«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 3:01 PM
Main » Articles » Nurlu kelamlar » ALİMLƏRİN FƏZİLƏT VƏ ƏHƏMİYYƏTİ

Nurlu kelamlar

 

ALİMLƏRİN FƏZİLƏT VƏ ƏHƏMİYYƏTİ

109–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Ümmətim içərisində iki dəstə var ki, əgər onlar saleh və düzgün olsalar, ümmətin hamısı əməli-saleh olar və əgər fəsad etsələr, ümmətim də fəsada düşər. Soruşuldu ki, ey Allahın Peyğəmbəri, onlar hansılardır? Buyurdu:  Fəqihlər (din alimləri) və əmirlər (hökumət işçiləri).

Biharul-ənvar /2/49.

***

110–İmam Baqir əleyhissalam buyurur:  Əgər alimin hüzurunda otursan, danışmaqdan çox eşitmək üçün həris ol, yaxşı danışmağı öyrəndiyin kimi, yaxşı qulaq asmağı da öyrən və heç vaxt danışanın sözünü kəsmə.

Biharul-ənvar /1/222.

***

111–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Ya Əli, Cəbrail adəm övladında olan yeddi gözəl xüsusiyyətə görə insan zümrəsindən olmağı arzu edərdi:  1. Camaat namazı qılmaq, 2. Alimlərlə oturub-durmaq, 3. İki nəfəri barışdırmaq, 4. Yetimə nəvaziş etmək, 5. Xəstələrə baş çəkmək, 6. Dəfn mərasimində iştirak etmək, 7. Həcc mərasimində susuzlara su vermək. Bu işləri görməyə tələs!

İsna-əşəriyyə /245.

***

112–İmam Əli əleyhissalam buyurur:  Həqiqətən hikmət sahiblərinin sözü gerçək olduqda dərman, yanlış olduqda isə dərd-bəladır.

Nəhcül-bəlağə, kəlimati qisar /265.

***

113–İmam Həsən Əskəri əleyhissalam buyurur:  Bizim şiələrimizin alimləri islam dininin sərhədçiləridir. Bizim ardıcıllarımızdan hər kəs bu vəzifəni öhdəsinə alsa, Rum qoşunları ilə cihada gedən şəxsdən daha fəzilətli olar. Çünki o, bizi sevənlərin din sərhədlərini müdafiə edir.

Əl-ihticac /2/155.

***

114–İmam Riza əleyhissalam buyurur:  Agah olun və bilin ki, fəqih (din alimi) o şəxsdir ki, xalqa xeyir, fayda versin, onları düşmənlərdən qorusun, Allahın Cənnət ne`mətlərini onlar üçün artırsın, onları düz yola hidayət etməklə onlar üçün Allahın rizvanını kəsb etsin.

Biharul-ənvar /2/5.

***

115–İmam Əli əleyhissalam buyurur:  Həqiqətən alimin əcri, savabı oruc tutan, namaz qılan və Allah yolunda cihad edən şəxsin savabından artıqdır. Bir alim ölən zaman islama elə bir ağır xəsarət dəyir ki, bu xəsarəti yalnız onun öz yerinə qoyduğu xələf cübran edə bilər.

Biharul-ənvar /2/43.

***

116–İmam Əli əleyhissalam buyurur:  Mal-dövlət yığanlar diri ikən ölüdürlər. Alimlər isə dünya durduqca diridir (və bəşəriyyət onların elmi əsərlərindən istifadə edir), cəsədləri torpaqlara qarışır, özləri isə qəlblərdə yaşayır.

Nəhcül-bəlağə, kəlimati qisar /147.

***

117–İmam Hüseyn əleyhissalam buyurur:  Həqiqətən müsəlmanların işləri, səmavi hökmlərin icrası ilahi alimlərin əlindədir. Onlar Allahın halal və haram buyurduğu işlərdə əmanətdarlardır.

Tühəful-üqul /172.

Category: ALİMLƏRİN FƏZİLƏT VƏ ƏHƏMİYYƏTİ | Added by: IslamQadini (2009-10-07)
Views: 1092 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]