«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-16, 8:34 PM
Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ

2011-02-13, 11:58 PM
HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ
(10)
Əbu Üməyyənin qızı Ummu Sələmə (Allah Rəsulunun (s) həyat yoldaşı)

Onun adı «Hind» idi, lakin onu «Rəmle» çağırardılar. «Ummu Sələmə (və ya «Ummul-muminin») onun kunyəsi olduğuna baxmayaraq, o, həmin ad ilə məşhurdur». Ummu Sələmənin atası Əbu Uməyyə, anası Amir ibn Rabiətin qızı Atikədir. Ummu Sələmə dərrakəli və elmli bir qadın idi. O, əvəlcə Əbu Sələmənin həyat yoldaşı olub və ondan dörd övlad dünyaya gətirib: Sələmə, Ömər, Dürrə və Zeynəb. Peyğəmbərin (s) besətinin ilk günlərindən müsəlman olan Ummu Sələmə Məkkədən çıxaraq əri ilə Həbəşəyə hicrət etməli olmuş, sonralar isə Mədinəyə mühacirət etmişdir. Əri Əbu Sələmə Uhud müharibəsində yaralandıqdan 5-6 ay sonra dünyasını dəyişmişdi. Ərinin şəhadətindən sonra (hicrətin 4-cü ili) o, Peyğəmbər (s) ilə izdivac etmişdir. 
     
     
Ummu Sələmənin risalət ailəsinə möhkəm imanı

     Peyğəmbərin (s) ailəsinə böyük sevgi və imanı olduğundan, Ummu Sələmə həmişə Peyğəmbər (s) Əhli-beytini, (ə) Əmirəl-mömininin (ə) vilayət və imamətini cəsarətlə müdafiə etmişdir. Peyğəmbərin (s) rehlətindən sonra o dövrün zəhərlənmiş mühitində o, məsum İmamların (ə) və İslamın həqiqi rəhbərlərinin məqamı barədə olan vilayət ayələrinin şəni-nuzulunu xatırladığı həqiqətləri və imam Əlinin (ə) və onun övladlarının fəzilətlərini çəkinmədən söyləyirdi.
     
     Burada bəzi nümunələri göstəririk:
     
     1. Təthir ayəsi. 
     
     Ummu Sələmə deyir: «Təthir» ayəsi mənim evimdə nazil olub. Peyğəmbər (s) bir nəfəri Fatimənin (ə) evinə göndərib, Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) yanına çağırdı və buyurdu: «Pərvərdigara, bunlar mənim Əhli-beytimdirlər». Soruşdum: «Ey Allah Rəsulu, mən sizin əhli-beytinizdən deyiləm?» Peyğəmbər (s) buyurdu: «Sən yaxşı insansan, ancaq bunlar mənim Əhli-beytimdirlər».
     
     2. Fədəyin qorunması.
     
     Həzrət Zəhra (ə) Fədəyin qəsb olunması barədə Əbu Bəkrin qarşısında dəlillər gətirib, uzun bir xütbə oxuyandan sonra Əbu Bəkr deyib: «Əgər şahid gətirsən Fədəyi qaytararam». Xanımlar xanımından şahid istəmək heç bir ölçüyə sığmadığından, Ummu Sələmə etirazını bildirib: «Ey Əbu Bəkr, Allah Rəsulunun (s) qızı barədə belə söhbətlər yaraşarmı? Sən bilirsənmi ki, Fatimə (ə) insanlar arasında huriyədir. O, asimanın mələklərinin himayəsində olmuş və pak bir ananın ətəyində böyüyüb boya çatmışdır? Güman edirsən ki, Allah Rəsulu (s) mirasını Fatiməyə (ə) haram etmiş və ona bu barədə xəbər verməmişdir? Baxmayaraq ki, Allah ona göstəriş vermişdi: «Əvvəlcə ev adamları və yaxınlarına xəbərdarlıq və təbliğ et». Və ya fikirləşirsən ki, Peyğəmbər (s) mirasının haram olduğunu Fatiməyə (ə) demişdir, amma o, atasının göstərişinə muxalif çıxaraq, haqqı olmayan şeyi tələb edir? O, ən yaxşı qadın, cavanların ağasının anası, İmranın qızı ilə eyni səviyyədədir. Onun atasının vasitəsilə risalət sona yetişmişdir». 
     Ummu Sələmə belə dəlillərlə qənaətləndirici cavablar verdi, amma bir təsiri olmadı və Fədək Fatimeyi-Zəhraya (ə) qaytarılmadı.
     
