Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ |
2011-02-03, 9:56 AM | |
![]() HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ (3) Ummul Bəra Ummul Bəra Müaviyənin məclisində Bir gün Ummul Bəra Müaviyənin yanına getmişdi. Müaviyə ona dedi: «Ey Səffanın qızı! Necəsən?» Ummul Bəra cavab verdi: «Ey Əmirəlmöminin, yaxşıyam». Yenə soruşdu: «Halın necədir?» Ummul Bəra cavab verdi: «Qudrətdən sonra zəifəm, sevincdən sonra yorğun və süstəm». Müaviyə dedi: «Bu günlə Siffeyndə Əlini (ə) müdafiə edərək şer oxuduğun gün arasında nə qədər fərq var?» O cavab verdi: «O günü bir tərəfə qoy». Müaviyə dedi: «Heyhat! Sən həmin adamsan ki, əgər o gün geri qayıtsa, sən də geri qayıdacaqsan». Sonra Müaviyə soruşdu: «Əlinin ölümü zamanı nə yazmısan?» O dedi: «Unutmuşam». Ancaq məclisdə olanlardan bəziləri o şeiri bilirdilər və bir beytini dedilər: İmamımızın yoxluğunda günəş tutuldu. O, ədalətli insan, adil imam və ən yaxşılardan idi. Müaviyə onun şerini eşidəndən sonra dedi: «Allah səni öldürsün, ey Səffanın qızı, sən danışmaq üçün heç bir şey qoymadın. İndi hacətin nədir ki, yanıma gəlmisən?» O: «Heyhat, bu sözlərdən sonra hacətimi demərəm. Allaha and olsun ki, səndən bir xahiş etməyəcəyəm» – deyib, yerindən qalxdı və Müaviyənin yanından getdi. | |
Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini | |
Views: 645 | Downloads: 0 |
Total comments: 0 | |