«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 6:13 PM
Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » FATİMƏ (Ə) SƏHNƏDƏ

2011-02-03, 9:22 AM

Məhdudiyyət yox, toxunulmazlıq
Qərb mədəniyyəti və qərbpərəstlər tərəfindən islama yönəlmiş ittihamlardan biri budur ki, islam qadını dörd divar arasında, hicab altında həbs edib, ictimai-siyasi hüquqlardan məhrum edir.
Bayağı qərb mədəniyyəti insanlar arasında azadlıq adı altında kök salıb, bütün qanun-qaydaları qadın azadlığına zidd bildirir. İslami cəmiyyəti iftira və istehza atəşinə tutub, dini qaydaları, adət-ənənələri insan mədəniyyətini və azadlığının düşməni elan edir. Nəhayət ardıcılları ilahi qanunlara tabe olan zəngin islam məktəbini bəşəriyyətin tərəqqisində əngəl hesab edir. Eləcə də, islami cəmiyyətin geri qalmasının səbəbi kimi onların mədəniyyətini, elm və sənətini, dini görüşlərini göstərir.
Bu qərbin islam və müsəlmanlara qarşı manevrələrindən biridir. Bu suala cavab verməzdən əvvəl uyğun ittihamların kökünü tapmaq gərəkdir. Belə olsa, bayağı qərb mədəniyyətinin iç üzü açılar. Aydın olar ki, islamın ictimai və siyasi fəaliyyətlər üçün qoyduğu qaydalar qadın üçün məhdudiyyət olmayıb, ona toxunulmazlıq bəxş edir.

Axtarış
İslam haqqında bu sayaq düşüncə tərzinin, ittihamların kökünü iki amildə axtarmaq olar. Birincisi, ideoloji məktəbi yaxından tanımadan həmin məktəbi onun ardıcılı olan ayrı-ayrı şəxslərin əqidəsinə görə qiymətləndirmək. Bir şəxsin əqidəsini ölçü götürmək ümumi məktəbə qarşı pis fikirlər və ittihamlar yaradır. Ona görə də bir dini, məzhəbi tanımaq üçün həmin məktəbin dünya görüşü və ideoloji əsaslarını tədiqiq etmək lazımdır. Dindara baxıb dini qiymətləndirmək səhv bir addımdır. Çünki bəzi ardıcıllıq iddiasında olan şəxslər yalnız dildə, şüar səviyyəsində uyğun məktəbə bağlıdırlar. Bu addımların iddiaları əməlləri ilə uyğun gəlmir. Bəziləri də onlara baxıb məntiqsiz qərara gəlir, bütöv bir məktəb haqqında səhv fikir yürüdürlər. Müxtəlif dini cəmiyyətlərə nəzər salmaqla bu həqiqət hamı üçün aydınlaşır.

