İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar (5) Üç şəhid vermiş qadının heyrətləndirici sözləri
Müsəlmanlar Ühüd savaşında çoxlu şəhid verirlər. Düşmənlər Peyğəmbərin (s) öldürülməsi haqda da, şayə yayırlar. Bu şayə, Mədinə qadınlarını çox narahat edir və onlar bu xəbəri araşdırmaq qərarına gəlirlər. Qadınlardan biri döyüş meydanından qayıdan bir nəfərdən Peyğəmbəri (s) xəbər alır. Həmin şəxs, Peyğəmbərin (s) sağ-salamat olduğunu bilsə də, onun sualına cavab vermək əvəzinə: «Ey bacım! Sizin atanız şəhid oldu» - deyir. Mədinədən olan bu qadın, bir az narahat olur, lakin yenə də soruşur: «Peyğəmbərdən (s) nə xəbər var?» Həmin şəxs yenə də, onun sualına cavab vermək əvəzinə: «Bacım, sizin qardaşınız şəhid oldu» - deyir. O qadın bir az kədərlənir, lakin yenə də soruşur: «Peyğəmbər (s) sağdır?» Həmin şəxs yenə də, qadının sualına cavab verməyərək: «Ey bacım, sizin əriniz də şəhid oldu» – deyir. Mədinəli xanım bu dəfə əsəbləşərək: «Mən qohumlarımdan kimin öldüyünü, kimin salamat qaldığını soruşmuram. Mənə Peyğəmbərdən (s) bir xəbər de». Yalnız bundan sonra o şəxs cavab verir: «Peyğəmbər (s) sağ-salamatdır». Bu xəbərdən sonra qadın rahat nəfəs alır və deyir: «Bizim verdiyimiz qurbanlar hədər getmədi».
|