«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar ertəsi, 2024-12-30, 9:04 PM
Main » Files » Islamda qadinlar » Xanimlar ucun (

2012-04-30, 11:58 PM
ANALIĞIN BAŞLANĞICI


   Ata spermasının ana bətnində yerləşməsindən etibarən qadının analığı başlar. O andan etibarən qadının bətnində canlı bir varlıq meydana gəlmiş olub sürətli bir şəkildə hərəkət və təkamül edər. O çox kiçik varlıq, kamil bir insan şəklinə gələnə qədər fövqəladə bir sürətlə inkişaf edər və böyüyər. İnsanın gerçək yaşı o andan başlar. Elm adamlarından biri belə yazır:
"İnsan dünyaya gəldiyində yaşından doqquz ay keçmişdir və bu ilk doqquz aylıq zaman ərzində ömürünün sonuna qədər sahib olacağı bənzərsiz varlığının təyinində çox böyük rolu olan bir sıra mərhələlərdən keçər." [1]
   Hamilə qadın, o zamandan etibarən artıq ana olmuşdur və rəhmində inkişaf etməkdə olan uşağa qarşı məsuldur. Ataların sperması və xromosomlarda olan xüsusiyyətlər genetik olaraq uşağa intiqal edərək onun cisimi və ruhi şəxsiyyətinin meydana gəlməsində təsir buraxsa da, bu yaşamaqda olan varlığın gələcəyi böyük bir ölçüdə ananın əlindədir.  Ata və babaların xromosomları insanlıq yumurtasıdır və ananın rəhmi uşağın  yetişmə mühitidir.  Yetişmə mühiti bir fərdin şəxsiyyətinin meydana gəlməsində çox təsirli olar.
   Elm adamlarından biri belə yazır: Ata və ana uşağa sağlam bir saray meydana gətirib uşağı o sarayda yetişdirə biləcəkləri kimi onu xarab və nəmli bir küncə ataraq da yetişdirə bilərlər. Belə bir məkanın bəşərin sonsuz ruhu üçün yaşamağa əlverişli olmadığı açıqdır. Bundan ötəri ata və ana insanlıq qarşısında çox böyük məsuliyyətlər boynuna götürmüşlər. [2]
   İnsanın sağlam və ya xəstə, güclü və ya zəif, gözəl və ya çirkin, ağıllı və ya gerizekalı, yaxşı və ya pis olmasının təməli ana rəhmində atılmaqdadır. Uşağın səadət və ya bədbəxtliyi ana rəhmində başlamaqdadır.
   Rəsulullah (s. a. a) belə buyurur:
"Hər kəsin səadət və bədbəxtliyi ana rəhmində yaşadığı zaman başlar. "[3]
   Hamiləlik dövrü, çox həssas və çox məsuliyyət istəyən bir dövrdür. Məsuliyyətinin fərqində olan şüurlu bir qadın, hamiləlik dövrünü normal bir zaman kimi təsəvvür edə bilməz və ona qarşı etinasız ola bilməz. Çünki bir anlıq qəflət və ya tənbəllik nəticəsi öz sağlamlığını itirməsi, yaxud hər vaxt üçün bədbəxt olacaq, dünyada əzab çəkərək davamlı sızlayıb dayanan xəstə və ya qüsurlu uşağı yetişdirmək məcburiyyətində qalması qaçınılmazdır. Alimlərdən biri belə yazır:
Ana bədəni və onda meydana gələn hadisələr dölün inkişaf mühitini təsir edər. Döl, mühit dəyişikliklərinə nis-petle inkişafını tamamlamış olan öz anasından daha həssasdır. Buna görə, hər qadın uşağının ilk evi üçün mümkün olan ən yaxşı mühiti hazırlamaqla mükəlləfdir və ancaq həyatında, hansı hadisələrin uşağın inkişafında təsirli ola biləcəyini bildiyi təqdirdə vəzifəsini etməyə müvəffəq olacaq. Uşağın inkişafının normal olmayacağından narahatlıqlanmaq onun səadətini təmin etməz. Buna səbəb olacaq şeylərdən qafil olmaq da fayda verməz. İnsanın necə inkişaf etdiyini və ondakı dəyişmələrin necə ortaya çıxdığını bilmək, uşağın doqquz aylıq döl halındakı həyatı boyunca anaya məsuliyyətini tanımada və uşağının həyatı üçün ən yaxşı şərtləri təmin etmədə bələdçi olar. Doğumdan əvvəl və ya sonra uşağın inkişafı üçün sağlam bir mühitin təmini heç bir zaman mümkün deyil.
  Ancaq, heç olmasa ata və ana, uşaqlarının normal və qüsursuz olaraq dünyaya gəlməsini arzu edərlər. Belə bir hadisənin mümkün ola biləcəyindən xəbərdar olmaq, böyüklərə ağır məsuliyyət gətirməkdədir. Çünki, şüursuzluq heç bir zaman təbii hadisələrin meydana gəlməsinə maneə ola bilməz. İnsanın necə inkişaf edə biləcəyi haqqında məlumatsızlığın cəzasını insanların həyatı və onların bədbəxtliyi ödəməkdədir... Qüsursuz olaraq dünyaya gəlmək hər insanın ilk haqqıdır. [4]
[1]- Bioqrafiyası Biş əz Tevellüd, s. 16.
[2]- Razı Aferineşi İnsan, s. 108.
[3]- Bihar-ul Envar, c. 77, s. 133 və 115.
[4]- Bioqrafiyası Biş əz Tevellüd, s. 184.

Category: Xanimlar ucun ( | Added by: IslamQadini
Views: 1240 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]