«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 9:46 AM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:27 AM

İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar
 (10)
Qadınların siyasi işlərdə iştirakı
Hicrətin səkkizinci ilində, Məkkə fəth edilərək müsəlmanların ixtiyarına keçdikdən sonra, kafirlər təslim olaraq Peyğəmbərin (s) hüzuruna gəlib və o Həzrətə (s) beyət ediblər. Şücaətli və qəhrəman bir qadın – Əkrəmə ibn Əbu Cəhlin həyat yoldaşı «Ümmü Həkim» də İslam dinini qəbul edərək, bir dəstə qadınla Peyğəmbərin (s) hüzuruna gəlir. Ümmü Həkim Həzrətdən (s) soruşur: «Allah-Taalanın fərmanı olan «əmr be məruf» nə deməkdir? Ona riayət etmək bizə də sifariş olunub?»
     Peyğəmbər (s) («məruf»un bir neçə aydın nümunəsinə işarə edib) buyurdu: «Məqsəd budur ki, qadınlar (müsibət üz verəndə) əlləri ilə sifətlərinə xəsarət yetirməsinlər, üzlərinə vurmasınlar, saçlarını yolmasınlar, uca səslə nalə edib fəryad qoparmasınlar, öz kişilərini küfrə təhrik etməsinlər».
     Bu qadınlar, beyət üçün gəldikləri zaman, Allah tərəfindən «Mumtəhənə» surəsinin on birinci ayəsi nazil olur. Ayədə qadınların beyəti üçün altı şərt zikr olunur və belə buyurulur: «Ey Peyğəmbər! İmanlı qadınlar sənin yanına beyət üçün gəldikləri zaman,
     1. Allaha şərik qoşmasınlar;
     2. Oğurluq etməsinlər;
     3. Zina etməsinlər;
     4. Öz övladlarını öldürməsinlər;
     5. Böhtan atmasınlar;
     6. Yaxşı işlərdə sənə itaətsizlik göstərməsinlər.
     Bunlara əsasən, onların beyətini qəbul et və Allahdan onların günahlarının bağışlanmasını dilə. Həqiqətən də, Allah bağışlayan və mehribandır!»
     Beyət zamanı Ümmü Həkim o Həzrətdən (s) soruşdu: «Necə beyət edək?» Peyğəmbər (s) buyurdu: «Mən qadınlarla heç vaxt əllə görüşməyəcəyəm».
     Sonra Peyğəmbərin (s) əmri ilə bir qaba su tökürlər. Həzrət (s) əlini qabın içinə salıb çıxardıqdan sonra buyurur: «Ey qadınlar! Siz də əllərinizi bu suya salın».
     Həzrət Peyğəmbərin (s) dövründə yaşamış qadınlar, o Həzrətin (s) məktəbinin şagirdləri kimi, siyasi bir işdə, yəni beyətdə iştirak etmiş, arxa cəbhədə yaralılara tibbi yardım göstərmək üçün daim hazır olmuş, yaxın adamlarının şəhid olmalarını həmişə iftixarla qarşılayıb bu yolda dözüm və səbr göstərmişlər. Əgər onların ərləri şəhid olsaydı, başqası ilə ailə qurmağı özlərinə ar bilməzdilər. Onlar ərlərinin şəhid olmasına baxmayaraq, öz övladlarını da cəbhəyə göndərməyə hazır idilər.
     Zeyd ibn Asimin həyat yoldaşı Ümmü Əmmarənin (Nəsibənin) barəsində qeyd edildi ki, o, Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra düşmənin qarşısını almaq üçün Mədinə müsəlmanlarının Həzrətlə (s) bağladığı «Əqəbə» kimi mühüm əhd-peymanda da iştirak etmişdir. Bu barədə Peyğəmbər (s) buyurmuşdur: «Bu iki qadının beyətini qəbul etdim. Mənim bunu qəbul etməyim, onlar üçün kifayət edər. Çünkü mən (beyətdə) qadınlarla əl ilə görüşmürəm».
 
Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 767 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]