«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 6:48 PM
Main » Files » Islamda qadinlar » Xanim Zehra (e)

2009-08-30, 5:52 AM



GÜNÜMÜZÜN PƏNAHI OLAN ÇAĞIRIŞ: YA ZƏHRA (s.ə.)!

Bismillahir Rehmanir Rehim!


Sənin mövlud günündə sevinmək bizə nəsib olmaq istəmir. Dərdli-dərdli yollara baxan, zülmlərə qalib gəlmək istəyənlər sənin şad günündə sevinər, qəmli günlərinə şərik olarlar. Necə ki, əziz peyğəmbərimiz Həzrət Muhəmməd (s) buyurduğu kimi: "Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir”.


Peyğəmbərimizin (s) bu kəlamlarından sonra da belə bəziləri Peyğəmbərin (s) buyurduqlarına riayət etmədilər. Allahın Peyğəmbəri (s): "Qızım ona görə Fatimə adlanıb ki, Allah-təala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib”, - deyə buyurub. Lakin bəziləri, onu sevməkləri bir yana, heç Peyğəmbər (s) balası olduğuna da hörmət etmədilər.

Xanım Fatimə (ə) kim idi? Bu suala cavab vermək bizlərə çətin və ağırdır. Bu xanımı yalnız peyğəmbərin(s) dilindən deyilən sözlərlə dilə gətirməyimiz daha gözəl və həqiqətə uyğun olar.

Həzrət Muhəmməd (s) qızı haqqında belə buyurmuşdur: "Qızım Fatimə - dünya və axirət xanımlarının xanımıdır”. Bəlkə də ağıllı insanlar üçün bu kəlmə kifayət edər…

Xanım Zəhra (ə) öz dövrünün və indiki dövrümüzün nümunəsidir. Xanımlar bu böyük şəxsiyyətdən, Peyğəmbər (s) balası Zəhradan (ə) ibrət götürsələr, çox irəlidə olar və behiştdə o əziz Xanımla görüşmək şansı əldə edərlər.

Ailədə, cəmiyyətdə etdikləri gözəl işləri, təzahür etdikləri əxlaqi keyfiyyətlərini hədislərimizdən eşitmiş və oxumuşuq. Allahın onun üçün seçdiyi həyat yoldaşı Əli (ə) ilə rəftarından bir hissəyə toxunmaq istərdik. Evində yemək olmadığı halda yoldaşına bu haqda bir kəlmə söyləməyən Xanım Zəhra (ə), Əlinin (ə) ona verdiyi: "Mənə evdə yemək olmadığını niyə söyləmədin, ya Fatimə” sualının cavabında: "Səndə olmayan bir şeyi istəməyə Allahdan həya edirəm”, - deyə buyurdu.

Allahın bəxş etdiyi nur ilə Xanım Xədicə (ə) və Peyğəmbərimiz Muhəmmədin (s) evinə göndərilən bu nurun, nuru həqiqətən səma əhlinə, ulduzların yerdə olanlar üçün saçdığı kimi saçırdı. Allah yanında doqquz adı olan, Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra (ə) - Cənnət xanımlarının xanımıdır.

Xanım Məryəm (ə) və xanım Zəhra (ə) arasında oxşar bir hadisə var ki, hər ikisinə behişt meyvələri və yeməkləri göndərilmişdir. Və hər ikisi behişt xanımlarıdır.

Bu günlər Xanımın təvəllüdüdür. Əlimiz boş olsa da, qəlbimiz onun sevgisiylə doludur. Peyğəmbərimiz (s) Fatimə əleyhəs-səlama buyurub: "Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur”.

Uca Yaradan Zəhranı (ə) bu qədər əziz bildikdən sonra, biz Allah qulları yalnız "Ləbbeyk!” deyib, "Ya Zəhra, Qiyamətdə və axirətdə şəfaətini bizlərdən əsirgəmə!” deyirik. İlahi, amin!

Zeynəb Aslanova

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi

Category: Xanim Zehra (e) | Added by: IslamQadini
Views: 2714 | Downloads: 0 | Comments: 1
Total comments: 1
0  
1 Zehra_gozeldir   (2009-09-01 4:52 PM) [Daxil ol]
“Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir”.
biggrin

Only registered users can add comments.
[ Registration | Login ]