.

Hədislərin birində oxuyuruq: "Hər kəs ki, öz nəfsini tədqiq edər, eybinə agah olar, günahını tanıyar. Nəticədə günahı azalar, eybləri islah olar”.

Onu düzəltmək üçün çarə düşünün.

- Həyat yoldaşının qeyd etdiyin müsbət xüsusiyyətlərini unutmamağa çalış və onları xatırla. Həyat yoldaşını buna görə təriflə. Bir də o nöqtəyə diqqət et ki, sənin həyat yoldaşının gözündə hələ də müsbət cəhətlərin vardır. Ancaq istəyir ki, sənin başqa yaxşı xüsusiyyətlərin də olsun. Həyat yoldaşının razılığını cəlb etmək istəyirsənsə, bunlara əməl etməyə çalış.

Bu əməl nəticəsində cütlər bir-birini daha yaxşı tanıyacaq və bir-birinin bəyəndiyi rəftarları göstərməyə çalışacaqlar. Bu məsələ ikinizin arasında bir sirr olmalıdır. Ən yaxın qohumlarınıza belə bu haqda danışmayın.

Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən əxlaqı dəyişmək yaradılışın simasını dəyişməyə bənzəyir. Şübhəsiz ki, sən kiminsə əxlaqını tamamilə dəyişdirə bilməzsən. Məgər o halda ki, xilqətini dəyişəsən”.

Ərlə arvad bu məsələləri bilsələr yaxşı olar:

- Qadınla kişi bilməlidir ki, onların arasında olan münaqişə bir-birini düz başa düşməməyə görədir. Bunun pis xüsusiyyət və ya pis xilqətlə əlaqəsi yoxdur.

- Ərlə arvad bilməlidir ki, həyat yoldaşının bütün xüsusiyyətləri pis deyildir. Həyat yoldaşının xasiyyəti ilə düz gəlməyən zaman pis təcəlli olur.

- Ərlə arvad gərək bir-birinə yanaşma tərzini təzələsinlər. Bir-birinə qarşı yaranmış mənfi cəhətləri unutmağa çalışsınlar. Həyatlarında müsbət cəhətlərinə daha çox yer versinlər və onları görməyə çalışsınlar.




deyerler.org
Category: Aile | Added by: IslamQadini
Views: 1024 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]