«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 5:53 PM
Main » Files » İslamda nümunəvi qadınlar – Fatimə (ə) » Təkamül yolu

2009-10-28, 4:31 PM

Təkamül yolu

İkinci müddəa təkamül yolunun həm kişi, həm də qadın üçün eyni olmasıdır. Hər bir fəzilətin əldə edilməsində kişi və ya qadın olmaq şərt deyil. Çünki kişi və qadının ruhu, həqiqəti eynidir və fəzilətə yetmək, təkamül çatmaq insanın ruhuna, həqiqətinə aiddir. Eləcə də insanın ruhundan kənar fərqlər burada təsirsizdir.

İslamda təkamül yolu iman və saleh əməllə adlanır. Kişi və qadın təfavütsüz olaraq vəzifəlidirlər.

Təkamül yolunun eyni olması


İlahi vəhyə əsasən Quran insanın hidayəti, nuraniyyəti, paklaşması üçün gəlmişdir. Məqsəd insanın zülmətdən, cəhalətdən mənəviyyata yönəldilməsidir. «Bu Quran elə bir kitabdır ki, onu sənə insanları zülmətdən nura çıxarmaq üçün nazil etmişik». («İbrahim» surəsi, ayə 1).
Paklanma ya ağıl və təfəkkür yolu ilə, ya da eşq və məhəbbət (qəlb) yolu ilə olur. Bəzi ustadların buyurduğu kimi, "Əgər kişilər üçün ağıl və təfəkkür yolu hamardırsa, qadınlar üçün qəlb yolu hamardır və qəlb yolu məqsədə ağıl yolundan daha yaxındır.»
Məhəbbətin cazibəsi daha çoxdur. Necə ki, sözün təsiri düşüncənin təsirindən az deyil. Bu səbəbdən də təkamül yolunu keçmək qadınlar üçün hamar olmasa da, kişilər üçün də asan olmayacaqdır.
Nəticə budur ki, qadın və kişi yaranışının həqiqəti birdir, fəzilətlərə çatmaq yolu eynidir. Demək, qadın və kişi insanlığı və fitrəti arasında heç bir fərq yoxdur. İslam məktəbi qadın və kişini bərabər bilir. Hansı ki, qərb məktəbi çox təlaşdan sonra, bu bərabərliyi öz məktəbi üçün böyük nailiyyət hesab edir. İslam, vəhy məktəbi daha yuxarı mərhələdə düşünür və qadın və kişini eyni bir həqiqət bilir. Səmavi maarif təliminin nəticəsi olan qadın şəxsiyyətinin yüksəldilməsi budur. Dünya məktəbləri bundan sonra əsrlərcə çalışsalar, vəhydən törənən belə bir maarifə nail olmayacaqlar. Quran bu barədə buyurur: «Vəhy sizə heç zaman əliniz çatmayacaq bir maarif öyrədir.» Qadın və kişi xilqətinin həqiqəti və fəzilətlərə yol tapmaq bəşər elminin gücündə deyil. Bu, Peyğəmbər məktəbinin işidir.

Həbibullah Əhmədi  


Category: Təkamül yolu | Added by: IslamQadini
Views: 826 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]