Dini tanıma mənbəsi
Bu gün bir şəxs xristianlığı öyrənmək istəyirsə, kilsə və kilsədə olanların təfəkkür tərzinə əsaslanmalıdır. Çünki kilsə təhrif olunmuş İncilə etiqad edirsə, həqiqi İsa dini ilə bu etiqad arasında xeyli məsafə vardır. Demək olar ki, məsihi ruhanilər ilahi dinlə rəqibdirlər. Çünki həqiqi dinin ölçüsü təkallahlıq olduğu halda, kilsə müqəddəs üçlüyə inanır və xalqı da bu etiqada çağırır. Kilsə məad, Behişt və Cəhənnəmi oyuncağa döndərib, müəyyən məbləğ almaqla günahkarların günahını guya bağışlayır! əslində bu hərəkət dinlə oynamaqdır. Guya, Allah dininin ixtiyarı, Behişt və Cəhənnəm keşişin əlindədir. Özünüz deyin, bu yolla həqiqi İsa dininə qovuşmaq olarmı?!
Həmin bu kilsə Peyğəmbəri (s), hövariləri, yaxın tərəfdarları zülmlə vuruşmuş bir dini sazişçi, zülmü qəbul edən bir məslək kimi tanıtdırır və deyir: "Əgər bir üzünə zülm silləsi vurulsa, o biri üzünü çevir ki, birini də vursunlar». Əslində, kilsə istismarçı zalımların əlində bir vasitəyə dönmüşdür. Dini bütün ictimai-siyasi proseslərdən ayırmış kilsə «din siyasətdən ayrıdır.» şüarını irəli sürür. Bu tərzdə ilahi din təqdim ola bilərmi?!
Yəhudilikdə də eyni problemlər mövcuddur. Asimani kitablara görə Bəni-israil yolu təhrif olunmuş, dünyapərəstlik onları din alverinə vadar etmişdir. «Vay olsun o kəslərə ki, öz əlləri ilə yazdıqlarını Allaha aid etsinlər, ucuz satsınlar. Vay olsun onlara o yazılardan, ələ gətirdiklərindən». ("Bəqərə" 79)
Onlar səmavi kitab olan Tövratı təhrif etməklə ilahi dinə bir çox iftira və böhtanlar qoşdular. Hətta bəşəriyyətə ağalığı öhdəsinə götürmüş sionistlər zülm və təcavüzü özlərinə bayraq etdilər. Həmin bu insanlar Musa (ə) dinindən dəm vururlar, hansı ki, Musa zülm və zalımlara, Firon və fironlara qarşı mübarizə simvoludur. Bu günkü yəhudi və sionistlərin yolu ilə həzrət Musa (s) dininə yetişmək olarmı?! Həmin sionist ki, zülm və sitəm simvoludur. Ona görə də bir dəstə adamın etiqadi din məktəbini tanımaq üçün yol ola bilməz və olmamalıdır. Bir dini tanımaq üçün onun təhrif olunmamış səmavi kitabı əsil ölçü və meyardır.

İslam və müsəlmanların rəftarı
İslamı da tanımaqda müsəlmanların, müxtəlif məzhəb nümayəndələrinin etiqad və rəftarı meyar götürülməmişdir. Qurani-kərim ilahi maarif və hökmlərin əsil mənbəsi kimi hər cür təhrifdən uzaqdır. Ona görə də müsəlman firqələr bir-birinə yaxındır, eyni zamanda müəyyən nöqtələrdə eynidir.
Amma Qurani-kərim təhriflərdən uzaq olsa da, onun təfsirlərində müxtəliflik vardır. Həmin bu müxtəliflik səbəbindən firqələr yaranmışdır. Elə buna görə də hər hansı bir firqənin etiqad və rəftarı ölçü ola bilməz. İslamı tanımaqda əsil mənbə Quran və Əhli-beytdir. İslami maariflə tanış olmaq üçün məhz bu iki çeşmədən faydalanmaq lazımdır.

İslamın mühüm xüsusiyyəti
Kitabların təhrif olması səbəbindən yəhudi və məsihi mənbələrini araşdırmaq qeyri-mümkün olmuşsa da, islamın mənbəsi hamı üçün daim diri və toxunulmazdır. Düşüncəli və qərəzsiz hər bir insan ədalətli mühakimə üçün müsəlmanların rəftarına yox, Qurani-kərimə müraciət etməlidir. Çünki çox fərdlər dinə Quran dediyi kimi yox, öz istədikləri kimi yanaşırlar. Bu yanaşmaları islamın hesabına yazmaq olmaz.
Buna görə də bəzi islami cəmiyyətlərdə din çərçivəsindən kənar olaraq qadınlara qoyulmuş məhdudiyyətlər - onları ictimai-siyasi fəaliyyətdən uzaqlaşdırmaq, qanunverici və icra orqanlarından kənar saxlamaq, hətta seçkilərdə iştirakdan məhrum etmək hallarının islamla heç bir əlaqəsi yoxdur. Bütün bunlar nadan insanlardan doğur və yersiz ittihamlara şərait yaradır. Bir dəstənin hərəkətinə əsaslanıb «İslam qadını ictimai-siyasi hüquqlardan məhrum edib» deyirlər. Bu böhtanlara şərait yaradan həmin nadan müsəlmanlardır. Bunların islamla heç bir əlaqəsi yoxdur.

