«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 3:53 AM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:25 AM
İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar 
(8)
İki şəhid anası Nəsibə

«Ümmü Əmmarə» adı ilə tanınan Nəsibə, Rəsuləllah (s) dövrünün qəhrəman qadınlarından olmuşdur. O, Peyğəmbərin (s) bütün döyüşlərində iştirak etmiş, döyüşçülərə su verib yaralılara tibbi yardım göstərmişdir. Nəsibə Ühüd döyüşündə də çiyninə su tuluğu alıb döyüşçülərə su verirdi. Döyüşün ən qızğın anında Nəsibə, su tuluğunu kənara atıb, özünü Peyğəmbərə (s) sipər edərək, onu hər tərəfdən müdafiə etmişdi. Bu barədə Peyğəmbər (s) buyurmuşdur: «Hara baxırdımsa, Nəsibənin məni qoruduğunu görürdüm».
     O, bu döyüşdə on üç yara alıb. Çiynindən aldığı yara isə o qədər dərin idi ki, onun müalicəsi bir il çəkib və yaranın yeri ömrünün axırına qədər onun çiynində qalıb. Həzrət Peyğəmbər (s) müsəlmanlardan birinin (qalxanı əlində ikən) qaçdığını görəndə ona buyurub: «Qalxanı yerə at».Onun yerə atdığı qalxanı Nəsibə götürüb. Bu zaman kafirlərin biri Nəsibəyə qılınc zərbəsi endirmək istədikdə o, qalxanla qılınc zərbəsini qaytarıb və oğlu Abdullahın köməyi ilə onu öldürüb. Nəsibə oğlu Abdullahın qaçmaq istədiyini gördükdə onun qabağını kəsib deyib: «Hara qaçırsan? Allah və Onun Peyğəmbərindən (s) qaçırsan?»
     Abdullah döyüş meydanına qayıdıb və döyüş əsnasında ağır yaralanarkən, Nəsibə, ləngimədən oğlunun yarasını bağlayıb və ona deyib: «Qalx, döyüşdə süst olma».
     Sonra özü həmin atlıya hücüm edib onun ayağına qılınc zərbəsi endirib. Qadının bu cür zirəkliyini görən Peyğəmbər (s) ürəkdən gülməyə başlayıb və deyib: «Afərin sənə! Yaxşı intiqam aldın».
     Oğlu Abdullahın bu döyüşdə şəhid olmasına baxmayaraq, Nəsibə sona qədər Peyğəmbəri (s) qoruyub.
     Peyğəmbərə ürəkdən bağlı olan Nəsibə o Həzrətdən belə bir xahiş edib: «Allaha dua et, bizi Cənnətdə səninlə bir yerdə qərar versin».
     Peyğəmbər (s) də onun xahişini qəbul edib dua edib.
     Nəsibənin digər övladının adı Həbib idi. O, Peyğəmbərin (s) Musəyləməyi-kəzzaba (peyğəmbərlik iddiasında olan şəxsə) göndərdiyi elçi idi. Bu qoçaq cavan Peyğəmbərin (s) xəbərini Musəyləməyə çatdıranda, Musəyləmə ona deyir: «Deməli, Muhəmmədin peyğəmbərliyini təsdiq edirsən?»
     O cavab verib: «Bəli».
     Musəyləmə ona deyib: «Bəs, mənim peyğəmbərliyimi təsdiq etmirsən?»
     O cavab verib: «Qulağım eşitmir».
     Bu sual-cavab üç dəfə təkrar olunub. Musəyləmə qəzəblənərək onu öldürüb, bədənini tikə-tikə doğrama göstərişini verib. Bu xəbər Nəsibəyə çatanda Musəyləmə ilə döyüşəcəyinə; bu döyüşdə ya özü öləcəyinə, ya da onu öldürəcəyinə and içib.
     Sevimli Peyğəmbərimizin (s) vəfatından sonra müsəlmanların Müsəyləməyə qarşı təşkil etdikləri döyüşdə Nəsibə də iştirak edib. Döyüş nəticəsində Müsəyləmə və tərəfdarları geri çəkilərək bir bağa sığınıblar. Bu döyüşdə bir əlini itirməsinə baxmayaraq Nəsibə, Əbu Ducacə Ənsari və digər bir neçə nəfərlə bağa girərək Musəyləməni öldürüblər. Nəsibə, oğlunun intiqamını alaraq arzusuna çatır. Lakin o. Bu, şücaətli, igid yetişdirən və iki şəhid vermiş qəhrəman ananın dastanı idi. Onun dilində İmam Əlinin (ə) fəryadı və əlində İmam Hüseynin (ə) qılıncı var idi!
    

Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 836 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]