«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 3:52 AM
Main » Files » TARIXDƏ QADIN » İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar

2009-09-12, 7:15 AM

İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar
 (8)
Peyğəmbər Şueybin qızları

Şueybin qızlarının Musa ilə olan münasibətləri, qadınların düşüncə tərzinin və rəftarlarının necə olması üçün mühüm bir dərsdir.
     Həzrət Musa (ə) Fironun qüdrətli vaxtında məzlumları onun və məmurlarının zülmündən müdafiə edərdi. O, bir gün yenə də zalımlardan birinin zülmünün qarşısını almaq istəyərkən onun başına möhkəm bir yumruq zərbəsi endirir və həmin şəxs aldığı zərbədən ölür. Bundan sonra Musa (ə) daha artıq təhlükəyə məruz qaldığından gizli şəkildə Misirdən çıxıb piyada Mədyənə tərəf yola düşür. Musa (ə) Mədyənə yaxınlaşanda çobanların, qoyunlara su vermək üçün, quyu başına yığıldıqlarını və iki qızın kənarda durub öz qoyunlarının quyuya yaxınlaşmasının qarşısını aldığını müşahidə edir. Öz iffətlərini qoruyaraq qayda-qanuna və növbəyə riayət edən bu qızlar, Şueybin qızları idilər. Qəlbi həmişə imkansız və köməksiz insanlarla olan Musa (ə) qızlara kömək etmək qərarına gəlir və onlara yaxınlaşıb soruşur: «Qoyunlarınıza niyə su vermirsiniz?»
     Onlar cavab verirlər: «Kişilərin getməsini gözləyirik, onlar gedəndən sonra qoyunlarımıza su verəcəyik».
     Musa (ə) qabı onlardan alıb var gücü ilə, tək başına quyudan su çəkib qızların qoyunlarına su verir. Sonra onlardan ayrılıb bir ağacın kölgəsində oturur. Aclıq onu üzdüyündən Musa (ə) Allahdan kömək diləyir.
     Evlərinə gedən qızlar atalarına başlarına gələn əhvalatı danışırlar və Şueyb qızları vasitəsi ilə Musanı evinə dəvət edir.
     Bacılardan biri özünü tələsik Musaya (ə) çatdıraraq, atasının dəvətini ona bildirir. Bu dəvəti qəbul edən Musa qıza deyir: «Sən mənim arxamca gəl. Yolu səhv getsəm, arxadan həmin istiqamətə daş atmaqla mənə yolu göstərərsən». (Musanın (ə) bu sözləri onun iffətinin qorunmasına xatir idi).
     Qız razılaşır. Şueyb Musanı gülərüzlə qarşılayır. Qızı (Musa barəsində) atasına deyir: «Atacan, bu cavan oğlanı özünə köməkçi götür. Çünki güclü, etibarlı və ədəbli bir oğlandır».
     Atası onun bu xüsusiyyətlərini hardan bildiyini soruşduqda, qız – onun gücünü quyudan su çəkəndə, paklığını və təmizliyini isə yolda gördüyünü – deyir. Ağıllı qızının sözlərini qəbul edən ata sonradan Musaya (ə) qızlarından biri ilə evlənməsini təklif edir. Musa (ə) da bu təkliflə razılaşıb «Safura»nın əri olur.
    

Category: İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlar | Added by: IslamQadini
Views: 1072 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]