Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » İslam və fikir. |
2009-10-28, 4:45 PM | |
İslam və fikir dirçəlişi Yəzid ənsarinin qızı əsma qadınların nümayəndəsi kimi Peyğəmbərin (s) hüzuruna gəlib, ərz edir: Sizə özüm, atam-anam fəda, bu mənim və bütün qadınların sözüdür ki, Allah səni kişi və qadınlara məbus etdi və biz sənin peyğəmbərliyinə, Allahına iman gətirdik. Amma biz evlərdə dustağıq və çox fəzilətlərə əlimiz çatmır. Biz evdə oturub, kişilərin istədiyini ödəyir, sizin üçün övladlar yetiririk. Kişilər isə bizdən üstündür. Çünki onlar cümə, camaat namazlarında iştirak edir, xəstələri yoxlayır, dəfndə olur, həccə gedir, amma biz evdə məhrum otururuq. Kişilər cəbhəyə gedəndə onların mülkünü qoruyan, paltarlarını toxuyan, övladlarını tərbiyə edən bizik. Bəs bizim fəzilət və mükafatımız nədir? Bu sualın hər bir hissəsi daha geniş bir cavab istəyir. Amma tərcümə ilə kifayətlənməli oluruq. Əsmanın sualının sonunda bir nöqtə diqqəti daha çox cəlb edir. O da budur ki, həmin qadın ad-sandan, şöhrətdən yox, mükafatdan danışır. Hər bir müsəlman qadın üçün Peyğəmbərin (s) cavabı, şəksiz ki, qənaətbəxş olacaqdır. Sual bitdikdən sonra həzrət Peyğəmbər (s) əvvəlcə ətrafdakılara nəzər saldı və soruşdu: «Qadından öz dini məsələsi haqqında belə gözəl sual eşitmisinizmi?» Cavab verdilər ki, bir qadının belə kamal mərtəbəsinə çata biləcəyini güman etmirdik. Sonra həzrət (s) üzünü həmin qadına tutub buyurdu: «Nümayəndəsi olduğun bütün qadınlara elan et ki, ərə yaxşı baxmaq, ona itaət etmək, onun razılığını qazanmaq kişinin bütün fəzilətlərinə bərabərdir». Bu vaxt qadın tam razı və xoşhal vəziyyətdə «La İlahə İlləllah» deyərək Peyğəmbərin (s) hüzurundan mürəxxəs oldu. Bəli, söhbət ad-san yox, fəzilətdən gedir. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi bu, kişinin cihadı müqabilində qadının cihadıdır. Göründüyü kimi vəzifə fərqi heç də fəzilət fərqi deyildir. Hər kəs öz vəzifəsini layiqincə, xalis niyyətlə yerinə yetirsə, daha çox fəzilət əldə edər. Kişi cümə, camaat namazında, həcdə, cihadda iştirak etməklə, kişi də insan haqlarını, cəmiyyətin namusunu qorumaqla buna nail olar. Kişi döyüş silahını səsləndirməklə, qadın isə körpənin beşiyini tərpətmək, tərbiyəli, mübariz, mücahid övlad böyütməklə fəzilətə çatır. Qısası, birinci hissə budur ki, hilqət baxımından qadın və kişi eyni həqiqətə malikdirlər. İnsanın təkamülü və tənəzzülü onun ruhuna aid olduğundan təkamül yolu hər iki cins üçün eynidir. Qadın və kişi arasında bu iki cəhətdən fərq yoxdur. Vəzifə fərqi bu iki mühüm mövzuya zərər yetirmir. | |
Category: İslam və fikir. | Added by: IslamQadini | |
Views: 839 | Downloads: 0 |
Total comments: 0 | |