«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 4:19 AM
Main » Articles » Nurlu kelamlar » AİLƏ QURMAĞA TƏLƏSMƏK

Nurlu kelamlar
 
AİLƏ QURMAĞA TƏLƏSMƏK

257–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Bakirə qızlar ağacın meyvələri kimidirlər. Meyvə yetişdikdə yığılmasa günəş və küləklə xarab olduğu kimi, bakirə qızlar da qadınların gördüyü şeyi gördükdə ərə getməkdən başqa çarələri qalmır. Əgər onlar ərə getməsələr fəsaddan amanda qalmayacaqlar, çünki onlar insandırlar və insani ehtirasları vardır.
Kafi /5/337.
***

258–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər bir şəxs cavan ikən ailə qurduqda şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu.
Biharul-ənvar /103/221.
***

259–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Ey cavanlar! Sizlərdən hər kəsin qüdrəti varsa ailə qursun. Gerçəkdə bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.
Müstədrək və Vəsailuş-şiə /14/153.
***

260–Allahın Rəsulu (s.ə.v.v.) tərki-dünya olub ailə qurmaqdan çəkinməyin qarşısını alıb, qadının ailə qurmaqdan imtina etməsini qadağan etmişdir.
Müstədrək və Vəsailuş-şiə /14/248.

Category: AİLƏ QURMAĞA TƏLƏSMƏK | Added by: IslamQadini (2009-10-04)
Views: 1115 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]