İslami ittihamın mənşəsi qərbpərəstlikdir
Bu ittihamların ikinci səbəbi bəşər və qadın hüquqlarının müdafiəsi adı ilə məktəblərin yaranmasıdır və onlar «qadın azadlığı, ictimai hüquqlar» şüarı ilə meydana çıxıblar.
Bayağı qərb mədəniyyəti ictimai münasibətlərdə qadın və kişi üçün heç bir məhdudiyyət tanımayan məqsədlərdən yaransa da, əslində bütün qanun və qaydaları insan azadlığına zidd bilir. Başqa sözlə, ictimai münasibətlərdə mütləq azadlığa rəvac verir. Hansı ki, mütləq azadlıq tədricən əsarət, bəlkə də mütləq əsarətdir. Çünki mütləq azadlıq cəmiyyətin, eləcə də qadınların öz şəxsiyyət və kəramətini itirməsinə bais olmuşdur. Azadlıq şüarı altında qadınlar əxlaqsızlığa çəkilmiş, oyuncağa çevrilmişlər. Qadınlar insani kəramətdən uzaqlaşdırılmış, nəhayətdə, kişilər üçün əyləncə vasitəsi olmuşlar. Təəssüflə qeyd etməliyik, bayağılıq o yerə çatıb ki, artıq əxlaqsızlıq insanlığa zidd sayılmır, əksinə, onlar üçün elə əxlaqsızlığın özü mənəviyyat hesab olunur!
Qısası, bu sayaq düşüncə tərzi islam və islami cəmiyyətə qarşı növbənöv pis fikirlərə, ittihamlara səbəb olub. Guya, islam qadınları azadlıqdan və insani kəramətdən məhrum edir!

İslam və qadının ictimai fəaliyyətləri
Nə müsəlman firqələrin rəftarı islam və Quran meyarıdır, nə də qərbin mütləq azadlığı insan kəramətinin ölçüsüdür. İslam da o biri səmavi dinlər kimi qadın şəxsiyyətini ucaldır və onun kəramətini hifz edir.
İslam qadına həm qədim cahiliyyətdən, həm də yeni cahiliyyətdən nicat yolunu göstərib, onun gerçək şəxsiyyətini ucaltdı və onun fərdi, ictimai, iqtisadi, siyasi və mədəni hüquqlarını təmin etdi.
İslam qadına da kişi kimi iqtisadi müstəqillik verdi və başlanğıcda Qurandan buna dəlillər gətirildi. İslam kişi kimi qadın üçün də ictimai hüquqları tanıdı. Qadın islami qaydalara əməl etməklə iqtisadi, ictimai hüquqları tanıdı. Qadın islami qaydalara əməl etməklə iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirak edə bilər. Bəzən qadının ictimai məsuliyyətləri öhdəsinə alması vacib olur. Məsələn, xanımlara xidmət sahələri, təbliğat idarələri, dinin və məzlum millətlərin müdafiəsi tədbirlərində qadın və kişinin məsuliyyəti eynidir. Məsuliyyəti qəbul etmək o zaman müsbət hesab olunur ki, hər şey islam çərçivəsində olsun. Çünki fərdi və ictimai fəaliyyətlərdə meyar islami dəyərlərin qorunmasıdır və təqvadan kənar fəaliyyətlər faydasızdır. Əgər kişi öz fəaliyyətlərindən xeyir götürmək istəyirsə, islami qaydalara, təqvanın qorunmasına diqqət etməlidir. Bu sözlər qadına da aiddir. Demək, islam qadını ictimai-siyasi huquqlardan məhrum etməyib sadəcə, bu fəaliyyətlər üçün qaydalar qoyub. Bu qaydalara əməl edildikdə qadın və kişinin çalışmaları səmərəli olur. Konkret olaraq qaydalar təyin edilmişdir və qadın bu qaydalara əməl etməklə ümumi fəaliyyətlərdə iştirak edə bilər.
İctimai münasibətlərdə qadının geyimi, örtünməsi haqqında xüsusi qaydalar vardır. Bu xanımların ictimaiyyətdə iştirakının həssaslığından doğur. Bu qaydalara əməl olunmaması nəinki qadının və cəmiyyətin xeyrinə deyil, bundan əxlaqsızlıq, fəsad törənir, nəhayət qadının şəxsiyyəti məhv olur. Dediklərimizi ilahi qanunlardan uzaq qərb və şərq cəmiyyətlərində müşahidə edə bilərsiniz.
Bəzi vəzifələr, məsələn, rəhbərlik söhbətimizin əvvəlində qeyd edildiyi kimi yalnız kişilərə məxsusdur. Lakin bu qadın üçün məhdudiyyət deyil. Sadəcə, qadın və kişi arasındakı fərqlər, məsələn, qadın kövrəkliyi, kişinin sərtliyi uyğun qanunu əsaslandırır. Qadın və kişi əksər fərdi ictimai vəzifələrdə eynidirlər.
Qadının cihad vəzifəsindən azad olması xüsusi bir haldır. Amma həqiqətin, müsəlman və məzlum millətlərin haqqının müdafiəsində, zülmlə mübarizədə, cəmiyyətin islahı və tərbiyə olunmasında qadın və kişi eyni hüquqludurlar. İslami qaydalara riayət etməklə ümumi fəaliyyətlərdə qadın da məsuldur. Əgər islamın müdafiəsində, ilahi hədlərin qorunmasında qadının iştirakı faydalıdırsa, bu iştirak vacibdir.
Bəli, tərbiyə, ailə qayğısı və vəzifələri qadının məsuliyyətidir və islami cəmiyyətdə bu üstünlüyünü əldən verməməlidir. Lakin dini qaydalardan uzaq quru və sərt münasibətlər, gərəksiz qadağaların qoyulması düzgün iş deyil. Eləcə də azadlıq, açıq-saçıqlıq, qadın hüquqlarının müdafiəsi adı altında əxlaqsızlığa rəvac verilməsi din və ilahi hədlərin ziddinədir. Xanımların ictimai fəaliyyəti şəriət qaydalarını gözləməklə həyata keçməlidir.

