«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 8:08 PM
Main » Files » Islamda qadinlar » Xanimlar ucun (

2012-06-18, 12:10 PM
Həya: Zinətlərin ən yaxşısı və ən gözəli!

Həyanın dəyər və fəziləti məsum (ə) kəlamında:

İmam Sadiq (ə) buyurub:

« الْحَيَاءُ وَ الْإِيمَانُ مَقْرُونَانِ فِي قَرَنٍ‏ فَإِذَا ذَهَبَ أَحَدُهُمَا تَبِعَهُ صَاحِبُهُ».
"İman və həya ayrılmaz dost və yoldaşdırlar. Biri gedərsə, o biri də gedər".[1]

İmam Əli (ə) buyurub:
«الْحَيَاءُ جَمِيلٌ»
"Həya gözəldir".
«الْحَيَاءُ تَمَامُ الْكَرَمِ وَ أَحْسَنُ الشِّيَمِ»
"Həya kamil kəramət və ən gözəl xasiyyətdir".
«الْحَيَاءُ قَرِينُ الْعَفَافِ»
"Həya iffətin ayrılmaz dostudur".
«الْحَيَاءُ خُلُقٌ جَمِيلٌ - الْحَيَاءُ خُلُقٌ مَرَضِيٌّ»
"Həya ən gözəl və bəyənilmiş əxlaqdır".
«الْعَقْلُ شَجَرَةٌ ثَمَرُهَا الْحَيَاءُ وَ السَّخَاءُ - ثَمَرَةُ الْحَيَاءِ الْعِفَّةُ»
"Ağıl bir ağacdır ki, meyvəsi həya və səxavətdir. Və həyanın meyvəsi iffətdir".
«الْإِيمَانُ وَ الْحَيَاءُ مَقْرُونَانِ فِي قَرْنٍ وَ لَا يَفْتَرِقَانِ»
"İman və həya biri-birindən heç vaxt ayrılmayan dost və yoldaşdırlar".
«أَعَفُّكُمْ أَحْيَاكُمْ»
"Ən iffətliniz ən həyalınızdır".
«أَعْقَلُ النَّاسِ أَحْيَاهُمْ»
"Camaatın ən ağıllısı ən həyalısıdır".
«سَبَبُ الْعِفَّةِ الْحَيَاءُ»
"Həya iffət yaradır".
«لَا إِيمَانَ كَالْحَيَاءِ وَ السَّخَاءِ»
"Həya və səxavət kimi iman yoxdur".
«أَفْضَلُ الْحَيَاءِ اسْتِحْيَاؤُكَ مِنَ اللَّهِ - «أَحْسَنُ الْحَيَاءِ اسْتِحْيَاؤُكَ مِنْ نَفْسِكَ»
"Ən gözəl həya Allah-Taaladan və özündən həya etməkdir (ki, bunun nəticəsində  Allahın hüzurunda günah etməkdən utanasan)".
«الْحَيَاءُ مِفْتَاحُ كُلِّ الْخَيْرِ»
"Həya bütün xeyirlərin açarıdır".
«الْحَيَاءُ يَصُدُّ عَنْ فِعْلِ الْقَبِيحِ»
"Həya insanı pis işdən çəkindirir".
«الْحَيَاءُ مِنَ اللَّهِ يَمْحُو كَثِيراً مِنَ الْخَطَايَا - الْحَيَاءُ مِنَ اللَّهِ سُبْحَانَهُ وَ تَعَالَى تَقِي [يقي من‏] عَذَابَ النَّارِ»
" Allah-Taaladan həya etmək (və günah etməmək) insanın xətalarından çoxunu onun əməl dəftərindən silir və onu cəhənnəm əzabından qoruyur".
«مَنْ كَسَاهُ الْحَيَاءُ ثَوْبَهُ خَفِيَ عَنِ النَّاسِ عَيْبُهُ»
"Hər kəs həya paltarını geyinərsə, eyibləri camaatdan gizli qalar".[2]
Həya və izdivacın məsuliyyətləri:

Qadın müqəddəs izdivac əhd-peymanını bağladıqdan sonra, bir sıra vəzifə və məsuliyyətləri öhdəsinə götürür:[3]

* Layiqli, mehriban, sədaqətli və səmimi həyat yoldaşı, ömür sirdaşı olacaq.

* Ləyaqətli, mehriban, işgüzar bir ana olacaq və uşaqlarının düzgün tərbiyələnməsi üçün çalışacaqdır.

