«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-18, 7:04 PM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:20 AM

İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar
 (4)
Umeys qızı Əsma

Əri şəhid olmuş, acı hadisələr müqabilində səbrlə dözmüş, həyatı bizim hamımız üçün bir ibrət dərsi olan qadınlardan biri də, Umeys qızı Əsmadır.
     Umeysin dörd qızı vardı. Onlardan biri (Əsma) Cəfər Təyyarın həyat yoldaşı, ikincisi (Səlma) Seyyiduş-Şühəda Həmzənin həyat yoldaşı, üçüncüsü (Lubabə-Ümmü Fəzl) Peyğəmbərin (s) əmisi Abbasın həyat yoldaşı və dördüncüsü (Məymunə) isə Peyğəmbərin (s) həyat yoldaşı olmuşdur. Bu baxımdan Peyğəmbər (s) Umeys və Hində demişdir: «Siz yer üzünün ən yaxşı kürəkənlərinə sahibsiniz».
     Həmçinin, onlar haqqında Peyğəmbərimiz (s) belə buyurmuşdur: «Allah, cənnət əhli olan bu dörd bacıya, rəhmət etsin».
     Əsma, İslamın zühurunun ilk çağlarında (həmin çətin anlardan) İslamı qəbul edərək, əri Cəfərlə (Əlinin (ə) qardaşı) birlikdə Həbəşistana mühacirət edib. O, vətəndən uzaqda əri ilə çiyin-çiyinə mühacirliyin on beş illik çətinliklərinə dözərək hicrətin yeddinci ilində, əri və mühacirlərlə birlikdə, Mədinəyə qayıdıb. Hicrətin səkkizinci ilində Cəfər Təyyar Mutə döyüşündə İslam ordusuna sərkərdəlik edib və bu döyüşdə də şəhid olub. Əsmanın Cəfərdən Abdullah, Ovn və Muhəmməd adlı üç övladı var idi. Cəfər Təyyar döyüşə gedəndə uşaqları hələ kiçik yaşda idi. Cəfərin şəhid olma xəbəri Mədinəyə çatanda Rəsuləllah (s) qəmgin halda Əsmanın evinə gəlib və mübarək əlini Cəfərin uşaqlarının başına çəkərək onlara nəvaziş göstərib. Vəziyyəti başa düşən Əsma: «Deyəsən, bu uşaqlar atasız qaldılar» deyir.
     Onun ağlına-kamalına heyran qalan Peyğəmbər (s), Cəfər Təyyarın cənnətdəki məqamından danışıraraq ona təskinlik verib, onu ovundurmağa çalışıb.
     Əsma: «Onun özünü, gözəl xasiyyətini heç vaxt unuda bilməyəcəyəm» – deyə Peyğəmbərə (s) ərz edib.
     Əsma Cəfərdən sonra Əbu Bəkrlə ailə qurdu və ondan da Muhəmməd adlı övladı dünyaya gəldi. Yüksək, gözəl mənəviyyata malik olan Muhəmməd barəsində Əli (ə) buyurmuşdur: «O mənim övladımdır».
     Bu ana və bala (Muhəmməd) – hər ikisi Həzrət Əlinin (ə) xilafəti dövründə Muaviyyənin məmurları tərəfindən Misirdə şəhid ediliblər.
     Əsma Əbu Bəkrin vəfatından sonra Əli (ə) ilə ailə həyatı qurub. Bu izdivacdan, Yəhya və Ovn adlı iki övladı dünyaya gəlib. Yəhyanın uşaq ikən vəfat etdiyi ehtimal olunur. Ovn isə Kərbəlada İmam Hüseynin (ə) səhabələrindən biri kimi şəhid olub.
     Əsma həmişə Həzrət Zəhranın (ə.s) xidmətində olar və onun evində kəniz olmağı ilə fəxr edərdi. O, Həzrət Zəhranın (ə.s) ən yaxın sirdaşı idi.
     Əsmanın digər xüsusiyyətlərindən biri də məsumlarımızdan rəvayət nəql etməsi idi. O, bu baxımdan etibarlı sayılmış və rəvayətçilərin ondan hədis nəql etmələrinə səbəb olmuşdur. O, Xədicənin (ə) vəsiyyətinə əsasən, Həzrət Fatimənin (ə.s) toy gecəsi onun üçün analıq etmişdir. Əhli-beytə xüsusi bir məhəbbət bəsləyən Əsma, eyni zamanda bütün hadisələrdə gücü çatdığı qədər, onlara (ə) dayaq olmuşdur.
    

Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 782 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]