«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 8:35 AM
Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları

2010-05-28, 6:10 PM
 
İmam Baqirin (ə) anası Fatimə (ə)


İmam Baqirin (ə) əziz anası Fatimə (Ummu Əbdullah) imam Həsən Müctəbanın (ə) qızı idi. İmam Sadiq (ə) onu yad edərək, şəni və məqamı haqqında belə buyurub: «O çox doğru və düz danışan idi. İmam Həsən (ə) ailəsində onun kimi bir qadın olmayıb».
İmam Baqirin (ə) üstün olmasının səbəblərindən biri də elə bu idi ki, iki tərəfdən (yəni həm ata, həm də ana tərəfdən) imamətə bağlıydı. Onun əsli imam Həsən (ə) və imam Hüseyn (ə) vasitəsilə risalət mənbəyi Həzrət Peyğəmbərə (s) çatır. İmam Baqirin (ə) uca məqamına və kəramətinə işarə edən bir hadisəni qeyd etmək yerinə düşərdi. Həzrət (ə) bir gün bir divarın altında oturmuşdu. Birdən divar yarılır və onun uçacağını bildirən möhkəm səs eşidilir. Həzrət (ə) divara işarə edərək buyurdu: «Yox! Mustafanın haqqına and verirəm, Allah sənə aşmağa icazə verməsin».
Divar onun bu sözü və işarəsindən sonra havadan asılı vəziyyətdə qalır və İmam (ə) sağ-salamat oradan uzaqlaşır. Bundan sonra imam Sadiq (ə) (o Həzrətdən (ə) təhlükənin uzaqlaşmasına xatir) yüz dinar sədəqə verir. (Usuli Kafi, c.1, səh.469)

Category: İslamın gözəl xanımları | Added by: IslamQadini
Views: 723 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]