«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 10:35 PM
Main » Files » TARIXDƏ QADIN » İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar

2009-09-12, 7:07 AM
 
İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar
 (1)

Biz burada İslamdan əvvəlki dövrlərdə yaşamış bir neçə nümunəvi qadının həyatını şərh edəcək, onların nümunəvi qadın olmalarının və əbədi olaraq adlarının qalmasının səbəbini açıqlayacağıq ki, digər qadınlar da onlardan örnək alıb bu yolla müqavimət dərsi öyrənsinlər.
     Dülgər Hizbilin həyat yoldaşı
     Dülgər Hizbilin həyat yoldaşı Fironun hakim olduğu dövrdə yaşamışdır. Firon tarixin böyük diktatorlarından olmuşdur. Camaatı bütpərəstlik və özünə pərəstişə məcbur edən Firon uzun illər Misirə hakimlik etmişdir. Yoxsul, ac camaat onun zülm, haqsızlıqla dolu boğucu hakimiyyətindən təngə gəlmişdilər. Allah-Taala insanları onun zülmündən xilas etmək üçün Həzrət Musanı (ə) peyğəmbər olaraq Bəni-İsrail qövmünə göndərdi. Amma məsələ elə də sadə deyildi; Həzrət Musaya (ə) iman gətirən hər insan ən ağır işgəncələrə məruz qalırdı. Belə insanlardan biri də Hizbilin həyat yoldaşı idi. O, Həzrət Musaya (ə) iman gətirmiş, ancaq mövcud şəraitə görə imanını gizli saxlamışdı. Bu qadın başqalarından fərqli olaraq, özünün sağlam düşüncəsi ilə başa düşürdü ki, Firon və ya bütlər Allahın şəriki ola bilməzlər.
     Dülgər Hizbilin həyat yoldaşı, Fironun qızının məşşatəsi (parikmaxeri) idi. Günlərin birində Fironun qızının saçını darayarkən daraq əlindən yerə düşür və bu xanımın dili uca Allahın zikrinə öyrəşdiyi üçün, darağı götürərkən ixtiyarsız «Allahın adı ilə» – deyir.
     Bu sözü eşidən Fironun qızı ondan soruşur: «Allah dedikdə atam Fironu nəzərdə tuturdun?»
     O cavab verir: «Xeyr, mən atanı Yaradana və onu yox edəcək bir Varlığa sitayiş edirəm».
     Fironun qızı dərhal atasının yanına gedib əhvalatı ona danışır və Firon qəzəblənərək, qadını yanına çağırtdırıb soruşur: «Sən məgər mənim allahlığımı qəbul etmirsən?»
     Qadın cavab verir: «Mən heç vaxt həqiqi Allahı buraxıb sənə pərəstiş etmərəm».
     Firon onun bu qətiyyətli sözündən çox əsəbləşir və dərhal misdən olan təndirin odla doldurulmasına əmr edir. Təndir qızardıqda isə cəlladlara: «Bu qadının uşaqlarının hamısını təndirə atın!» əmrini verir.
     Cəlladlar ananın gözləri qarşısında onun günahsız övladlarını təndirə atıb yandırırlar. Ananın övladlarından ancaq qucağındakı körpə sağ qalır. Firon, qadını öz əqidəsindən döndərmək üçün onu sağ qalmış körpəsini də öldürəcəyi ilə hədələyir: «Əgər Musanın dinindən uzaqlaşsan, uşağını oda atmayacağıq» – deyir. Digər övladlarına edilmiş zülmdən qəlbi təlatümə gəlmiş ana, onları zahirdə qane etmək üçün, nə isə demək istədikdə Allahın əmri ilə körpə dilə gələrək: «Səbr et, sən haqsan!» – deyib onu saxlayır.
     Ana səbr edir. Onun sağ qalmış yeganə körpəsini oda atıb yandırdıqdan sonra özünü də oda atırlar. Daha sonra cəlladlar ana və balaların külünü göyə sovururlar. Qatillərin onu ağır zalımlıqla şəhid etmələrinə baxmayaraq, bu möminə xanım əqidəsindən dönmür.
     Sevimli Peyğəmbərimizdən (s) belə bir rəvayət vardır: «Merac gecəsində fəzanın bir yerindən burnuma xoş bir ətir qoxusu dəydi. Həzrət Cəbrayıldan (ə) soruşdum: «Bu misilsiz ətir qoxusu haradan gəlir?» Həzrət Cəbrayıl (ə) cavabında buyurdu: «Bu Hizbilin həyat yoldaşı və uşaqlarının yanmış cəsədlərinin külündən gələn qoxudur. Bu xoş ətirli qoxu, qiyamət gününə kimi, fəzanın bu hissəsindən gələcəkdir».
     Göstərdiyi şücaət və qəhrəmanlığın müqabilində ona verilən mükafat budur. Onun pak cəsədinin xoş ətri merac gecəsi Peyğəmbərimizi (s) belə təəccübləndirmiş və o Həzrət (s) «İndiyə kimi burnuma belə bir xoş ətirli qoxu dəyməmişdir» – deyə buyurmuşdur.
    

Category: İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar | Added by: IslamQadini
Views: 523 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]