«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 7:05 PM
Main » Files » Islamda qadinlar » Qur'anda qadin

2009-08-20, 7:43 PM
Məhrəmlərlə evlənməyin haram olunması
«Nisə» surəsinin 23-cü ayəsinin təfsiri

(«Təfsiri-nümunə»dən tərcümə)
«Nisə» surəsi, ayə 23


حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالاتُكُمْ وَبَنَاتُ الأخِ وَبَنَاتُ الأخْتِ وَأُمَّهَاتُكُمُ اللاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُمْ مِنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ اللاتِي فِي حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ اللاتِي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلا جُنَاحَ عَلَيْكُمْ وَحَلائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلابِكُمْ وَأَنْ تَجْمَعُوا بَيْنَ الأخْتَيْنِ إِلا مَا قَدْ سَلَفَ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا
 Ayənin tərcüməsi:
23. «Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınız himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayan və mehribandır».
Ayənin nazil olma səbəbi:
Bu ayədə məhrəmlərə, yəni, evlənmənin haram olunduğu qadınlara işarə edilib. Bunun əsnasında, məhrəmlik və izdivacın haramlığı üç yolla hasil olur:
1. Doğum səbəbilə (nəsəbi məhrəm);
2. İzdivac səbəbilə (səbəbi məhrəm);
3. Süd əmmə səbəbilə (rizayi məhrəm).
Əvvəlcə yeddi dəstədən ibarət olan «nəsəbi məhrəm»lərə işarə edilib. Buyurur: «Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları ilə (evlənmək) sizə haram olundu».

حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالاتُكُمْ وَبَنَاتُ الأخِ وَبَنَاتُ الأخْتِ

Diqqət etmək lazımdır ki, «ana»dan məqsəd yalnız, insanın doğma anası deyil, nənəsi, anasının nənəsi, atasının nənəsi və onun kimilər də aiddir. Həmçinin, «qız»dan məqsəd yalnız, vasitəsiz olan öz qızı deyil, bəlkə də, qızının və oğlunun qızı və başqa övladlarının qızlarına da aid olur. O biri beş dəstə də həmin qaydada geniş mənaya malikdir.
Sonra «rizayi məhrəmlərə» (süd əmməklə məhrəmlərə) işarə edib, buyurur: «Süd analarınız və süd bacılarınız sizə haram olundu».

وَأُمَّهَاتُكُمُ اللاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُمْ مِنَ الرَّضَاعَةِ

Axırıncı mərhələdə üçüncü dəstə məhrəmlərə işarə edərək onları bir neçə ünvanda bəyan edir:
1. «Və arvadlarınızın anaları»

وَأُمَّهَاتُ نِسَائِكُمْ

Yəni, insan hər hansı bir qadınla nikah bağlayıb evlənən kimi onun anası, anasının anası axıra qədər hamısı ona əbədi haram olur (onlarla evlənə bilməz).
2. «Və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək sizə haram edildi».

وَرَبَائِبُكُمُ اللاتِي فِي حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ اللاتِي دَخَلْتُمْ بِهِنَّ
Ayənin davamında isə buyurulur: «Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün haram deyildir».

فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلا جُنَاحَ عَلَيْكُمْ

3. «Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək (sizə haramdır)».

وَحَلائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلابِكُمْ

Əslində «öz belinizdən gələn oğullarınız» ifadəsi cahiliyyət dövründə adət halını almış (oğulluq və onun hökmü) səhv qanunun üstündən batil xətti çəkir.
4. «İki bacını birlikdə almaq da sizə haramdır».
وَأَنْ تَجْمَعُوا بَيْنَ الأخْتَيْنِ

Cahiliyyət dövründə məhrəmlərlə evlənmək və iki bacını almaq adət halına düşmüşdü və çoxları bu cür işi edirdi. Quran yuxarıdakı cümlədən sonra buyurur: «Yalnız keçmişdə (cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır».



إِلا مَا قَدْ سَلَفَ

Yəni, əgər bəziləri bu qanun nazil olmamışdan əvvəl bu cür evləniblərsə, onların cəzası yoxdur. Qanun verildiyi vaxtdan qüvvəyə minir. Qanuna qədər iki bacı ilə evlənənlər günahkar sayılmasa da, bu qanun verildikdən sonra bacılardan biri boşanmalıdır.
Ayənin axırında buyurur: «Allah bağışlayan və rəhm edəndir».

إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا

İncə mətləblər

1. Əvvəlki dinlərdə də məhrəmlərlə izdivac haram olmuşdur.
2. Hər bir şeyin (yemək, içmək, müamilə, evlənmə və s.) halal və ya haram edilməsi yalnız Allahın ixtiyarındadır.
3. İnsan öz arvadının əvvəlki ərindən olan qızlarına öz qızı kimi baxmalı, onun tərbiyəçisi olmalıdır. Çünki onun yanında tərbiyə olunur və şəxs də onun atası sayılır.
4. Öz nəslinizdən olan övladların həyat yoldaşları sizə haramdır (məhrəmdir). Amma oğulluğa götürdüyünüz şəxsin həyat yoldaşı məhrəm deyil.
5. İki bacı ilə evlənmək adətən bir-birinə həsəd aparmasına səbəb olduğuna, şəxsi və cinsi rəqabət ilə nəticələndiyinə görə onların məhəbbətləri ədavətə səbəb olur, buna görə də yuxarıdakı ayədə bu iş qadağan olunmuşdur. («Nur» təfsiri)

Category: Qur'anda qadin | Added by: IslamQadini
Views: 852 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]