     3. Peyğəmbərin (s) Əliyə (ə) əmanəti.
     
     Ömər ibn Əbu Sələmə anası Ummu Sələmədən nəql edir: Bir gün Allah Rəsulu (s) ilə Əli (ə) bizim evə təşrif gətirdilər. Peyğəmbər (s) bəzi mətləblərin yazılması üçün qoyun dərisi istədi. Peyğəmbər (s) yazmağı bacarmadığı üçün, o, imla etdi, Əli (ə) isə yazdı. Belə ki, dərinin üzəri yazı ilə doldu. Onu mənə verib buyurdu: «Məndən sonra hər kim bu nişanələrlə (nişanələri söylədi) onu səndən istədi, verərsən».
     Zaman ötdü, Allah Rəsulu (s) rehlət etdi və Əbu Bəkr xilafətə keçdi. Anam mənə dedi: «Oğlum, məscidə get və orada baş verənlərdən mənə xəbər gətir» . Mən məscidə getdim. Əbu Bəkr minbərə çıxıb xutbə oxudu, sonra mənzilinə qayıtdı və Peyğəmbərin (s) əmanətini anamdan istəmədi. İllər keçdi.
     Ömər ibn Xəttab xilafətə yetişdi. Anam mənə yenə həmin tapşırığı verdi. Ömər də xütbə oxudu, evə qayıtdı, o da əvvəlki kimi anamdan heç nə istəmədi. Osman da xilafətə gələndə əvvəlkilərdən fərqlənmədi. Osman qətl ediləndən sonra camaat Əmirəl-mömininə (ə) beyət etdi. Mən yenə anamın sözü ilə məscidə getdim. Əli (ə) xütbə oxuyandan sonra minbərdən aşağı enib, məni istədi və buyurdu: «Get anandan icazə al, onunla görüşmək istəyirəm». 
     Mən anamın yanına gəldim Əmirəl-möminin (ə) sözünü anama çatdırdım. O, dedi: «Mən də onu gözləyirdim». Əli (ə) anamla görüşəndə buyurdu: «Ummu Sələmə, bu nişanələrlə olan əmanəti mənə ver. Anam qalxdı, öz sandığının içindən kiçik bir sandıq çıxartdı və Allah Rəsulunun (s) onun yanında qoyduğu və canişininə təhvil veriləcək əmanəti Əliyə (ə) verdi. Sonra mənə dedi: Oğlum, Əlidən (ə) əl çəkmə, Peyğəmbərdən (s) sonra ondan başqa bir imam tanımıram».
     
