Main » Files » Islamda qadinlar » Xanimlar ucun ( |
2012-06-18, 12:13 PM | |
Xanımlarınıza qarşı qayğıkeş olun Qadınla kişinin bir-birinə ehtiyacları vardır. Allah-Taala onları bir-biri üçün yaratmışdır. Amma qadın təbiətinə görə ərinin söhbətinə, ünsiyyətinə, sevgisinə, himayəsinə və nəzarətinə daha çox ehtiyaclıdır. Ərinin xoşəxlaq, mehriban, gülərüz və mülayim olması onu daha çox xoşhal və şad edir. Qadın ərinin, övladlarının səadət və sevgisini təmin etmək üçün yaşayır. Onun üçün ən böyük mükafat övladlarının və ərinin ona olan sevgiləri və onların həmişə şad olmalarıdır. Kişinin alicənablığı və kəraməti budur ki, nikah zamanı ailəsinin idarə və yaşayışını öhdəsinə alır, arvad-uşağına qarşı qayğıkeş olmağı özünə vəzifə bilir. Kişi qayğıkeş olmalı, ailəsini sevməli, onların hisslərinə hörmətlə yanaşmalı, işdən evə vaxtında qayıtmalı, öz ailəsi ilə birlikdə şam etməli, onların problemləri ilə maraqlanmalı və təlim-tərbiyələri ilə məşğul olmalıdır. Allahın Rəsulu (s) buyurmuşdur: «مَا مِنْ رَجُلٍ يَجْمَعُ عِيَالَهُ وَ يَضَعُ مَائِدَتَهُ فَيُسَمُّونَ فِي أَوَّلِ طَعَامِهِمْ وَ يَحْمَدُونَ فِي آخِرِهِ فَتُرْفَعَ الْمَائِدَةُ حَتَّى يُغْفَرَ لَهُمْ» "Hansı kişi süfrə açıb ailəsini süfrəyə dəvət etsə, Allah-Taalanın mübarək adı ilə yeməyə başlayıb və onun şükrü ilə sona yetirsə, süfrə ortadan götürülməmiş Allah-Taala öz rəhmət və məğfirətini o ailəyə nazil edəcəkdir.” ("Vəsailuş-şiə”, Hürr Amuli, 24/263, 12-ci bab (hissə), hədis: 3-30499 (başqa bir çap nüsxəsində: 6-30758-ci hədis); "Biharul-ənvar”, Əllamə Məclisi, 63/351, 9-cu bab, hədis:4.) Kişinin ailəsinin gözünü yolda qoyub evdən kənarda onunla-bununla yemək yeməsi və öz boş vaxtını yaramaz dostları ilə birgə keçirtməsi şərəf və alicənablığa yaraşmayan bir işdir. Bir məktubun xülasəsini sizin diqqətinizə çatdırıram: * "... İki il idi ki, evlənmişdik... Ərim işdən sonra evə gəlmir, dostlarına qoşulub gəzməyə gedir və gecə yarıdan sonra evə qayıdırdı... Mən həmişə süfrəni açıb birlikdə şam etmək ümidi ilə onu gözləyirdim. O isə evə gəldikdə tox olduğunu bildirib gedib yatırdı. Onun bu işlərinə etiraz etdikdə isə, əsəbləşib məni döyürdü... Ən xırda şeyin də üstündə mənə nalayiq sözlər deyir, məni yaramaz, dərdə dəyməz hesab edir və evi tərk etməyimi istəyirdi. Gecələr ən xırda tappıltıdan qorxurdum. Razı idim ki, o, məni döyüb-söysə də təki evdə olsun və evə gec gəlməsin... Amma o, həmişə məni "anlamaz və qorxaq” kimi sözlərlə təhqir edirdi... Nə qədər ağladım, yalvardım və nəsihət etdimsə, faydası olmadı. Deyirdim ki, axı nə üçün ailənin xərcini ona-buna yedirdirsən? Nə üçün özünü bədbəxt edirsən? Məsxərə ilə gülüb deyirdi ki, sən mənim və dostlarımın paxıllığını çəkirsən!... Yaşadığımız bu qərib şəhərdə mənə və ata-anama söyüş verirdi... Yalvarıb deyirdim ki, mənə dünya malı yox, sənin eşqin, məhəbbətin, sevgin və mənimlə ünsiyyətdə olmağın lazımdır. Mənim dərdlərimlə, istəklərimlə maraqlanmağın lazımdır. Bəzən yumuşalır və söz verirdi ki, bundan sonra evə tez gələcək. Amma evə tez gəlmək istədiyi zaman, dostları ona gülüb deyirdilər ki, sən arvaddan qorxursan... O da öz qorxmazlığını göstərmək üçün evə həmişəkindən də gec gəlirdi... Axırda isə onun başına bir oyun açdılar ki, indi istəsə də evə gələ bilmir... Çünki o, artıq həbsdədir”. Bəli, ailəni tərk edib yaramaz, səfil dostlarla gəzməyin axırı isə sonu bilinməyən bir uçurum və fəlakətdir. Allah-Taala bütün cavanları həyatdakı qaranlıq uçurumlardan və pis dostlardan qorusun. Amin. Müəllif: Seyid Əliəkbər Hüseyni Mütrəcim: Mirməhəmməd Bəşirov islammektebi.org | |
Category: Xanimlar ucun ( | Added by: IslamQadini | |
Views: 1252 | Downloads: 0 |
Total comments: 0 | |