* Ömrünün axırına qədər ərinin sevincinə və qəminə şərik  olacaqdır.

* O olmayanda onun qeyrətini, namusunu öz iffət, ismət və həyası ilə qoruyacaqdır.

* Öz gözəlliyini və sevgi hisslərini ərindən başqa bütün kişilərdən gizləyəcəkdir.

* Qadın ərindən başqa hamının yanında hicablı və həya paltarında görünməlidir ki, həya dünyanın ən gözəl paltarıdır. Həya, gözəllik, iffət, ismət və nəciblik mənbəyidir. [4]

* Qadın əri üçün geyindiyi paltarı başqalarının yanında geyinməməlidir.

* Əri ilə eşq və sevgi barədə danışdıqlarını, etdiyi zarafatları, ərinə təklikdə dediyi sözləri başqalarının yanında, hətta, ailə arasında da deməməli, ərinin xoşuna gəlməyən zarafatları etməməli və deyib-gülməməlidir. Bir sözlə, çox həyalı və utancaq rəftar etməli, ərinin qeyrətini coşdurmamalıdır.

Allahın Rəsulu (s) buyurub: "Qeyrət imandandır. Qeyrətsiz kişi Allahın düşmənidir”.

İmam Əli (ə) buyurub: "Həya azaldığı zaman ismət və namus divarı yerə çökür.”

Peyğəmbərimiz (s) yenə də buyurmuşdur: "Həyası olmayan kəs, hər cür əxlaqi xəstəlik və çirkinliyə düçar olacaqdır.”

Qadın o qədər həyalı, vüqarlı və mətanətli olmalıdır ki, görənlər onu lovğa və təkəbbürlü saysınlar.[5]

Kişi arvadını naməhrəmlər olan yerə aparmamalı və naməhrəmlərlə bir süfrə arxasında oturtmamalıdır.

Çox zarafat etmək qadının özünün və sözünün qiymətini azaldır.[6]

Əgər qadın çox zarafat edən və güləyən olarsa, onun ciddi sözlərini də zarafat sayacaqlar.

Narahatedici zarafatlar kin və düşmənçilik yaradır, həyatı acılıq və ayrılığa düçar edir. Amma qadın və kişi çalışmalıdırlar ki, həmişə sevgi-məhəbbət və mehribançılıqla yaşasınlar, ayrılıq və boşanmaya səbəb olacaq əməllər etməsinlər.

Doğrudur ki, İslam dinində boşanmaq haqqında qanunlar vardır, lakin bu iş Allah-Taala yanında bəyənilmiş, sevimli bir əməl deyil, mənfur iş sayılır.

İmam Sadiq (ə) buyurub: "Evlənin, amma boşanmayın. Çünki bu iş baş verdiyi zaman Allah-Taalanın ərşi titrəyir. Allah-Taala yanında heç bir iş boşanmaq qədər mənfur deyildir.”[7]

İmam Sadiq (ə) qadın üçün üç əsas vəzifə bəyan etmişdir:

* Qadın özünü bütün çirkin, pis, kobud işlərdən qorumalıdır ki, əri onun ismət və iffətinə inansın.

* Ərinin ehtiyaclarını başa düşüb ona qarşı diqqətli və qayğıkeş olsun ki, əri də onun bəzi xətalarına göz yuma bilsin.

* Əri üçün bəzənməli, gözəl geyinməli, ona öz eşq və məhəbbətini bildirməli, könül oxşayan sözlərlə onun qəlbini ələ almalıdır.[8]

Müəllif: Seyid Əliəkbər Hüseyni

Mütərcim: Mirməhəmməd Bəşirov 

 


[1]. "Əl-Kafi", Şeyx Kuleyni, 2/106, babul-həya, hədis:4.

[2] . "Təsnifu ğürəril hikəm", Əbdulvahid Amudi, səh.256, "həyanın fəziləti" bölməsi, hədis:5431 - 5458.
[3] . Qeyd edək ki, bu öhdəliklərə kişi də əməl etməlidir.

[4] . "Təsnifu ğürəril hikəm", Əbdulvahid Amudi, səh.256, "həyanın fəziləti" bölməsi, hədis:5431 - 5458.
[5] . "Vəsailuş-şiə", Hürr Amuli, 14/bölmə:6

[6] . Ğürərul hikəm və dürərul kəlim

[7] . "Vəsailuş-şiə",  Hürr Amuli, 15/267;

[8] . Töhəful-üqul;

 islammektebi.org

Category: Xanimlar ucun ( | Added by: IslamQadini
Views: 1052 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]