«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 2:04 AM
Main » Files » TARIXDƏ QADIN » İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar

2009-09-12, 7:12 AM
 
İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar 
(5)
İsmayılın (ə) anası Hacər
Əvvəllər kəniz olmuş Hacər, sonradan Həzrəti İbrahim Xəlilin (ə) həyat yoldaşı olmuşdur. O, bir neçə dəfə çox ağır və acı hadisələrlə üzləşmişdir. Allahın əmri ilə, İbrahimin (ə) onları Məkkənin uca dağlarının ətəyində, susuz və yandırıcı çöllükdə qoymağı da o hadisələrdən biri idi. Hacər bu əmri, Allaha və Peyğəmbərinə (ə) itaət edərək, qəbul edir və uzun müddət uşağıyla tək-tənha, uca Əbu Qubeys dağının ətəyində yaşayır. Əvvəllər susuz olan bu yerdə, sonralar Zəmzəm bulağı qaynadı və onların bu məkanda yaşayışı asanlaşdı. Hacər bu müddət ərzində uşağıyla birlikdə, mehriban ərindən uzaqda, bütün çətinliklərə dözür. Vaxt ötür, İsmayıl yeniyetmə yaşına çatır. İbrahim (ə) Allahın əmri və İsmayılın köməyilə Kəbə evini tikir. Allah daha bir sınaqla İbrahim (ə)-ı sınamaq istəyir. O, qoçaq övladı İsmayılı Allah yolunda qurban kəsməli idi. Ata və oğul, Hacəri – analıq məhəbbətinə xatir – bu ilahi əmrdən xəbərdar etmir və Allahın əmrini yerinə yetirmək üçün evdən çıxırlar. Amma onların səylərinə baxmayaraq Hacər bu əhvalatdan xəbər tutur. Əgər o adi bir qadın olsaydı, təbii ki, ciddi narahatçılıq keçirərdi. Axı, qəlbinin bir parçası, ömrünün səmərəsi olan İsmayılı qurban kəsmək istəyirdilər! Şeytan qoca bir kişi cildində gəlib əhvalatı ona söyləyəndə o, cavabında: «Heç bir ata oğlunun başını kəsməz» – deyir.
     Şeytan isə öz vəsvəsəsinə davam edir: «İbrahim (ə) deyir ki, bunu Allah buyurmuşdur». Hacər ona belə cavab verir: «Mənim və İsmayılın min canı olsa, Allaha fəda olsun. Kaş min oğlum olaydı, hamısını Allah yolunda qurban verəydim».
     Sonra əlinə bir neçə daş götürüb, şeytana tərəf ataraq onu qovur. Nəhayət şeytan məyus halda Hacərdən əlini üzür.
 
Category: İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar | Added by: IslamQadini
Views: 772 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]