Ummu Sələmənin Aişəyə xəbərdarlığı

     Aişə Bəsrəyə tərəf hərəkət etməyə qərar vermişdi. Bütün səfər hazırlıqları görülmüşdü. Qoşuna komandanlığı öhdəsinə alan Aişə igidlikdə və şücaətdə misli olmayan Əmirəl-möminin (ə) ilə döyüşmək istəyirdi. O, yola düşmək ərəfəsində belə bir fikrə gəldi ki, Peyğəmbərin (s) digər həyat yoldaşını Ummu Sələməni də özü ilə götürsün. 
     Ona görə də o günlərdə Məkkədə olan Ummu Sələmənin mənzilinə getdi və bu barədə onunla bir qədər söhbət etdi. Aişə Ummu Sələməyə Osmanın məzlumluğu haqda bəzi sözlər dedi ki, bəlkə onu inandırar və özü ilə bu təhlükəli səfərə aparar.
     Ummu Sələmə elə bir fəryad etdi ki, evdə olan hər kəs onun səsini eşitdi. O dedi: «Ey Aişə, sən ki, dünənə qədər camaatı Osmanın əleyhinə qaldırırdın, onun haqqında ən pis sözləri deyirdin və o, sənin üçün «Nəsəl»dən başqa bir şey deyildi. Bu gün niyə belə danışırsan? Dünən «Nəsəl» (Nəsəl-bir qoca yəhudinin adı idi, uzun saqqalı vardı və Mədinədə yaşayırdı. «Nəsəl» lüğətdə «qoca kaftar» mənasındadır.) idi, bu gün isə onun qanının intiqamını almaq üçün hərbə başlayırsan. Bundan əlavə, Peyğəmbər (s)-ın yanında Əlinin (ə) mövqeyini yaxşı bilirsən, unutmusansa, yadına salım. Sonra Ummu Sələmə Peyğəmbərin (s) Əlinin (ə) fəzilətləri haqda buyurduğu həqiqətləri söylədi və Aişə hamısını təsdiq etdi. Ummu Səlmə soruşdu: «Bəs nə üçün onunla mubarizə etmək istəyirsən?» Aişə dedi: «Adamları islah etmək üçün». Ummu Sələmə: Özün bilərsən və ayrıldılar. Aişə getdi, amma seçdiyi batil yoldan əl götürmədi, bu işdə təkid etdi, Təlhə və Zübeyr ilə Bəsrəyə getdi, Cəməl müharibəsini başladı və çox sayda müsəlmanın qanını tökdü. Ummu Sələmə Aişə ilə görüşünü Əmirəl-möminin (ə) üçün yazdı. Başqa bir nəqlə görə tənbeh olunmuş Aişə evə gələndən sonra Təlhə və Zübeyrə xəbər göndərdi ki, Bəsrəyə getməyəcək. Ancaq gecə yarı olmamış Aişənin kəcavəsinin səsi gəldi və Bəsrəyə getməyə hazır oldu».
     Səid ibn Müslim Məkki Omrə bint Əbdurrəhmandan nəql edir: Əmirəlmöminin (ə) Bəsrəyə yola düşərkən Ummu Sələmə həzrət Əliyə (ə) belə dedi: Get, Allahın pənahında ol, ey Əli, Allaha and olsun, sən həqq ilə, həqq səninlədir. Peyğəmbər bizə evlərimizdə qalmağı əmr etmişdir. Əgər Allahın və rəsulunun yanında günah etməkdən qorxmasaydım, səninlə gələrdim. Ancaq səninlə birini göndərəcəyəm ki, mənim üçün çox əzizdir, canımdan artıqdır və o övladım Ömər ibn Əbu Sələmədir. Sonra oğluna sifariş etdi ki, Əlidən (ə) əl götürməsin və onu Əlinin (ə) qoşununa göndərdi.
     
İmamətin vəsiyyətləri və onları qoruyan Ummu Sələmə

     Ummu Sələmənin məsum imamların yanında o qədər etimadı vardı ki, imam Hüseyn (ə) İraqa Kərbəlaya yola düşəndə imamətin vəsiyyətlərini onun yanında qoydu və buyurdu: «Hər vaxt ən böyük övladım yanına gəlsə və tələb etsə, sənə verdiyimi ona təhvil ver». Ummu Sələmə deyir: Əba Əbdilahil Hüseynin (ə) şəhadətindən sonra böyük oğlu Əli ibni Hüseyn (ə) Mədinədə yanıma gəldi və mən atasının məndə olan əmanətini – anasının vəsiyyətlərini ona təhvil verdim.
     
