Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları |
2009-09-12, 7:46 AM | |
İmam Səccadın (ə) anası Həzrət Şəhrəbanu (ə)
İmam Səccadın (ə) anası Həzrət Şəhrəbanu (ə) axırıncı Sasani padşahı, üçüncü Yəzdgirdin qızı idi. Ona Səlamə və Qəzalə də deyirdilər. İslam ordusu İranı fəth etdikdən sonra Şəhrəbanu əsir kimi Mədinəyə gətirilmiş və burada öz seçimi ilə imam Huseynlə (ə) ailə qurmuşdu. Onun hansı xəlifənin (Ömərin, Osmanın, ya da Əlinin (ə)) xilafəti dövründə ailə qurması barədə üç ehtimal irəli sürülür. Şəhrəbanunun ilk övladı olan imam Səccad (ə) hicrətin 37-ci, yəni imam Əlinin (ə) xilafətinin üçüncü ilində (ya da hicrətin 36-cı ilində, imam Əlinin (ə) xilafətinin ikinci ili) doğulduğu üçün bu evlənmənin Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə baş verdiyi daha dəqiq ehtimaldır. Çünki imam Huseynin (ə) Şəhrəbanu ilə evləndiyi ilk on ildə onların uşaqlarının olmaması inandırıcı görünmür. («Bihar», c.46, səh.10)
Rəvayətə görə, İranın Mədain şəhəri İslam ordusu tərəfindən fəth olunmamışdan əvvəl Şəhrəbanu bir gecə yuxuda görüb ki, Peyğəmbər (s) imam Huseynlə (ə) birlikdə Mədaindəki sarayın eyvanına daxil olur və ona xitab edərək buyurur: «Ey əcəm padşahının qızı! Mən səni Huseynə (ə) nişanladım». O, sonrakı gecə də isə yuxuda Həzrət Zəhranı (ə) görüb ki, Xanım Zəhra ona deyir: «Sən oğlumun nişanlısı və mənim gəlinimsən. Tezliklə müsəlmanlar qalib gələcəklər və sən də onlara əsir olacaqsan. Nigaran olma, tezliklə ərin, oğlum Huseynin (ə) vüsalına çatacaqsan». («Bihar», c.46, səh.11; «Rəyahinuş-şəriət», c.3, səh.11) İmam Huseynin (ə) Şəhrəbanu ilə evlənməsi barədə imam Baqirin (ə) buyurduğu sözlər İmam Muhəmməd Baqir (ə) buyurur: «Yəzdgirdin qızı (Şəhrəbanu) əsir kimi Mədinəyə gələndə, Mədinənin qızları onun tamaşasına düzülmüşlər. O, məscidə daxil olanda məsciddə olanlar heyrətə gəlmişlər. Ömər ona baxanda, o, üzünü gizlətmiş və farsca demişdir: «Vay! Hörmüzün ruzigarı qara gəldi».
Ömər (farsca bilmədiyi üçün): «Bu qız məni söyür?» – söyləmiş, sonra isə onu satmaq qərarına gəlmişdir. Əmirəl-möminin Əli (ə) Ömərə buyurub: «Sənin buna haqqın yoxdur. Seçmək ixtiyarını öz öhdəsinə qoy. Hər kimi bəyənsə, mehriyyəsini həmin şəxsin beytul-maldakı payından hesabla». Ömər Əlinin (ə) təklifini bəyənmiş və seçmək ixtiyarını Şəhrəbanunun öhdəsinə qoymuşdu. Şəhrəbanu qabağa gələrək, əlini imam Huseynin (ə) çiyninə qoymuşdur. İmam Əli (ə) ondan soruşub: «Adın nədir?» O cavab verib: «Cahanşah». Həzrət Əli (ə): «Sənin adın Şəhrəbanuvəyh olsun!» – söyləmiş, sonra isə imam Huseynə belə (ə) buyurmuşdu: «Ey Huseyn! Şübhəsiz, bu qızdan sənin üçün yer üzünün ən yaxşı insanı dünyaya gələcək». («Usuli Kafi», c.1, səh.467) Həzrət Əlinin (ə) Şəhrəbanuya sualı və onun cavabı Şəhrəbanu əsir kimi Mədinəyə gətiriləndə, Həzrət Əli (ə) ondan soruşdu: «Atandan fil süvariləri (və İran ordusunun məğlubiyyəti) barəsində hansı sözləri xatırlayırsan?»
Şəhrəbanu cavabında dedi: «Yadımdadır, atam o zaman deyərdi ki, hər zaman Allahın iradəsi qalib gəlsə, bütün arzular onun müqabilində xar və nakam olar. Hər zaman ömürün, izzət və şövkətin sonu çatsa, ölüm vaxtı çatacaq. Onun qabağında təslim olmaqdan başqa çarə yoxdur». Həzrət Əli (ə) buyurdu: «Doğrudan da atan necə də gözəl bir söz deyib! Bütün işlər İlahi müqəddəratın müqabilində xar və təslim olar. Hətta, əcəl çatan zaman belə, insanın xahişlərinə və gördüyü tədbirlərinə qalib gələr». Həzrət Şəhrəbanu imam Səccadı (ə) dünyaya gətirəndə dünyasını dəyişib. | |
Category: İslamın gözəl xanımları | Added by: IslamQadini | |
Views: 836 | Downloads: 0 | Comments: 1 |
Total comments: 1 | ||||||
|