Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » Quran və insanın... |
2009-10-08, 4:05 PM | |
Quran və insanın xilqəti
Bu barədə Quran buyurur: «Ey insanlar, sizi tək bir şəxsdən, o şəxsdən də zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədən Allahınızdan qorxun!» [5] Mübarək ayə insanın yaranış başlanğıcını həqiqətdən bilir və buyurulur: «Sizi və sizin zövcənizi həqiqətdən yaratmış Allahdan qorxun və təqvalı olun.» Bu günkü bəşəriyyətin ilk kişi və qadını olan Adəm və Həvva bir həqiqətdən xəlq edilmişdir. Bu iki nəfər də ayənin məzmununa şamil olur. Qadın və kişinin xilqətində heç bir fərq yoxdur. Adəmə üfürülmüş həmin ruh və həqiqət Həvvaya da üfürülmüşdür. Eyni ruh və həqiqət birində kişi, digərində isə qadın şəklində təcəlli etmişdir. Yenə buyurulur: «Sizi bir nəfərdən xəlq edən və onunla ünsiyyət üçün zövcəni yaradan Odur.» [6] Mübarək ayənin məzmunu əvvəlki ayə kimi insan vücudunun həqiqət başlanğıcının bir olduğunu bir daha təsdiq edir. | |
Category: Quran və insanın... | Added by: IslamQadini | |
Views: 812 | Downloads: 0 |
Total comments: 0 | |