Main » Files » Qadın - Fatimə Fatimədir » QADIN SEMINARI |
2011-11-18, 2:47 PM | |
QADIN SEMINARI BIRINCI ÇIXIŞ Mən belə bir nəticəyə gəlmişəm ki, müasir İslam cəmiyyətində ailə bir tərəfdən qərbə, digər tərəfdən cahiliyyətə meyillənmişdir. Yəni biz ictimai fərd olaraq qərbə tərəf gedir, eyni zamanda cahiliyyəti yaşadırıq. Cənab Bəlağinin buyurduğu kimi, harada cahiliyyət varsa, bizi cəzb edir. Qısası, İslamdan uzaq düşmüş şəxs cahiliyyətə, çərçivəsiz azadlığa meyilli olur. Belə bir ictimai tip cahil ənənələr buxovunda qərbə üz tutur. Məsələn, özünü Avropa mədəniyyətinin daşıyıcısı hesab edən bizim qadın, quldarlıq dövründən qalmış "başlıq”dan imtina etmir. Qeyd edildi ki, başlığa münasibət qadının təhsil səviyyəsindən asılıdır. Bəli, elm və cahiliyyət zidd məfhumlardır. Bəs necə olur ki, təhsil səviyyəsi praktiki olaraq başlığa münasibəti dəyişmir? Əksinə, təhsil artdıqca başlıq da artır! Bizim təlim-tərbiyəmiz qədim dövrdə islami bünövrə üzərində qurulub. Bu gün də kifayət qədər dini təlim-tərbiyə mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə təhsil azaddır. Yəni, hətta ucqar bir kənddə əkinçiliyi bacarmayan, əli hər yerdən üzülmüş şəxs, heç bir çətinlik çəkmədən, bu mərkəzlərə daxil ola bilər. Təhsil alanların isə minimum ehtiyacları ödənilir. Bu məsələ təbəqələşməyə gətirib çıxarır. Böyük İslam alimlərinin əksəriyyəti, demək olar ki, 90 % -i cəmiyyətin məhrum təbəqəsinin nümayəndələridir. Amma müasir universitet təhsili almaq üçün kifayət qədər xərc lazımdır və kasıb təbəqə bu xərcin öhdəsindən gələ bilmir. Cəmiyyətdəki təbəqələşmə elmə də sirayət edir. İran və Avropada doktorluq dərəcəsi almış əksər alim varlı təbəqədən çıxmış adamlardır. Başqa sözlə, müasir elm sahələrini burjuaziyanın nümayəndələri təmsil edir. Çox üzr istəyirəm, demək, başlıq elmi səviyyə artdıqca artmır. Başlığı artıran, təhsil dərəcəsinin sosial təbəqə dərəcəsindən asılılığıdır. Müəllif: Doktor Əli Şəriəti | |
Category: QADIN SEMINARI | Added by: IslamQadini | |
Views: 928 | Downloads: 0 |
Total comments: 0 | |