«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Bazar, 2024-12-22, 8:47 AM
Main » Files » TARIXDƏ QADIN » İslamın gözəl xanımları

2010-05-28, 6:13 PM
 
İmam Rzanın (ə) anası Nəcmə
 

İmam Rzanın (ə) anası əsli Məğribdən (Afrika və keçmiş Əndəlos hüdudlarından) olan «Tuktəm» adlı qadın olub. (Onun barəsində Ərva, Səmmanə və s. kimi adlar da demişlər. İmam Rzanın (ə) təvəllüdündən sonra onu «Tahirə» də çağırırdılar. Nəcmənin künyəsi Ummul-Bənin idi («Uyunu əxbarir-Rza», c.1, səh.16; «Əyanuş-şiə», c.2, səh.13)) İmam Kazımın (ə) anası Humeydə (o da Əndəlosdan idi) onunla tanış olmuş və onu oğlu imam Kazımın (ə) həyat yoldaşı olması üçün bəyənmişdir. Tuktəm imamət və vilayət ailəsində Nəcmə adlandırılır. Nəcmə imam Kazımla (ə) ailə qurmazdan əvvəl Humeydədən İslam əxlaqı və qayda-qanunlarını öyrənir. O, din, istedad və ağıl cəhətindən qadınların ən yaxşısı idi. Həzrət Humeydə deyir: «Nəcmə bizim evə gələndə Peyğəmbəri (s) yuxuda gördüm, mənə buyurdu: «Ey Humeydə! Nəcməni oğlun Musaya (ə) bağışla (onunla evləndir). Şübhəsiz, tezliklə yer üzünün ən yaxşı insanı ondan dünyaya gələcək».
Mən bu göstərişə əməl edib Nəcməni oğlum imam Kazımla (ə) evləndirdim. İmam Rza (ə) da ondan dünyaya gəldi. («Elamul-vəra», səh.302)
Rəvayətdə gəlib ki, Humeydə oğlu imam Kazıma (ə) buyurub: «Oğlum! Tuktəm elə bir qadındır ki, ondan yaxşısını heç vaxt görməmişəm. Səni onunla evləndirərəm və sənə ona yaxşılıq etməyi sifariş edirəm». («Uyunu əxbarir-Rza», c.1, səh.14-15)
Həzrət Nəcmə (ə) Allahın zikrinə, munacata və ibadətə çox vaxt ayırırdı. O, Həzrət imam Rzaya (ə) süd verdiyi müddətdə qohumlarına deyib: «Dayə tapmaqla mənə kömək edin».
Ondan soruşdular ki, sənin südünmü azalıb?
O cavabında deyib: «And olsun Allaha, yalan demirəm! Südüm azalmayıb. Ancaq mən bu uşağa himayəçilik edəndən sonra namaz, təsbih zikrlərim və ibadətlərim azalıb (ibadət və munacatlarımı yerinə yetirmək üçün kömək istəyirəm)». («Uyunu əxbarir-Rza», c.1, səh.15)
İmam Rzanın (ə) anası Həzrət Nəcmədən (ə) nəql olunur ki, «Oğluma (imam Rzaya (ə)) hamilə olanda heç bir ağırlıq hiss etmədim. Yatanda öz bətnimdən həmd, təhlil və təsbih səsi eşidərdim və qorxardım. Yuxudan ayılanda isə heç bir səs eşitmirdim. O, (imam Rza (ə)) dünyaya gələndə bir əlini yerə qoydu və başını səmaya qaldırıb dodaqlarını hərəkətə gətirdi. Elə bil ki, bir söz deyirdi. Bu anda atası Musa ibn Cəfər (ə) mənim yanıma gəldi və buyurdu: «Ey Nəcmə! Allahın kəraməti sənə mübarək olsun».
Uşağı bir ağ parçaya büküb Həzrət Musa ibn Cəfərə (ə) verdim. Həzrət (ə) onun sağ qulağına azan, sol qulağına isə iqamə dedi. Fərat çayının suyundan istədi və onun ağzını Fərat suyu ilə islatdı. Sonra onu mənə tapşırdı və buyurdu: «Bu uşağı məndən al! O yer üzündəki Bəqiyyətullahdır». («Uyunu əxbarir-Rza», c.1, səh.20)

Category: İslamın gözəl xanımları | Added by: IslamQadini
Views: 776 | Downloads: 0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]