«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 9:59 PM
Main » Files » TARIXDƏ QADIN » İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar

2009-09-12, 7:31 AM
 
İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar 
(14)
Ummu Həkim
Həzrət Peyğəmbərdən (s) sonrakı dövrdə yaşamış nümunəvi qadınlardan biri də, Əkrəmənin həyat yoldaşı Ummu Həkimdir. İslamı qəbul etmiş Əbu Cəhlin oğlu Əkrəmə, müsəlmanlarla rumluların savaşında şəhid olduqdan sonra Əbu Süfyanın oğlu Yezid bu qadınla evlənmək istəmiş, lakin Ummu Həkim İslam aləmində tanınmış şəxslərdən biri olan Xalid ibn Səidlə ailə qurmağa razılaşmışdır. Ummu Həkim toy tədarükünə hazırlaşan Xalidə: «Səbr et. Müharibə qurtarandan sonra evlənərik» təklifini versə də, Xalid: «Ürəyimə damıb ki, bu savaşda şəhid olacağam» cavabını vermiş və onun təklifini qəbul etməmişdi.
     Xalid müsəlmanlardan bir dəstəni toya dəvət edərək (arxa cəbhədə) bir körpünün kənarında toy mərasimini keçirmişdir. (Həmin körpü sonralar «Ummu Həkim körpüsü» kimi tanınıb). Ancaq bu mərasim çox çəkmir. Toy əsnasında Roma qoşunu həmin məntəqəyə çatdığından müsəlmanlarla onlar arasında döyüş başlanır. Şücaətli, igid bir şəxs olan Xalid, şiddətli tufan kimi düşmənin başının üzərini alaraq, bir dəstəsini öldürüb özü də şəhid olur. Beləcə Ummu Həkim ikinci ərinin də şəhadət xəbəri ilə üzləşir, lakin o ümidsizlik və qəmginliyə qapılmır. Əksinə öz xeyməsinin sütununu yerindən qopardıb Romalı əsgərlərlə vuruşmağa başlayır və nəticədə yeddi nəfəri öldürür. Ummu Həkimin göstərdiyi şücaət, şəhid ərin yolunu davam etdirmək və şəhidə layiqli həyat yoldaşı olmağın sübutudur!
 
Category: İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar | Added by: IslamQadini
Views: 797 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]