«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 5:05 PM
Main » Files » TARIXDƏ QADIN » İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar

2009-09-12, 7:14 AM
 
İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar
 (7)
Həzrət Əyyubun (ə) həyat yoldaşı

İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlardan biri də Həzrət Əyyubun (ə) «Rühmə» adlı həyat yoldaşıdır. Həzrət Əyyub (ə) həyatın ən ağır hadisələri ilə üzləşmişdi; Uşaqları evin altında qalaraq ölmüş, bağları yanmış, bütün var-dövləti, mal-qarası tələf olmuş və axırda özü də uzun sürən bir xəstəliyə tutulmuşdu. Bunların hamısından ağır olanı isə insanların ona baş çəkib təsəlli vermək əvəzinə, vurduqları dil yaraları idi. Onlar belə deyirdilər: «Günahkar olduğuna görə, Allah səni bu vəziyyətə düçar edib».
     Camaat ondan uzaqlaşdığından, o, şəhərdən çıxaraq səhrada, ağır vəziyyətdə yaşamağa məcbur olur. Rühmə fədakarlıq göstərərək ərinə qulluq etməyi davam etdirməyinə baxmayaraq sonda yorulub əldən düşür. Onun yorulduğunu hiss edən, Əyyub ona deyir: «Məndən uzaqlaş!»
     O, Əyyubu tək qoyub gedir. Əyyub bu ilahi imtahandan yaxşı çıxdıqda Allah ona mərhəmət göstərib, əvvəlki sağlamlığını, cavanlığını ona qaytarır və ona müxtəlif nemətlər verir. Rühmə, Əyyubun istəyi ilə ondan uzaqlaşsa da, əziyyətdə olan ərinin ayrılığına tab gətirə bilmirdi. Nəhayət, Rühmə (Əyyubun əvvəlki sağlamlığının qayıtmasından və ona nemətlərin verilməsindən xəbərsiz halda) onunla görüşmə və ona yenidən xidmət etmə qərarına gəlir. Rühmə Əyyubun yaşadığı yerə çatanda səfalı, meyvəli, güllü-çiçəkli bağın içində gözəl bir cavan oğlan görür. Onu əvvəlcə tanımayıb təəccüblənir. Amma çox çəkmir ki, Əyyubun işarəsi ilə Allahın lütf və mərhəmətinin onlara şamil olmasını anlayır. Onların hər ikisi Allaha, bütün bu lütf və mərhəmətinə görə, şükr edirlər. Allah həmin xanımdan Əyyuba saleh bir övlad da nəsib edir. Əyyubun həyat yoldaşı Rühmə səbirsizlik etməsinə baxmayaraq, sonda peşman olub xəstə ərinə baxmağı davam etdirmə qərarına gəldiyindən, Allah-Taala da bunun müqabilində ona və ərinə çoxlu nemətlər bəxş edir. Deməli, insan çox ağır və çətin hadisələr qarşısında tez yorulub, dözümsüzlük göstərməməlidir. Əgər belə bir hal baş versə, gecikmədən səhvini düzəltməlidir.
    

Category: İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar | Added by: IslamQadini
Views: 849 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]