Main » Files » Islamda qadinlar » Xanimlar ucun ( |
2012-10-08, 6:22 PM | |
İslamda qadının məqamı və şəxsiyyəti İslam – qadına ictimai, əxlaqi ümumiyyətlə cəmiyyətin bütün sahələrində əsaslı və qanuni şəkildə yer verən yeganə məktəbdir. Dünya cəhalət atəşinə qərq olduğu zaman, İslam dini qadını cəhalətin çəngindən azad etdi. Təkcə Ərəbistan yarımadasında deyil, bəlkə bütün dünyada qadının şəxsiyyəti tapdanmışdı və qadın heç bir məqam və hörmətə qail deyildi. Məhz belə bir anda İslam dini və onun əziz Peyğəmbəri (s) insan hüququnun bu cür kobud pozulmasına qarşı çıxaraq, qadına, seçim hüququna qədər belə, azadlıq bəxş etdi. Bu gün azadlıqdan, bəşər hüququndan dəm vuranlar, İslam dinini qadınların hüquqlarının tapdanmasında əsas amil kimi qələmə verirlər. Nə vaxtdan insanı pis yoldan çəkindirmək, ona hörmət etmək, şəxsiyyətini uca tutmaq, cəmiyyətdə əxlaqsızlığın, fəsadın qarşısını almaq hüquq pozuntusu sayılıb? Yalnız İslam dinidir ki, kişiylə bərabər qadını da kamillik zirvəsinə doğru yönəldir. Quranda Allah xitab edərkən, «ey kişilər» – deyə xitab etməyib, «ey insanlar», «ey möminlər» – deyə xitab edib. Şübhəsiz ki, İslam dini qadınlara xüsusi məqam və hörmət qaildir. Quranın üçüncü surəsi «Ən-nisa» – qadınlar adı ilə adlandırılıb və Quranın digər 10 surəsində qadının məqamı və ehtiramına dair ayələr nazil olub. İslam dini qadından beyət almaqla, həqiqətdə qadına bəyan etdi ki, sən cəmiyyətin ayrılmaz ünsürüsən. Sən cəmiyyətdə öz qadınlıq missiyanı ləyaqətlə yerinə yetirməklə bu məqamı şərafətlə qorumalısan. İslamın o iki böyük qadını Fatimə (ə) və Zeynəb (ə)-ın ictimai və siyasi fəaliyyətləri bütün dünya qadınlarına nümunə olmalıdır. Bizim əqidəmizə görə, dünyanın Xaliqi və Yaradanı bütün həqiqətlərdən xəbərdardır, hər bir şeyə Qadirdir və hər bir şeyin Malikidir. Məhz bu səbəbdən, insan yalnız Allahın müqabilində təslim olmalıdır və heç bir insanın digər insanların qarşısında təslim olmağa haqqı yoxdur. İnsanın digərindən itaəti, Allaha itaət olduğu halda məqbul sayılır. Heç kim bir insanı və yaxud bir milləti azadlıqdan məhrum edə bilməz. İslam dini «bəşər hüququ»nu, «bəşər azadlığı»nı bizlərə bu əsaslarla təlim edib. Bizim əqidəmizə görə, Uca Allahın icad etdiyi ilahi qanunların icrası ilə bəşər inkişaf edib, səadətə çata bilər. Bu gün bu əsasa zidd olanlar, xüsusilə qərb dünyasının insanlara azadlıq adı altında bəxş etdiyi qanunlar, bəşəriyyəti məhvə sürükləyir. Statistik məlumatlara əsasən, özünə qəsd, intihar, spid kimi yolxucu xəstəliklərin mənşəyi də, məhz qərb dünyasıdır. «Hədisi-qüdsi»də Mütəal Allah buyurmuşdur: «Mənim bəndələrim nə qədər yeni günahlar kəşf etsələr, Mən də yeni-yeni bəlalar göndərəcəyəm». İmam Əli (ə) isə «Özünü ən ucuz satsan, behiştə sat» – kəlamı ilə bizə azadlığı təlim edib. İslam dini qadına həqiqi azadlıq, sözün əsl mənasında əsarətdən nicat verdi. Monika adlı ingilis qadın yazıçısı, əsərlərinin birində belə yazır: «Mən müsəlman qadınlarının Avropa qadınlarından daha çox azad olduğunu desəm, heç də ifrata varmamışam. Yalnız müsəlman qadını azadlığın nə olduğunu dərk edə bilər». İslam dini qadına mülkiyyət hüququ verib. İslam dini nöqteyi-nəzərindən kişinin qadından üstünlüyü yoxdur. Buna bizim əsas sübutumuz Qurani-Kərimin «Əhzab» surəsinin 35-ci ayəsidir: إِنَّ الْمُسْلِمِينَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِينَ وَالْقَانِتَاتِ وَالصَّادِقِينَ وَالصَّادِقَاتِ وَالصَّابِرِينَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا «Həqiqətən, Allah məhz müsəlman kişi və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişi və qadınlar, səbrli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini zinadan qoruyub saxlayan kişilər və qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır». Ayənin məzmununa diqqət yetirsək görərik ki, qadınlar və kişilər, yaxşı işlər gördüyü halda, bərabər əcrə və savaba layiq görülür. Cəmiyyətin düzgün formalaşmasında əsas vəzifələrdən biri qadının üzərinə düşür. Qadın, şərafətli ana olduqda, cəmiyyətə millətini, vətənini, torpağını sevən namuslu və layiqli övlad ərməğan edər. Cəmiyyətdə qəhrəmanlıq, alimlik, şəhidlik məktəbinin müəllimi, anadır. Cahiliyyət hər bir zamanda hökm sürüb. Keçmişdəki cahiliyyət dövründə qız uşaqlarını diri-diri torpağa basdırırdılarsa, müasir cahiliyyət onların ruhlarını əsarət altına alır. Dünənki cahiliyyət zor gücünə hegemonluq edirdisə, bu günkü cahiliyyət, elmi vasitələrdən qeyri-səhih istifadə etməklə, yenu nəslin beynlərinə qara toxumlar səpir. Dəyməz ki, insan müvəqqəti ləzzətlərə görə əbədi azadlıqdan məhrum olsun! Biz bilməliyik ki, İslam mədəniyyətindən başqa bütün mədəniyyətlər insanın cismi üzərində mühakimələr irəli sürüb. Yalnız İslam mədəniyyətində, insanın ruhuna və cisminə xüsusi qayğı göstərilib. Mən sözümü böyük İslam alimi İmam Xomeyninin (r) fikirləri ilə tamamlamaq istərdim: «İslam kişi və qadını kamilliyə doğru yönəltmişdir. İslam qadınları cahiliyyət dövrünün əsarətindən xilas etmişdir. İslam dini qadını kişidən daha çox dəyərləndirmişdir. Baxın, cahiliyyət dövründə dəyərsiz bir varlıq olan qadını, İslam dini haralara qədər ucaltmışdır!» kovser.az | |
Category: Xanimlar ucun ( | Added by: IslamQadini | |
Views: 1109 | Downloads: 0 |
Total comments: 0 | |