Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları |
2010-05-28, 6:11 PM | |
İmam Sadiqin (ə) anası Ummu Fərvə
Həzrət imam Sadiqin (ə) əziz anası, Fatimə adlı möhtərəm qadın Ummu Fərvə kimi tanınırdı. Ummu Fərvə imam Səccadın (ə) xalası oğlu Qasim ibn Muhəmməd ibn Əbu Bəkrin qızı idi. Qasim ibn Muhəmməd tanınmış şiə fəqihi və imam Səccada (ə) ən yaxın səhabədən sayılırdı. İmam Sadiq (ə) də onu imam Səccadın (ə) daha etibarlı və etimadlı səhabəsi kimi yad edirdi. Əhli-sünnə tarixçiləri onu «Tabein seyyidlər»indən və imam Səccadın (ə) dövründəki «yeddi fəqihlər»dən biri kimi qeyd edirdilər. O, hicri-qəməri tarixinin 101, ya 102, ya 108 və ya da 112-ci ilində 72 yaşında Mədinədə vəfat etmişdir. («Əyanuş-şiə», c.8, səh.446; «Təbəqate ibn Səd», c.5, səh.139; «Tənhiqul-məqal», c.2, səh.23 (Qasim kəlməsi); «Usuli Kafi», c.1, səh472) Bir gün imam Rzanın (ə) hüzurunda Qasim ibn Muhəmməd ibn Əbu Bəkr və Səid ibn Musəyyibdən (bunların hər ikisi öz əsrinin tanınmış və üstün fəqihləri olublar) söz açıldı. Həzrət (ə) buyurdu: «Bu iki nəfər şiə idilər». («Tənqihul-məqal», c.2, səh.23) İmam Sadiqin (ə) anası Ummu Fərvə belə bir şəxsin qızı idi. Onun şəninə və məqamına imam Sadiqin (ə) buyurduğu sözlər kifayətdir: «Anam imanlı, pərhizkar və yaxşı əməl sahibi olan qadın idi. Allah yaxşı əməl edənləri çox sevər». Sonra buyurur: «Anam nəql edir ki, atam (İmam Baqir (ə)) ona buyurub: «Ey Ummu Fərvə! Mən hər gecə-gündüz Allah dərgahından şiələrim üçün min dəfə məğfirət diləyirəm. Çünki bizə müsibət və bəla gələndə, Allahın onu müşahidə etdiyini yəqin edib və agah olub, səbir edirik. Ancaq bizim şiələrimizin belə bir elm və yəqinliyi olmadığı halda səbir edirlər». («Usuli Kafi», c.1, səh.472) Görkəmli hədis alimi Məsudi, «Murucuz-zəhəb»də rəvayət edir: «Ummu Fərvə öz əsrinin bütün qadınlarından daha pəhrizkarı idi». Ummu Fərvə pərhizkar olmaqdan əlavə, o qədər dəyərli məqama malik idi ki, onun oğlu imam Sadiqi (ə) «ibnul-mukərrəmə» (Möhtərəm qadının oğlu) kimi xatırlayırdılar. («Rəyahinuş-şəriət», c.3, səh.17) Belə nəql olunur ki, bir gün Ummu Fərvə Kəbənin kənarında təvafla məşğul idi. O, Həcərul-əsvədin yanına gəlib onu sol əllə məsh etdikdə oradakılardan biri (zahirən əhli-sünnə fəqihlərindən idi) ona dedi: «Ey Allahın kənizi! Sünnəti yerinə yetirəndə səhvə yol verdin» (yəni sol əllə «Həcərul-əsvədi» məsh etdin). Ummu Fərvə ona belə cavab verdi: «Bizim sənin elminə ehtiyacımız yoxdur». («Əyanuş-şiə», c.1, səh.659) Səriştəli alim, mühəddis Qumi bu cümlələri nəql etdikdən sonra deyir: «Etiraz edən zahirən əhli-sünnə fəqihlərindən idi. Ummu Fərvənin əri imam Baqir (ə), qaynatası imam Səccad (ə), öz atası (Qasim) böyük fəqih şəxslərdən və imam Səccadın (ə) etimadlı şagirlərindən biri olduğu halda, onların elm və fiqhlərindən necə də ehtiyacsız olmasın?» («Muntəhəl-amal», c.2, səh.81) | |
Category: İslamın gözəl xanımları | Added by: IslamQadini | |
Views: 924 | Downloads: 0 |
Total comments: 0 | |