«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 7:31 PM
Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ

2010-05-28, 6:22 PM
 
 
HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ
Amənə bint Şərid (Əmr ibn Həməqin həyat yoldaşı)



Şəridin qızı və Əmr ibn Həməqin həyat yoldaşı olan Amənə gözəl natiqlik istedadına və bəlağət elminə malik idi. O, Əli (ə)-a məhəbbət bəslədiyinə görə Kufədə həbs olunaraq Muaviyənin sarayına göndərilmişdi və 2 il Şamın zindanında saxlanılmışdı. Bir gün Müaviyənin cəlladları əri Əmr ibn Həməqi öldürüb başını kəsərək Müaviyənin sarayına gətirdilər. Müaviyə Amənəni sınamaq üçün əmr verdi ki, kəsik başı zindana aparsınlar və Amənə oyaq olanda onun ətəyinə qoysunlar. Amənə ərinin kəsilmiş başını gördükdə titrəyib özündən getdi. Özünə gələndə isə müsibət görmüş ərəb qadınları kimi əlini başına qoyub ürək yaxan bir nalə çəkdi. Sonra zindanın məmuruna dedi: «Müaviyənin yanına get, sözlərimi olduğu kimi ona çatdır. De ki, Müaviyə, Allah uşaqlarını yetim, evini viran etsin və əsla səni bağışlamasın».
Məmur Amənənin sözlərini Müaviyəyə çatdıranda. Müaviyə qadının bu ağır qarğışından (nifrinindən) narahat oldu və Amənəni yanına çağırtdırıb ona dedi: «Ey Allahın düşməni, sən bizim haqqımızda nifrin edirsən?»
Amənə dedi: «Bəli, mən bu işi görmüşəm, bunu inkar etmirəm. Mən buna görə səndən nə üzr istəyəcəyəm, nə də dediyimdən əl çəkəcəyəm». Onların arasında çox sözlər deyildi
Axırda Müaviyə dedi: «Mənim ölkəmdən (Şamdan) çıx, nə özünü görüm, nə də səsini eşidim». Amənə ona: «Gedərəm. Şam mənim istədiyim yer deyil, burada nə xoş gün gördüm, nə də xoş söz eşitdim. Nəsibim ancaq əziyyət olub. Şam mənim vətənim deyil, burada heç kəsim yoxdur. Bu viran Şamda bəlalarım çox oldu. Odur ki, ey Müaviyə arxayın ol, buradan gedəcəyəm, əsla geri qayıtmayacağam və harada olsam, səni pisliklə xatırlayacağam» – söylədi.
Amənə çıxmaq istəyəndə Müaviyə əli ilə işarə etdi ki, get. Amənə yenə də susmadı: «Bəli, Müaviyə əli ilə işarə edir ki, gedim. Mənim ağır cavabımdan qorxduğundan dilini tərpətmir. Ey Müaviyə, bil ki, mən sükut etsəm də, Qiyamət günü ərim Əmr ibn Həməq qılıncdan iti dili ilə səninlə dava edəcək». Amənə, ürəyi dərdlə dolu halda, Müaviyədən ayrıldı və Şamdan çıxdı. Yolda olarkən Müaviyənin göstərişi ilə Əbid ibn Ovs ona hədiyyə gətirdi ki, Müaviyəyə pislik arzulamasın. Amənə hədiyyəni görəndə dedi: «Çox təəccüblüdür ki, Müaviyə ərimi öldürür, mənə hədiyyə göndərir». O, hədiyyəni qəbul etmədi və Şamdan adaya tərəf yollanaraq Həməs şəhərinə getdi. Orada taun xəstəliyinə tutuldu və həmin xəstəlikdən dünyasını dəyişdi. Müaviyə onun ölüm xəbərini eşidəndə çox şad oldu. 

kovser.az


Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini
Views: 893 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]