Ummu Sələmə Əlinin (ə) şəninə hədis nəql edir

     Ummu Sələmə münasib gördüyü şəraitdə Əlinin (ə) şəninə Allah Rəsulundan (s) eşitdiyi rəvayətləri yada salırdı ki, o həzrətin fəzilətləri unudulmasın. İndi onlardan iki nümunə veririk:
     1. Həsən Bəsri deyir: Ummu Sələmə Allahın Rəsulundan (s) nəql edirdi ki, Peyğəmbər (s) Əliyə buyurdu: Ey Əli, o bəndə ki, sənin vilayətini inkar edər, qiyamət günü Allah yanında bütpərəst, atəşpərəst və s. kimi olar.
     2. Əbu Sabit (Əbuzərin azad etdiyi qulam) deyir: «Mən Cəməl müharibəsində Əmirəl-möminin (ə) yanında idim və həzrət Əlinin (ə) Həqqaniyyətində şəkkim yox idi. Amma elə ki, Aişəni müqabil tərəfin arasında gördüm, məndə bir tərəddüd əmələ gəldi. Hətta bəzilərində də bir şübhə yarandı Əlinin (ə) yanında olaq, ya yox. Ancaq zöhr namazı vaxtı Allah ürəyimizdəki şübhələri götürdü (apardı) və Əninin (ə) cəbhəsində Aişənin qoşunu ilə axıra qədər döyüşdüm. Cəməl müharibəsi başa çatandan sonra Mədinəyə getdim və Ummu Sələmənin xidmətinə yetişdim və ona dedim: Allaha and olsun, çörək, su istəməyə gəlməmişəm, mən Əbuzər tərəfindən azad olunmuşam və Cəməl müharibəsində Əlinin yanında döyüşmüşəm (Bəlkə soruşmaq istəyirdi: Əlinin (ə) cəbhəsində Aişə ilə döyüşmək haqq üçün idi ya yox?)»
     Əbu Sabit deyir: Ummu Sələmə mənə xoş gəldin dedi və mən müharibədəki hekayətimi ona nəql etdim. Ummu Sələmə məndən soruşdu: o vaxt ki, ürəklər o tərəf bu tərəfə gedirdi, şübhədə idi, sən harada idin? Dedim: «Mən də şəkk-şübhəyə düşdüm, amma Allah zöhr vaxtı tərəddüdlərimi ürəyimdən götürdü və Əli (ə) ilə birlikdə döyüşdüm».
     Ummu Sələmə dedi: Afərin sənə, əlbəttə, Allahın peyğəmbərindəm eşitdim ki, buyurdu: «Əli (ə) Quranla, Quran Əli (ə) ilədir, bu ikisi houze Kövsərin yanında mənə qovuşana qədər bir-birindən ayrılmazlar».
     
İmam Hüseyn (ə) qanı olan şüşə qab

     Peyğəmbər (s) ömrünün axır günlərinin birində Ummu Sələməyə bir şüş verdi və ona tapşırdı ki, onu gizli saxlasın. Nə vaxt şüşədəki torpaq qana çevrilsə, bu, Hüseyn ibn Əlinin (ə) şəhadətə yetişməsinə işarə olacaq.
     Şeyx Mufid İrşad kitabında nəql edir ki, Ummu Sələmə deyirdi: Hüseyn ibni Əli (ə) Kufəyə getmək üçün Məkkədən çıxdı, hər gün peyğəmərin verdiyi şüşə və torpağı görmək üçün gedirdim və onu iyləyirdim, sonra Hüseynin müsibətinə ağlayırdım, ta ki, Məhərrəmin onuncu günü oldu, yəni həmin gün ki, həzrət öldürüldü. Birinci gün şüşə və torpağ, əvvəlki kimi idi (öz halında idi), amma günün axırında təzə qan olduğunu qördüm, bildim ki, İmam (ə) şəhadətə yetişmişdir. Nalə çəkdim və ağladım, ancaq qorxdum ki, Mədinədə düşmənlər anlayarlar və məni məzəmmət edərlər. Səsimi aram etdim, qəzəbimi boğdum və səbr etdim, ta xəbər gəldi ki, Hüseyn ibni Əli (ə) şəhadətə yetişmişdir və hər şey mənim üçün sübut olundu. Bu hədisə bənzər başqa birisi ibn Əbbas tərəfindən nəql olunmuşdur.
     
Ummu Sələmənin vəfatı

     Peyğəmbərin (s) qadınlarından sonuncusu idi ki, imam Hüseyn (ə) zamanında yaşadı və dünyadan getdi. Amma onun vəfat tarixində ixtilaf var. Bəziləri muhəddis Qumi kimi onun vəfatının hicri 63-cü ildə olduğunu deyirlər. Bəziləri 62, bəziləri 61-ci hicri tarixində olduğunu deyirlər. Hətta 59-cu ilə də aid edənlər var.
     Əlbəttə, hicri 59-cu il düzgün deyil. Çünki həzrət seyyidəşşühəda hicri 61-də şəhadətə yetişmişdir və o zaman Ummu Sələmə var idi. Buna görə 59-cu il səhih deyil. Çox ehtimal ki, onun vəfatı imam Hüseynin şəhadət xəbəri yayılan zamanda hicri 61-ci ildə olmuşdur. İbn Hicr bu barədə ibn Hənnandan yazır: İmam Hüseynin (ə) şəhadət xəbəri 61-ci ildə Mədinəyə çatdı və həmin ilin axırında Ummu Sələmə dünyadan getdi. 
     

     (ardı var...)

Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini
Views: 1210 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]