İlkin islamda qadının ictimai fəaliyyəti
Bunun sübutu ilkin islam cəmiyyəti və həzrət Peyğəmbərin (s) həyatıdır. Cahiliyyət dövründə qadının vəziyyətini azca mütaliə edib, ilkin islamdakı vəziyyətlə müqayisə etdikdə islam və islam Peyğəmbərinin (s) qadınlara necə üstünlüklər verdiyinə şahid oluruq. Cahiliyyətdə bütün insani haqlardan məhrum olan qadına islam dini bütün ictimai-siyasi, mədəni, iqtisadi hüquqlarını qaytardı.
Qadınlar o qədər inkişaf etdilər ki, söhbətimizin əvvəlində adı çəkilən əsma kimi qadınlar yetişdi. Bu qadının mənalı sualı Peyğəmbəri (s) necə tərifə vadar etdi, oradakıları necə təəccübləndirdi! Həmin hissəni bir daha oxuyasınız! Bunu da qeyd edək ki, Peyğəmbər (s) dövründə qadınlar ümumi yığıncaqlarda iştirak edər, Peyğəmbərin (s) hüzurunda olub, onun moizələrindən bəhrələnirdilər. Hətta bir vaxt kişilərin Peyğəmbərin (s) hüzurunda daha çox olduğunu hiss edərək onlar üçün xüsusi bir gün ayrılmasını istədilər. Əbu Səid Xidri nəql edir: «Qadınlar azad bir şəkildə Peyğəmbərdən (s) onun hüzurunda olmaq üçün vaxt ayrılmasını istədilər». ("Səhihi Buxari" c. 1)
Siz ilkin islamda qadınların həyatından elə səhnələrlə tanış olacaqsınız ki, onların ictimai, mədəni, siyasi, hətta hərbi sahələrdə iştirakı aydınlaşacaq.
Bədr döyüşündə Ümmü Vərəqə adlı bir qadın Peyğəmbərdən (s) icazə istədi ki, yaralılara kömək, müalicə üçün cəbhədə iştirak etsin. Bu qadın Allahdan Onun yolunda şəhadət dilədi. Peyğəmbər (s) buyurdu ki, Allah sənə şəhidliyi müəyyən edib. Peyğəmbər (s) onu öz ev əhli üçün pişnamaz təyin etdi. O, Peyğəmbər (s) evində camaat namazını təşkil edirdi. Nəhayətdə, şəhadətə yetirildi.
Xeybər döyüşündə Bəni-ğifar qəbiləsindən bir qadın Peyğəmbərdən (s) icazə aldı ki, bir dəstə qadınla birgə yaralılara tibbi yardım göstərmək üçün döyüşdə iştirak etsinlər. Həzrət (s) dua etdi və onlar döyüşdə iştirak etdilər.
Səhihe-müslümdə müxtəlif rəvayətlər nəql olunub ki, Peyğəmbərlə (s) yanaşı döyüşlərdə qadınlar da iştirak edirdilər. Nəcdə adlı bir qadın İbni Abbasa məktub yazıb, bu mövzuda sual verir. İbni Abbas cavab verir ki, bəli, qadınlar müharibədə iştirak edir, yaralılara tibbi yardım göstərirdilər və hətta Peyğəmbər (s) müharibə qənimətlərindən onlara pay verirdi. ("Səhihe Muslim" c. 5) Başqa yerdə ənəs ibni Malikdən nəql olunur ki, Ümmü Sələmə ənsardan bir dəstə qadınla müharibədə iştirak edər, döyüşçülərə su paylayar, yarlılara tibbi yardım göstərərdi.
Digər bir rəvayətə görə Hüneyn döyüşündə həzrət Peyğəmbər (s) Ümmü Sələmənin əlində xəncər görüb, soruşur ki, xəncər nəyinə gərəkdir? Ümmü Sələmə cavab verir ki, əgər bir müşrik mənə hücum etsə, onun qarnını yırtaram! Peyğəmbər (s) gülümsəyir.
Özünüz bu qadının haq və batil müharibəsində necə şücaətlə iştirak etdiyini mülahizə edin!
Bunlar Peyğəmbər (s) dövründə baş vermiş və tarixə düşmüş səhnələrdir. Olsun ki, unudulmuş hadisələr daha çoxdur. Bu nümunələrdən Peyğəmbərin (s) mədəni, ictimai, hətta hərbi məsələlərdə qadınlara necə yer verməsi aydın olur. Bütün bunları – ənsari qadının sualını, Ümmü Vərəqənin pişnamazlığını, qadınların Peyğəmbərdən xüsusi gün istəməsini, və yüzlərlə digər halları təsadüf hesab etmək olarmı?! Bunlar cəmiyyətdə qadınlara necə əhəmiyyətli bir yer verildiyindən danışılmırmı?! Özü də cahiliyyətdən azca sonra!

