«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 4:08 AM
Main » Files » Islamda qadinlar » Hedisde qadin

2009-09-12, 12:05 PM
 
Qadına olan xüsusi diqqət

Həzrət Əmirəl-möminin Əli (ə) İmam Həsən Müctəbaya (ə) xitabən qadını belə vəsf edir:
    
فَإِنَّ الْمَرْأَةَ رَيْحَانَةٌ وَ لَيْسَتْ بِقَهْرَمَانَة

    «Qadın qəhrəman yox, xoşətirli bir güldür» («Nəhcül-bəlağə», 31-ci məktub). Əgər qadın bir gülə bənzədilirsə, deməli onun solmaması üçün ona daha çox qayğı göstərilməli və diqqət yetirilməlidir.
     İmam Sadiq (ə) isə belə buyurub:

    
مَنِ اتَّخَذَ امْرَأَةً فَلْيُكْرِمْهَا فَإِنَّمَا امْرَأَةُ أَحَدِكُمْ لُعْبَةٌ فَمَنِ اتَّخَذَهَا فَلَا يُضَيِّعْهَ

     Yəni, evlənən kişi, qadınına (zövcəsinə) ehtiramla yanaşmalıdır. Çünki, qadınlarınız sizin oyun-oyuncağınızdır və onu (oyuncağı) əldə edən onu korlamamalıldır («Biharul-ənvar», 103-cü cild, 224-cü səh).
     Bu hədisdə işlədilmiş «lə’bətun» (yəni oyun-oyuncaq) sözü ötəri və sadəcə bir məşğuliyyət mahiyyəti daşıyan oyun-oyuncaq mənasında deyil.
     Çünki, ehtiram, Quran anlayışında təqva və pərhizkarlıqdan yaranan dəyərli və təqdirəlayiq bir məziyyətdir. Oyun-oyuncaq isə ehtiram və dəyərə layiq bir vasitə deyil.
     Deməli, hədisdəki «lə’bətun» sözünü oyun-oyuncaq kimi mənalandırmaq düzgün deyil. Bu hədisin də mənası, birinci hədis kimi olacaqdır. Yəni, qadın bir gül ləçəyi kimi zərif və incədir. Nəbadə bu incə ləçəyi korlayıb, məhv edəsiniz!
     İslamda ailənin, həmçinin məktəblərin sərpərəstlərinə tövsiyə olunur ki, qız uşaqlarına oğlan uşaqlarından daha çox qayğı göstərilsin. Çünki qız, oğlandan altı il tez ibadi məsuliyyətə cəlb olunur. Deməli, qadın kişidən daha tez Allahla razi-niyaz etmək qabiliyyətini əldə edir. Eləcə də qadında olan güclü duyğular və meyillər onun düz yoldan sapınması üçün əlverişli şərait yaratdıqda, ibadi məsuliyyət, bu meyilləri mötədilləşdirir və qadını qoruyur. İslam dinində qadına xüsusi əhəmiyyət verilir. «Mən la yəhzuruhul-fəqih» adlı dəyərli kitabın müəllifi mərhum İbn Babuvəyh Qummi (c.ə), bu kitabdakı «Namaz» fəslində «Namazda qadınlara xas qaydalar» başlığı altında namaz qılarkən qadınların qiyam halı, rükuya getmə, təşəhhüd oxuma tərzləri, həyalı bir şəkildə ayağa qalxmaq və s. bu kimi qaydaları sadalamışdır. O, bu fəslin sonunda İmam Sadiqdən (ə) bu hədisi nəql edir:

    
فَإِذَا سَبَّحَتِ الْمَرْأَةُ عَقَدَتْ عَلَى الْأَنَامِلِ لِأَنَّهُنَّ مَسْئُولَاتٌ يَوْمَ الْقِيَامَةِ

     Yəni, qadın, barmaqları ilə zikrləri saysın, çünki barmaqlardan da sorğu-sual olunacaq («Mən la yəhzuruhul fəqih», 1-ci cild, 374-cü səh, 1089-cu hədis).
     İstər kişi, istərsə də qadın üçün zikrlərin sayını saymaqda ən yaxşı vasitə İmam Hüseynin (ə) türbətindən hazırlanan təsbehdir. Zikrləri barmaqları ilə saymaq qəbul olunsa da, lakin onun üçün belə bir tövsiyə qeydə alınmamışdır. Yalnız barmaqlarının sayaraq zikr etmək tövsiyə olunur və bu, Allahın qadına olan xüsusi lütfkarlığıdır. O, istəyir ki, bu yolla qadının barmaqları belə ibadət etsin və hər an bu barmaqları günahdan qorumağı düşünsün.
     Allah-Taala Qiyamət günü insanı eynilə dünyadakı bədənində məhşərə gətirəcək:

    
بَلَى قَادِرِينَ عَلَى أَنْ نُسَوِّيَ بَنَانَهُ

     «Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik». («Qiyamət» surəsi, 4-cü ayə)
     Hətta əl və barmaqlar deyil, barmaqların izi belə Qiyamət günündə olduğu kimi düzəlib, şəhadət verəcəkdir.
     Əgər bu hədisdə zikrləri barmaqla sayıb zikr etmənin bir nümunə və misal ünvanında qeyd olunduğunu fərz etsək (çünki hədislərin məzmunu ümumi məna daşıyır), aşağıdakı nəticəni alarıq:
     Bu hədisə əsasən, Allah-Taala qadının bütün vücudu ilə Haqq-Taalaya bəndəlik etməsini istəyir. Bu səbəblə də O, qadını kişidən altı il tez Öz lütfünə şamil etmişdir. Sanki ibadət və bəndəlik, bir saraya bənzəyir ki, icarəsiz oraya daxil olmaq qadağandır və bu sarayın Sahibi qadına kişidən altı il tez ora daxil olmaq iznini vermişdir. Deməli, Allah-Taalanın qadına qarşı lütfkarlığı daha çoxdur.
     Nəticədə demək olar ki, əgər bu nümunələri qadının kişidən üstünlüyünü sübuta yetirmək üçün əsas götürmək istəməsək də, ən azı, dində qadına olan xüsusi diqqət aşkar olur. Bir şərtlə ki, qadın da öz mövqeyini dərk etməlidir.
     Qadının ibadi məsuliyyətə kişidən daha tez cəlb olunması onun naqisliyini yetirmir. Əksinə, qadın bir gül olduğu üçün bağbanın xüsusi qulluğu altında olmalıdır. Bağban isə Qurani-Kərim, məsumlar və Uca Tanrıdır:

    
وَاللَّهُ أَنْبَتَكُمْ مِنَ الأرْضِ نَبَاتًا

    «Və Allah sizi yerdən xas bir şəkildə cücərtdi (bitki kimi)». («Nuh» surəsi, 17-ci ayə)
     O Bağban da, hansı gülə daha çox qulluq etməyi və qayğı göstərməyi daha yaxşı bilir.
     Quran bu ayə ilə ümumi bir qanunu bəyan etmişdir: yaradılış aləmində bağban, Allahdır və bu qadın-kişi fidanlarını Allah yaradıb. O, bilir ki, bəzi fidanları solmaqdan və aludəçilikdən qorumaq üçün daha tez din örtüyü altına salmaq lazımdır. Bu isə o fidanların üstünlüyüdür.
     Əgər qadın, kişidən daha tez Allahın hüzuruna dəvət olunduğunu nəzərə alsa, öz üstünlüyünü dərk edər və bilər ki, onun bu kainatda xüsusi yeri vardır.

Category: Hedisde qadin | Added by: IslamQadini
Views: 887 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]