Main » Files » Islamda qadinlar » Xanimlar ucun ( |
2013-07-24, 6:38 AM | |
Hicab təhsildəki ədalətsizliyə güc gəldi - Mövqe 700 ballıq hicab Bu həftənin gündəminə yeni bir xəbər gəldi. O da 700 plan toplamış hicablı qız haqqında xəbər idi. Bu xəbər inanclı kəslərin üzünə uzun sürən kədərdən sonra təbəssüm bəxş etdi. Adamı yandıran odur ki, bu hadisəyə sevinən də elə məhz inanclı kəsim oldu. Bu artıq bizim alınımıza yazılıb, bu məmləkətdə başında örtük gəzdirən heç bir xanımın nə uğuruna sevinən var, nə də onların dərdinə şərik çıxası birisi... Musiqili yarışlarda bir nəfər yer tutduqda az qala xalq ayağa qalxıb, həmin iştirakçıya alqışlar söyləyirlər. Belə isə nə üçün təhsil heç kəsi maraqlandırmır axı?! Uzun illərdir hicablı qızlarımızı ən aşağı intelektuala malik insan kimi cəmiyyətə təqdim etməkdə israrlı ziyalılarımız var. Məncə bu hadisə onlar üçün qapaq olar. Əllərində imkan olsaydı çox güman "Hər hansısa bir fırıldaq nəticəsində bu balı toplayıb” da deyən olardı. Sözsüz ki, bu qız kimi məktəblərdə çox sayda başıbağlı qızlarımız var... Hələ evlərində oturub gözü pəncərədə qalaraq "Görəsən mən nə zaman həmyaşıdlarım kimi məktəbə gedəcəyəm?” deyə arzu edən qızlarımızı demirəm. Deyə bilərsiz ki, "Axı sənə nə var? Nə tutmusuz bu hicablı qızlardan? Niyə ayrımçılıq salırsız axı?” Kənardan cəlbedici görünsə də, bu fikir səhvdir. Çünki ayrımçılığı, parçalamağı hicablı qızları məktəbə buraxmamaqla haqsızlığa girdab olanlar işlərini məharətlə gördülər. Bir dəyərli və ziyalı dostlardan biri deyir ki, "Belə halları gördükdə (yəni hicablı bir qızın 700 bal toplamasını) Misir Mərdanovu məhkəməyə vermək istəyirəm”. Bəli, bu zülmdür, açıq-aşkar zülm. Soruşdular ki, zülm nədir, ədalət nədir? Cavab verdilər ki, "Ədalət güllərə, zülm isə tikanlara su verməkdir”. Hər hansı bir əlaçı qızı hicablı olduğuna görə məktəbə buraxmamaq zülmdür. Bəlkə də, zülmkarlıq artıq qana işləmişdir. Öz vətəndaşlarına susamış bir məmur olan yerdə düşmənə hacət?! Hicablı balamızın uğuru hər birimizin uğurudur. Habelə yüksək bal toplamış hər bir kəsin uğuru Azərbaycanımızın uğurudur, təhsilimizin uğurudur. Bu uğuru boya başa çatdırmaq lazımdır. Kökündən kəsmək və ya boy atmasının qarşısını almaq lazım deyil.
Misir Birlik,az | |
Category: Xanimlar ucun ( | Added by: IslamQadini | |
Views: 939 | Downloads: 0 |
Total comments: 0 | |