«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 10:37 PM
Main » Files » TARIXDƏ QADIN » HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ

2011-05-23, 12:23 PM
HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ
(12)
Bekarə Həlamiyə


     Bekarə Həlamiyə azad düşüncəli, şücaətli, epik şeirlər və dastanlar yazan bir ərəb qadını idi. O, Əlinin (ə) səmimi dostlarından və sadiq himayədarlarından olub. Bekarə Həlamiyə «Siffeyn» müharibəsində öz atəşli nitq və şeirləri ilə Əlinin (ə) ordusunun döyüşçülərinə güc-qüvvət vermişdi. İslam tarixində və ədəbiyyatında bu fədakar və nəcib xanım barəsində Müaviyə ilə görüşündən başqa bir xatirə qalmamışdı. Həmin görüşdə Bekarə Həlamiyənin cəsarəti, səmimiyyəti, Əliyə (ə) möhkəm iman və etiqadı bariz görünürdü. Buna görə də həmin görüşü burada nəql edirik.
     
Bekarə Müaviyənin məclisində

     Müaviyə Əmirəlmömininin (ə) şəhadətindən sonra İslam ölkələri üzərində hökmranlığı ələ almaq və Peyğəmbər (s) ailəsini xilafətdən uzaqlaşdırmaq üçün hiylə işlətdi və imam Müctəbanın (ə) ordu komandirlərindən bəzilərini pul və vəzifə ilə ələ aldı. O, bu yolla İmamı (ə) təslim olmağa, sülh sazişini imzalamağa və müharibəni tərk etməyə məcbur etdi. Ondan sonra qəsb etdiyi hökümətini bütün İslam ölkələrinə tanıtdı və əzəmətlə Mədinəyə daxil olub, İslam Peyğəbərinin (s) yerində oturdu. O, şəhərin başçılarını, Peyğəmbərin (s) səhabələrini ona beyət etmək üçün dəvət etdi. Müaviyə ilə görüşə gələnlər arasında yaşlı bir qadın – Bekarə Həlamiyə də var idi. 
     Bekarə Müaviyənin məclisinə daxil olanda Mərvan Həkəm , Əmr As, Səid ibn Əbil As da orada idilər. Müaviyənin ətrafındakılar onu görən kimi tanıdılar və onu Müaviyəyə tanıtmaq istədilər. Əvvəlcə Mərvan Müaviyəyə dedi: «Bu qoca arvadı tanıyırsan?» Müaviyə soruşdu: «Kimdir?» Mərvan cavab verdi: "O, «Siffeyn» müharibəsində Əlinin (ə) qoşununu səninlə müharibəyə təhrik edərək belə şeirlər deyirdi: 
     «Ey Zeyd, o qılınc ki, evimizdə torpağın altında gizlədilib çıxardıb gətir. Böyük hadisələr üçün gizlədilmiş o qılınc, bugün döyüşmək üçün gərək torpağın altından çıxarıla».
     Sonra Əmr As Müaviyəni qızışdırmaq üçün dedi: «Bu həmin qadındır ki, deyirdi: "Görürsənmi, Hindin oğlunun başına xilafət havası vurub. Ancaq əsla buna imkanı yoxdur. Həvayi nəfs səni yoldan azdırdı. Əmr və Səid səni bədbəxtliyə atdı».
     Axırda Səid ibn As dedi: «Ey Müaviyə, bu o qadındır ki, deyirdi: 
     «Arzu etdim ki, öləm, Bəni Üməyyədən bir kəsi minbərdə moizə edən görməyəm.
     Ancaq Allah mənim ölümümü təxirə saldı ki, dünyanın heyrətləri ilə üzbəüz qalım.
     Hər gün Bəni Üməyyədən camaat üçün xütbə oxuyan və söz söyləyənlər Peyğəmbər (s) ailəsinə eyb tutur, rişxənd edirlər».
     Bekarə gördü ki, Müaviyənin ətrafındakılar onun «Siffeyn» müharibəsindəki və başqa şeirlərini oxumaqla Müaviyəni qızışdırmaq və ona zərbə vurmaq istəyirlər. O, özünə məxsus cəsarətlə Müaviyəyə belə dedi: «Ey Müaviyə, itlərin hər tərəfdən mənə hürürlər. İndi əsam qısa, qocalıqdan belim bükülmüşdür və gözümün nurunu da əldən vermişəm. Bəli, Allaha and olsun, nə ki, deyirlər, demişəm və onların dediklərini təkzib etmirəm. Hər nə istəyirsən et. Onsuz da Əlidən (ə) sonra mənim üçün yaşamağın qiyməti yoxdur».
     Muhəmməd ibn Əbd Rəbe davamında deyir: Müaviyə güldü və dedi: «Bunlar ki, sənə ehsan-yaxşılıq etməyimə mane olmur. Buyur, hacətini de». Bekarə: «O cür ki, mən qarşılandım, heç bir hacətim yoxdur» – deyib, dərhal yerindən qalxıb getdi».
     
     
     HƏZRƏT ƏLİNİN (Ə) DİGƏR QADIN SƏHABƏLƏRİ
     
      1 - Amənə bint Şərid 
     
      2 - Omeys Xəşəmiyyənin qızı Əsma 
     
      3 - Ummul Bəra 
     
      4 - Ummul Həsən Nəxiyyə 
     
      5 - Ummul Xeyr 
     
      6 - Əmamə binti Əbil As 
     
      7 - Ummu Rələ Qəşiriyyə 
     
      8 - Ummu Zərih Əbdiyə 
     
      9 - Ummu Sənan binti Xisəmə 
     
      10 - Əbu Üməyyənin qızı Ummu Sələmə 
     
      11 - Ummu Müslim ibn Abdullah Cəhəni 
     
     12 - Bekarə Həlamiyə 

kovser.az
     
Category: HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ | Added by: IslamQadini
Views: 900 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]