Fatimənin (s) ictimai və siyasi fəaliyyətləri
Bu mövzuya digər bir sübut siyasi və ictimai səhnələrdə Fatimənin (s) iştirakıdır. Fatimənin (s) ictimai-siyasi mətnlərdə öz yeri var və haqqı, islamı, Əhli-beyti müdafiə edir. Qanlı Ühüd döyüşündə döyüşçülər qaçır və peyğəmbərin ətrafında Əli (ə) ilə bir neçə şəxs qalır. Bu həssas məqamda meydanda Fatimə (s) görünür və yaralılara tibbi kömək göstərib, atasının yarasına məlhəm qoyur. ("Bəhar" c. 20)
Peyğəmbərin (s) vəfatından sonra həmin həssas, çətin, islamı düşmənlərin hədələdiyi bir dövrdə ictimai-siyasi səhnələrdə iştirak edib, islamın əsası olan vilayət məqamı və rəhbərliyin müdafiəsində dayanan həmin bu Zəhra (s) idi.
Peyğəmbərdən (s) sonra o fitnələrdə ki, Əhli-beytə təzyiq göstərildi, xalq onların ilahi feyzindən məhrum, Əhli-beytin öz haqqı kəsildi, Peyğəmbərin hədiyyəsi Zəhraya qayıtmadı, bəli, o vaxt Zəhra meydanda görünüb, Əhli-beyt hüquqlarını müdafiə etdi. Məgər Peyğəmbərdən (s) sonra Mədinədə Zəhranın (s) alovlu nitqi unudula bilərmi?! Məgər cəmiyyət qarşısında bu ictimai-siyasi xütbənin iradları siyasi proseslərə müdaxilə deyilmi?!
İslam ümmətinin siyasi həyatında bu Fatimə (s) yoludur.
Nə qədər ki, Quranın və islamın xeyrinədir, öz haqqını nə qədər ki, sağdır islamı və Quranı müdafiə edir. Müxtəlif ictimai səhnələrdə görünür, zülmü ifşa və məhkum edir.
Fatimə (s) siyasi meydanda rəhbərlik məqamının müdafiəsində tam ciddiliklə müqavimət göstərir və hücumlarla, təhqirlərlə qarşılaşır.
Fatimə (s) haqqa arxalanır və dayandığı meydanda hücumlara məruz qalır. Axı evdə oturan adamla kimin işi var?! Zəhranın (s) həyatı və xarakteri digər məsulların həyatı və xarakteri kimi hamı üçün şəri dəlildir.
Bəli, bu Fatimə (s) həyatıdır ki, daim müxtəlif səhnələrdə canlanır. İctimai-siyasi səhnələrdə onun ardınca görünənlər də Fatimə (s) qızlarıdır. Onlardır Hüseyn (ə) inqilabında iştirak edib, Kərbəla şəhidlərinin qan salnaməsini bəşəriyyətə çatdıran və Allah dinini müdafiə edən!
Zeynəb və Gülsümün (s) yandırıcı fəryadları, alovlu sözləri hələ də Kufə və Şamda, Yezid sarayından əks-səda verir. Bu qızlar Fatimə qucağında tərbiyə olundular. Mücahid yetirən həmin qucaq bəşər dünyasına əbədi iftixar ediləsi imam Həsən və imam Hüseyn (ə) təqdim etdi.
Bu Əhli-beyt, Fatimə, Zəhra balalarıdır ki, daim həqiqətin müdafiəsindədirlər. Hər bir şəraitdə meydanda dayanıb, möhkəm qamət, dəmir iradə ilə islam və Quranı müdafiə edirlər. Ona görə də Əhli-beyt həyatı tarix boyu insanlar üçün nümunədir.

