«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 11:11 PM
Main » Files » Qadın - Fatimə Fatimədir » ƏSAS MƏSƏLƏLƏRDƏN BİRİ AİLƏDİR

2011-11-18, 2:44 PM
ƏSAS MƏSƏLƏLƏRDƏN BİRİ AİLƏDİR
Əvvəla, ərin öz xanımı qarşısında hansı öhdəlikləri var?
1.Ailənin bütün ehtiyaclarını ödəyəcək büdcənin təmini.
Yəni ailənin dolanışıq xərcləri kişinin öhdəsinədir. Kişi qadının bütün şəri və qanuni ehtiyaclarını ödəməlidir. Bu ehtiyaclar sırasında qadının geyimi, yeməyi, məskəni də nəzərdə tutulur. Bu məsələlər nə qədər sadə əxlaqi və insani məsələlər olsa da, ailə səadəti üçün təyinedicidir. Bir yazıçı deyir: "Səadət bir neçə sadə kəlmə üzərində qurulmuşdur”. Unutmamalıyıq ki, klassik ənənələrdəki qadın-kişi münasibətləri, uyğun məsələdə İslamın baxışlarından köklü surətdə fərqlənir.
2.Qadına ehtiram kişinin əsas vəzifələrindəndir.
3.Güzəşt.
Kişi qadının yol verdiyi nöqsanlara səbrlə yanaşmalı, yaxşı xüsusiyyətlərinə rəğmən, onu bağışlamağı bacarmalıdır.
4.Kişi yalnız evdən çıxarkən bəzənməməlidir. O, ailədə həyat yoldaşı üçün öz təmizliyinə, səliqəsinə diqqət yetirməlidir.
5.Qadının cinsi ehtiyaclarını ödəmək kişinin vəzifəsidir. Hətta ibadətlər zamanı ifrata varıb, qadına diqqətsizlik göstərmək olmaz.
6.Həyat yoldaşında başqalarının gördüyü sirr və eybi ondan gizlətmək.
7.Qohumlarla görüş üçün qadına icazə verib, onu azad buraxmaq. Qadın qohumlarına kömək etmək istədiyi zaman ona imkan vermək. Qadını ailə çərçivəsində məhdudlaşdırmamaq.
8.Qadının dərdinə şərik olmaq.
9.Qadının fərdi mülkiyyət hüququna ehtiram göstərmək. Yalnız İslam dinində qadının bu hüququ qorunur. Bütün ehtiyacları ər tərəfindən ödənən qadın öz mülkünün sahibidir və bu mülkün istifadəsində azaddır.
Qadının da öz əri qarşısında vəzifələri mövcuddur:
1.Ailənin əsas əziyyətini çəkən, ailənin dayağı olan ər qarşısında təmkin, dözüm.
2.Evdə hər hansı yad adamı qəbul edərkən ərdən icazə almaq.
3.Ərlə xoş davranış.
4.Kişinin çətinliklərində ona yardımçı olub, kasıblığa dözmək. Əri, ailənin ehtiyaclarını ödəmək üçün qeyri-məqbul yollara vadar etməmək.
Qarşılıqlı hüquqları sadaladıq. İndi mühüm bir nöqtəyə toxunmaq istəyirəm. Qərbdə qadın azadlığı haqqında danışarkən onu ailədən ayırıb, fərd kimi götürürlər. Fərdiyyətçilik ictimai varlıq üçün öldürücüdür. Qərb cəmiyyətində ən dağıdıcı nəticələr fərdi yanaşmadan doğmuşdur. Qərbdə bu gün ailə barədə möhkəm danışmaq qeyri-ciddi görünür. İslam ailəni, qərb isə insanı əsas götürür. Qərb ailə dedikdə bir dam altda yaşayan iki ayrı-ayrı insanı nəzərdə tutursa, İslam ər və arvadı bir tam kimi götürür. Ona görə də İslamda qadın üçün ayrıca hüquq nəzərdə tutulmur, çünki o, ailənin yarısıdır. Ərin arvad, arvadın isə ər qarşısında hüquqları və vəzifələri vardır.
ÜÇÜNCÜ ÇIXIŞ
"Əlcəzair azadlıq təşkilatı” 1954-1961-ci illərdə Fransaya qarşı azadlıq müharibəsi apardığı zamanlarda "Əlcəzair sənədlərdə” adlı 2 cildlik kitab nəşr edir. Bu kitablarda elanlar toplanır. Həmin elanlardan biri diqqəti cəlb edir: "Çox arvadlılıq!”. Məlumdur ki, bu məsələ xüsusi ilə son dövrlərdə ziyalıları və bir çox başqalarını narahat edir. Bu insanlar İslamın ruhunu dərk etmək üçün araşdırma aparmaq gücündə deyillər. Onlar yalnız bəzi şəhvətpərəst müsəlmanların həyatını əsas götürərək İslama hücum edirlər. Amma həqiqət tam başqadır!
