«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 4:11 AM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:24 AM

İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar 
(7)
Böyük iradə sahibi olan Səfiyyə

Səfiyyə, Seyyidüş-şühəda Həzrət Həmzənin bacısı və Həzrət Peyğəmbərin (s) bibisi idi. Həzrət Həmzə Ühüd savaşında şəhid edilir. Qəlbi kinli düşmən onun pak cəsədini «müslə» edərək (yararaq) bədən üzvlərini kəsib ayırır. Döyüşün sonunda Peyğəmbər (s) Səfiyyənin qardaşı Həmzənin (ə) cəsədinə tərəf gəldiyini gördükdə Həzrət Zübeyrə buyurur: «Ananın qarşısını kəs, qoyma gəlsin».
     Əhvalatdan xəbərdar olan Səfiyyə təmkinlə deyir: «Niyə qardaşımı görməyə qoymursunuz? Əgər onu tikə-tikə etdikləri üçün qoymursunuzsa, bunu eşitmişəm, bilirəm. Allah yolunda bu hələ azdır. Biz bu tale ilə barışırıq. Mən buna səbr edirəm, Allah dərgahında isə hesabını istəyəcəyəm».
     Həzrət Peyğəmbər (s) Səfiyyənin iradəsini görüb buyurur: «İcazə verin gəlsin».
     Səfiyyə qabağa gəlir. Qardaşının bədənini o halda görüb ağladıqda, Peyğəmbər də (s) ağlamağa başlayır. Həzrət (s) iki əlini Səfiyyənin qəlbinə qoyub onun üçün dua edir.
     İndi isə Səfiyyənin Xəndək döyüşündə göstərdiyi qəhrəmanlığı barədə onun özünün söylədiklərinə diqqət edək. O deyir: «Mən bir dəstə qadın və uşaq ilə xeymədə oturmuşdum. Hisan ibn Sabit də bizimlə idi. O gün döyüş uzun çəkdi. Bizimlə Peyğəmbər (s) arasında o qədər çox məsafə var idi ki, əgər düşmən bizə gecə basqın etsəydi, ya hücuma keçsəydi müsəlmanlar bizi düşməndən qoruya bilməzdilər. Bu zaman bir yəhudi kişinin bizim xeymələrin ətrafında fırlandığını gördük. Mən Hisana dedim: «Bu kişini görürsən? Ona etibar etmək olmaz. Bəlkə düşmən casusudur?! Qalx ayağa onu buradan uzaqlaşdır».
     Hisan dedi: «Mən onunla qarşı-qarşıya dursam, o məni öldürər».
     Səfiyyə Hisanın bu sözünü eşidəndə qanı cuşə gəlib ayağa qalxır, təkbaşına düşmən casusu ilə hesablaşmaq qərarına gəlir. Silahı olmadığı üçün xeymənin sütununu yerindən qoparıb yəhudiyə hücum edir və əlbəyaxa döyüş zamanı onu öldürür. Yəhudi ölənə qədər Səfiyyə onunla döyüşür. O, İslam tarixində düşməni qanına qəltan edən ilk qadınlardan biri idi.
    

Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 775 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]