«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 11:29 PM
Main » Articles » Nurlu kelamlar » AİLƏ QURMAQ-BÖYÜK BİR İBADƏT

Nurlu kelamlar
 
 
AİLƏ QURMAQ-BÖYÜK BİR İBADƏT

244–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurub:  Ailəli şəxsin qıldığı iki rəkət namaz, gecələri oyaq qalıb ibadət edən və gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.
Mən layəhzuruhul-fəqih /3/380.
***

245–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ailəli yatmış şəxs, Allah yanında gündüzləri oruc tutub gecələri oyaq qalan subaydan üstündür.
Biharul-ənvar /103/221.
***

246–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.
Biharul-ənvar /103/221.
***

247–İmam Sadiq əleyhissalam buyurur:  Bir kişi atamın xidmətinə gəldi. Həzrət ondan soruşdu:  Evlisənmi?

Cavab verdi:  Yox.

Buyurdu:  Bütün dünyanı və dünyada olanları, tək gecələyim (subay qalım. Red) deyə, mənə versələr qəbul etmərəm. (Sonra buyurdu…) Evli kişinin qıldığı iki rəkət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.

Sonra atam ona yeddi dinar pul verib buyurdu:  Bu pulu evlənməyə sərf elə.
Biharul-ənvar /103/217.

Category: AİLƏ QURMAQ-BÖYÜK BİR İBADƏT | Added by: IslamQadini (2009-10-04)
Views: 1173 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]