Biz bir çoxarvadlıdan bu işin səbəbini soruşduq. Belə cavab verdi: "İmkan varsa, nə qədər istəsən, arvad ala bilərsən”. Bunu İslam yox, bir düşgün müsəlman deyir. Bəs, İslam öz hökmünü necə əsaslandırır.
"İctimai zərurət” adlı bir gerçəklik var. Bəzən tarixdə çox ağır dönəmlər olur. Dul qadınlar, yetimlər aclıqdan kütləvi şəkildə qırılır. Kimsə inkar etməz ki, bu çox acı faktdır. Bəs, bu problem necə həll olunmalıdır? Əgər bir dul qadından söhbət getsəydi, çıxış yolu tapılardı. Əgər hər hansı səbəbdən (məsələn, müharibə) cəmiyyətdə qadın-kişi nisbəti pozulmuşdursa, bir kişiyə on qadın düşürsə, çıxış yolu nədir? Bu qadınları aclıq, ölüm, ya da... ya da fahişəlik gözləyir.
İkinci Dünya Müharibəsindən sonrakı Almaniyanı xatırlayaq. Bu müharibədə səkkiz milyon insan qırılmışdır. Ölənlərin əksəriyyəti kişilər idi. Alman qadınları ailə hüququndakı məhdudiyətlərə son qoyulması üçün nümayişlər keçirtdilər. Onlar təkarvadlılığa qarşı çıxadılar.
İslamda müvəqqəti nigah da nəzərdə tutulur. Bu gün olsun ki, qeyri-qanuni şəkildə bir neçə qadınla yaşayan, seksual azadlıq tələb edən ziyalınüma müvəqqəti nigah hökmünü əldə əsas tutaraq, İslamın ünvanına çirkin sözlər danışır. Amma qeyd etdik ki, hər bir İslam hökmünün ruhu var və bu ruhu anlamaq üçün araşdırmalara ehtiyac var.
Xüsusi ilə müasir dövrdə dünyanın əksər nöqtələrində gənclər cinsi böhran problemi ilə üzləşmişlər. Qanunsuz nigahlar baş götürüb gedir. Bu nigahlardan, daha doğrusu, cinsi yaxınlıqlardan atasız uşaqlar doğulur. Müvəqqəti nigah tərəflərin qarşısına vəzifələr qoyur, əxlaqsızlığın qarşısını alır. Zənnimcə uyğun məsələyə yeni münasibətlə yanaşma zəruridir. İstər çoxarvadlılıq, istər müvəqqəti nigah hökmlərinin fəlsəfəsi aydınlaşdırılmalı, elmi təhlillər aparılmalıdır.
Mən gənc nəslin müəllimiyəm və bu məclisdə gənclər iştirak edirlər. Onların problemi çoxarvadlılıq deyil. Hələ ki, talaq məsələsi də onlar üçün aktual deyil. Mənə müntəzəm olaraq məktublar gəlir. Çoxlarının eşitdiyi bir hekayə var: Subaylıqdan əziyyət çəkən əsəbi bir cavan olur. Bu cavan birinə elçiliyə gedir. Qızın atası "Fikirləşib, cavab verərik” deyir. Oğlan günortadan sonra yeniden elçi daşını döyür. Qızın atası əsəbi halda çıxıb, "Axı, sən səhər çağı gəlmişdin, bizə möhlət ver yaxşı düşünək, götür-qoy edək” deyir. Oğlan axşam vaxtı üçüncü dəfə qız qapısını döyür və qızın atası qapıda görsənən kimi sözə başlayır: "Ağa, bil ki, bu gecə də dərdimə çarə olmadı” deyib, uzaqlaşır.
Gənc nəslin istəyi budur ki, burada danışılan əqli, elmi, dini məsələlər axır ki bir əməli nəticəyə çatsın və böyük bir ictimai problem aradan qalxsın. Əgər məsələlər sözdə qalıb, əməli şəkildə həll olunmayacaqsa, demək, zəhmətlərimiz hədərdir. Gənclik bizdən cavab gözləyir. Onlar dinlərinə sədaqətli, imanlı insanlardır və problemin düzgün həll yolunun intizarındadırlar. Onları nə köhnə izdivac ənənələri, nə də modernizmin verdiyi cinsiyyət azadlığı qane etmir. Onlara evlənmə imkanı, həyat yoldaşı seçimi üçün şərait lazımdır. Məmləkətin layiqli gəncləri üçün bu imkanlar çox məhduddur. Biz bu nəsil qarşısında məsuliyyət daşıyırıq!

Müəllif: Doktor Əli Şəriəti 

Category: ƏSAS MƏSƏLƏLƏRDƏN BİRİ AİLƏDİR | Added by: IslamQadini
Views: 937 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]