Fatimə (s) və müsəlman qadın
Ötənlərə nəzər saldıqda ictimai-siyasi proseslərdə qadının iştirakına Zəhra (s) baxışı, münasibəti aydın olur. Hər bir qadın Fatimədən (s) nümunə götürməklə həqiqət və islamın müdafiəsində durmalıdır. İslam dini bu iştirakı nəinki qadağan etmir, hətta çox zaman ilahi vəzifə hesab edib, vacib buyurur.
Əgər Fatimə (s) buyurmuşdursa müsəlman qadınının xüsusiyyəti budur ki, bir naməhrəm kişinin, eləcə də bir naməhrəm kişi onu görməsin, bu o demək deyil ki, müsəlman qadın bir guşədə oturub tərpənməməlidir. Burada məqsəd qadının öz ictimai fəaliyyətlərində islami qaydalara əməl etməsidir. Qadın elə ötrünməlidir ki, naməhrəm kişilərin baxışına səbəb olmasın və özü də naməhrəmə haram nəzər salmasın. Başqa bir izaha görə qadınların işlərinə qadın rəhbərlik etməlidir ki, kişi ilə təmasa ehtiyac qalmasın.
İslami cəmiyyətdə qadınlara məxsus elm və təhsil, tibb, əczaçılıq və s. sahələrdə bütün qulluqçular, müəllimlər, həkimlər, mütəxəssislər qadın olmalıdırlar ki, mənfi hallar, qadın və kişi işləri və iqtisadi məsələlərdən kənarlaşdırılması nəzərdə tutulmur. Əgər bir qadın kişi həkimə möhtac olmuşsa, heç bir ayə, rəvayət demir ki, bu xəstə ölməlidir və ya naməhrəmə müraciət etməlidir!
Fatimə (s) görüşlərinə görə qadın heç zaman tərkidünya olub, evdə oturmamalıdır. Necə ola bilər ki, bütün müsəlmanlar üçün nümunə olan Fatimə özü ictimai-siyasi səhnələrdə iştirak etsin, amma başqa qadınlara bu fəaliyyətləri qadağan etsin? Fatimənin (s) söylədiyi «naməhrəm görməsin» sözləri tərkidünyalıq mənasında olsaydı, ayə və rəvayətlərlə, o xanımın öz həyat yolu ilə uyğun gəlməzdi.

