«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 7:00 PM
Main » Files » Islamda qadinlar » Qur'anda qadin

2009-09-15, 10:21 AM
Qadınların hüququnun müdafiəsi
«Nisə» surəsinin 19-cu ayəsinin təfsiri
(«Təfsiri Nümunə»dən tərcümə)

Ayənin tərcüməsi:
    
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّسَاءَ كَرْهًا وَلا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا

     Nisə surəsi, ayə 19: «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq törətməklə) varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər (hər hansı bir səbəbə görə arvadlarınızdan razı olmasanız və bəzi işlərə görə) onlara nifrət etsəniz, (tələsik ayrılmaq qərarına gəlməyin, nə qədər qüdrətiniz varsa, dözün. Çünki ola bilsin ki, öz qərarınızda səhvə yol verəsiniz) ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun».
     Ayənin nazil olma səbəbi:
     «Məcməul-bəyan» təfsirində imam Baqirdən (ə) nəql olunur ki, bu ayə, öz arvadlarını lazım olan qaydada saxlamayanlar barəsində nazil olub. Onlar arvadlarının ölümünü gözləyirdilər ki, mallarına sahib olsunlar.
     İbn Abbasdan belə nəql olunub: «Yuxarıdakı ayə arvadları ağır mehriyyəyə malik olan və eyni zamanda onlarla evlənməyin davam tapmasını istəməyən şəxslər barəsində nazil olmuşdur. Həmin şəxslər ağır mehriyyəyə görə arvadlarına talaq vermir və onları sıxıntıda saxlayırdılar ki, arvadları mehriyyəni bağışlayıb talaq alsınlar».
     Bir qrup təfsirçilər yuxarıda qeyd olunmuş ayənin nazil olma səbəbini bu ayəyə uyğun yox, başqa cür (22-ci ayəyə uyğun) söyləmişlər. (Bu barədə həmin ayənin izahında deyiləcək).
     Təfsir:
     Bu ayədə cahiliyyət dövrünün iki xoşagəlməz adətinə işarə olunur və möminlərdən bu adətlərə qurşanmaması istənilir. O cümlədən:
     1) Ayənin şəni-nüzulunda deyildiyi kimi, kişilərin cahiliyyət dövründə zalımcasına etdikləri rəftarlardan biri bu idi ki, gözəl olmayan varlı qadınlarla izdivac edirdilər. Daha sonra onları aciz vəziyyətdə qoyurdular–nə onlara talaq verir, nə də onlarla bir qadın kimi rəftar edirdilər. Onlar arvadlarının mallarına sahib çıxma üçün onların ölümünün tezləşməsini gözləyirdilər. Ayədə buyurulur:
    
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّسَاءَ كَرْهًا

     «Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq törətməklə) varis çıxmaq sizə halal deyildir!...».
     Ayə yuxarıda qeyd olunmuş əməli bu cür pisləmişdir.
     2) Xoşagəlməz adətlərdən biri də o idi ki, kişilər öz arvadlarını müxtəlif vasitələrlə sıxıntıda saxlayırdılar ki, məcbur olub mehriyyəni onlara bağışlasınlar. Bununla da, onlara talaq versinlər (Bu iş mehriyyəsi ağır olan qadınlarda daha çox baş verirdi). Haqqında bəhs etdiyimiz ayə bu işi qadağan edir və buyurur:
    
وَلا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ

     «... özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin...».
     Amma bu hökmün müstəsnası vardır ki, növbəti cümlədə ona işarə olunmuşdur. O da budur ki, əgər onlar pis işlərlə məşğul olsalar, ərləri onları sıxıntıda saxlaya bilər. Nəticədə, qadın mehriyyəni halal etməklə talaq ala bilər. Ayədə buyurulur:
    
إِلا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ

     «... açıq-aşkar pis bir iş görməyincə...».
     Əslində bu iş bir qrup qadınların ləyaqətsiz işlərinin qarşılığı olaraq bir növ cəzalandırma və cərimə ödəmə kimidir.
     Görəsən, yuxarıdakı ayədəki ِفَاحِشَةٍ مُبَيِّنَةٍ «açıq-aşkar pis iş» iffətə zidd əməllərə işarədir, yoxsa qadına yaraşmayan hər növ hərəkətlərə aiddir? Bu barədə təfsirçilərin müxtəlif nəzərləri vardır. O cümlədən:
     1) İmam Baqirdən (ə) nəql olunmuş hədisdən aydınlaşır ki, فَاحِشَةٍ kəlməsindən məqsəd – «nuşuz»dur. (Öz ərlərinə tabe olmayan, həyatı ərlərinə acınacaqlı və xoşagəlməz bir zindan edən, ərinin icazəsi olmadan evdən çölə çıxan, özünü ərinin cinsi ehtiyaclarını təmin etmək üçün hazırlamayan qadınlar «naşizə» adlanırlar).
     2) Mərhum Təbərsi isə deyir: «Üstün nəzər budur ki, فَاحِشَةٍ hər növ günaha aiddir». Ayədəki «açıq-aşkar pis iş»dən məqsəd, qadının hər cür itaətsizliyinə, üsyankarlığına, sözə baxmamasına və ona yaraşmayan hərəkətlərinə şamil olur. Sonra qadınlarla layiqli və insani rəftar edilməsinə hökm verir. Buyurur:
    
وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ

     «...Onlarla gözəl rəftar edin!...».
     Onun ardınca əlavə edir ki, hətta
    
فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا

     «...Əgər hər hansı bir səbəbə görə arvadlarınızdan razı olmasanız və bəzi işlərinə görə onlara nifrət etsəniz (tələsik ayrılmaq qərarına gəlməyin, nə qədər qüdrətiniz varsa, dözün. Çünki ola bilsin ki, öz qərarınızda səhvə yol verəsiniz). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah sizdən ötrü çoxlu xeyir nəzərdə tutmuş olsun».
     Deməli kişilər, bıçaq sümüyə dirənənə qədər qadınlarla layiqli və insani rəftarı tərk etməməlidirlər.
     Həmçinin, ayədəki «خَيْرًا كَثِيرًا» «çoxlu xeyir» ifadəsinə də diqqət etmək lazımdır. Bu ifadənin geniş anlayışı vardır. O cümlədən dəyərli, ləyaqətli və saleh övladlar mənasını da çatdırır.

Category: Qur'anda qadin | Added by: IslamQadini
Views: 966 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]