Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ |
2011-05-23, 12:20 PM | |
![]() (11) Ummu Müslim ibn Abdullah Cəhəni Ummu Muslim də Əlini (ə) sevənlərdən və onun dostlarından olub. O alicənab xanım «Cəməl» müharibəsində oğlu Müslimi qurban vermişdi. Şeyx Mufid, Murxan deyir: «Cəməl» müharibəsində Ummu Muslimin oğlu Müslim ibn Abdullah Əlinin (ə) əmri ilə döyüşməyib müharibə iştirakçıları üçün Quran tilavət edirdi. Aişənin fərmanı ilə onu oxlayıb şəhid etdilər. Müslim, Cəməlin ilk şəhidi oldu. Cənazəsini Əlinin (ə) qarşısına gətirəndə anası ağladı və bu şeri oxudu: «Allahım, Müslim onlara Allahın kitabını oxudu. Onlar da kitabı oxuyurlar, ancaq ondan qorxmurlar. Nizələrini onun qanı ilə qızartdılar, anaları (Aişə) isə durub baxırdı. Və onlara Quran qarisini öldürməyi əmr etdi, onları bu işdən çəkindirmədi». Bu şir ürəkli qadın batil əleyhinə olan döyüşdə öz qəhrəman övladını fəda etdi və Əlinin (ə) haqqını müdafiə etməkdən yorulmadı. HƏZRƏT ƏLİNİN (Ə) DİGƏR QADIN SƏHABƏLƏRİ 1 - Amənə bint Şərid 2 - Omeys Xəşəmiyyənin qızı Əsma 3 - Ummul Bəra 4 - Ummul Həsən Nəxiyyə 5 - Ummul Xeyr 6 - Əmamə binti Əbil As 7 - Ummu Rələ Qəşiriyyə 8 - Ummu Zərih Əbdiyə 9 - Ummu Sənan binti Xisəmə 10 - Əbu Üməyyənin qızı Ummu Sələmə 11 - Ummu Müslim ibn Abdullah Cəhəni 12 - Bekarə Həlamiyə kovser.az | |
Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini | |
Views: 878 | Downloads: 0 |
Total comments: 0 | |