Üzücü Fatimə qüssəsi
Fatimə (s) dünyanın üstün qadını, Peyğəmbərin (s) girami qızı, əlinin (ə) mehriban həyat yoldaşı, övladlarına məhəbbətli bir ana, hamı üçün fəzilət nümunəsidir.
Fatimə şəxsiyyətinin siması Peyğəmbər (s) kəlamlarında necə də gözəl əks olunur:
Fatimə cismimin yarısıdır... Fatimə gözümün nurudur... Fatimə mənim qəlbimdir... Fatimə mənə ən məhbub və ən əzizdir!..
Fatimə dünyanın ən üstün qadınıdır! Mən behiştin qoxusunu Fatimədən alıram! Fatimənin razılığı mənim razılığım, Fatimənin incikliyi mənim incikliyimdir!
İnsan Fatimə məqamını arışdırıb, onun ilahi simasına Peyğəmbər (s) kəlamlarında tamaşa etdikdə inana bilmir ki, namərdlər ona zülm üçün ittifaqa girsinlər.
Axı kim inana bilər ki, Peyğəmbər (s) sevgisi ilə dolu bir sinə dərd-qəmdə qərq olar, Peyğəmbərin (s) öpdüyü əllər zərbələrə məruz qalar, Həzrətin (s) öpdüyü çöhrə nifaq silləsindən göyərər?!
Zəhra (s) məzlumiyyətini necə dinləmək olar?!
Necə şahid olmaq mümkündür ki, dünyanın ən üstün qadını Peyğəmbərin (s) yeganə yadigarı qəm dolu sinə, yaralı qollar, göyərmiş çöhrə, yaş dolu gözlərlə iki divar arasında fəryadla qabırğaları sınmış, Möhsinin şəhadətə yetmiş halda, şücaətli ərinin məzlumiyyətinə baxa-baxa şəhadət yatağında mələkut aləminə köçməsini gözləsin?!
Necə də acıdır ki, mücahid bir ər, adı Bədr, Ühüd, Xəndək, Xeybər qaranlıqlarını işıqlandırmış, hər zaman qalib, zülfüqarı ilahi qəzəblə zülmətpərəstləri müjdələmiş bir şəxs məzlum, əli-əlüstə səbr edən halda Fatimənin məzlumanə şəhadətini müşahidə etsin.
Bəli, yeri var ki, əli Fatimənin ölümü haqqında desin: əlinin qəmi həmişəlik, yuxusu yuxusuzluq oldu. ("Nəhcül-Bəlağə")
Necə olur ki, əli Fatiməni gecəykən hazırlayıb, torpağa tapşırmalı olur?!
Necə olur ki, Fatiməyə (s) qüsl vermək üçün körpələr gecəykən su daşımalı olur?!
Necə olur ki, Fatimənin (s) məzarı Peyğəmbər (s) Kovsəri imamlar əmanəti, peyğəmbər aramgahının pak ağacı məxfi qalır?!
Zəhra məzlumiyyəti, dünyanın əzəmətli xanımının müsibətli şəhadəti belə olduğu üçün də heç zaman unudulmaz – Cəmadiüs-sani ayının üçüncü günü!
Budur ki, Fatimə (s) məzlumiyyətinin qüssəsi Xeybər fatehi əlinin qəddini əydi!

  Müəllif: Həbibullah Əhmədi   

Category: FATİMƏ (Ə) SƏHNƏDƏ | Added by: IslamQadini
Views: 899 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]