«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 6:47 PM
Main » Articles » Nurlu kelamlar » CAMAAT NAMAZI

Nurlu kelamlar
 
 
CAMAAT NAMAZI
439–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Allah, bəndəsi camaat namazına məşğul olub namazdan sonra Ondan bir şey dilədikdə, onu qəbul etməməkdən həya edər (yə`ni hökmən Allah onun istəyini verər).
Biharul-ənvar /88/4.

***
440–İmam Riza əleyhissalam buyurur:  Camaatla qılınan namazın hər rəkəti, tək qılınan namazın 2000 rəkətinə bərabərdir.
Biharul-ənvar /88/4. Vəsailuş-şiə /8/280.

***
441–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Kişinin camaatla qıldığı bir namaz, evində tək qıldığı qırx ilin namazından yaxşıdır.
Müstədrəkul-vəsail /6/443.

***
442–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Ümmətimin yer üzündə camaat namazının sıraları, göydəki məlaikələrin sıraları kimidir və camaat namazının bir rəkəti 24 rəkətə bərabərdir ki, onun hər biri Allah yanında qırx ilin ibadətindən məhbub və əzizdir. Qiyamət günündə Allah-taala bütün yaranmışları hesaba çəkmək üçün bir yerə toplayacağı zaman, mö`minin camaat namazı qılmaq üçün getməsi onun qorxu və həyəcanını azaldar və sonra əmr edər ki, daxil ol cənnətə.
Biharul-ənvar /88/6.

***

443–Bir nəfər Rəsuli-əkrəmə (s.ə.v.v.) dedi:  Mən koram, azan səsini eşidirəm, amma bir adam yoxdur ki, əlimdən tutub məni məscidə aparsın və namazımı sizinlə, camaat namazı qılım, vəzifəm nədir?

Həzrət buyurdu:  Evindən məscidə bir ip çək və ondan tutub camaat namazına gəl.
Təhzib /3/266.

***
444-İmam Baqir əleyhissalam buyurur:  Hər kim camaat namazını üzrlü səbəb olmadan və müsəlmanların ictimaiyyətindən uzaqlaşmaq üçün qılmasa, heç bir namazı olmayacaq (yə`ni namazı qəbul olmayacaq).
Biharul-ənvar /88/11.

***

445–İmam Riza əleyhissalam buyurur:  Həqiqətən camaat namazı dində xalislik, tək olan Allaha sitayiş etmək, Allaha ibadət edib Ona təslim olmağı aşkar etmək üçün müəyyən olunmuşdur. Çünki din hökmlərinin e`lan olunması və haqq bünövrələrinin bəyan edilməsiylə Allahın höccət və dəlili şərq və qərb əhlinə çatdırılır, islam dininin həqiqətləri aydınlaşır. Vahid Allaha sitayiş olunduğu üçün, artıq şirk və kafirliyin qaranlıq zülməti nurun qarşısında davam gətirə bilməz və nəhayət məhv olub gedəcəkdir.

Allahın dinindən uzaq düşüb onu yüngül sayanlar, amma müsəlmançılıq iddiası edənlər, istər-istəməz camaat namazına gəlir və iddiasına uyğun olaraq camaat namazına dayanır, nəticədə cəmiyyətin əməli bir şəkildə olur və kimsə hökmü pozmayır.

Xalq bir-birini tanıyır və bir-birinə şahid dura bilmələri üçün şərait yaranır. Bu məqsədi həyata keçirmək üçün ən yaxşı şey camaat namazıdır.

Bu toplaşma səbəb olur ki, xalq bir-birinə kömək əli uzatsın, ümumi mənafe xatirinə həmkarlıq etsin, çətinlikləri aradan qaldırsın, dindarlıqda, Allaha sitayiş etməkdə və çoxlu günahların qarşısını almaqda bir-birinə yardım etsinlər.
Biharul-ənvar /88/12.
 
***
446–Fatimə əleyhəssalam buyurur:  Sizin ən yaxşılarınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır.
 Dəlailül-imamət

***
447–Fatimə əleyhəssalam həyat yoldaşı Əli əleyhissalama dedi:  Ey Əbəlhəsən, ruhum sənə fəda olsun, canım sənə gələn bəlalara sipər olsun! Əgər sən xeyirdə olsan, səninlə birgə olaram. Əgər çətinliklərə və bəlalara düçar olsan, yenə də səninlə birgə olaram.

***
448-Dördüncü İmam Həsən Müctəba əleyhissalam gördü ki, anası Fatimə əleyhəssəlam həmişə başqalarına, qonum-qonşularına dua edir. Soruşdu:  Anacan, nə üçün özünə dua etmirsən? Həzrət Fatimə əleyhəssalam cavab verdi:  Oğlum! Əvvəl qonşular, sonra özümüz.
 Kəşfül-ğəmmə , 2-ci cild, səh.25; Biharul-ənvar , 43-cü cild, səh.82.

***

449-Həzrət Fatimə əleyhissalam camaata xitab edərək buyurdu:  "Allah-taala imanı sizlərin şirkdən xilas olmağınız, namazı təkəbbür və qürurdan paklanmağınız, zəkatı nəfsinizin saflaşması və ruzinizin artması, orucu ixlasınızın möhkəmlənməsi, eləcə də dini ayinlərin güclənməsi, ədaləti qəlblərin bir-birinə yaxınlaşması, bizə itaət etməyi ümmətin nizam-intizamı, bizim imamətimizi isə təfriqə və pərakəndəlikdən amanda qalmaq vasitəsi etdi.

Cihadı islamın izzət və başıucalığı, səbirli olmağı haqqın mükafatını cəlb etmək vasitəsi, əmr be mə`rufu xalqın ümumi məsləhət və mənafeyinə riayət etmək, ata-anaya yaxşılıq etməyi Allahın qəzəbinin qarşısını almaq səbəbi qərar verdi.

Qohum-əqraba ilə əlaqələrin bərqərar edilməsini (sileyi-rəhim) mö`minlərin artması, qisas hökmünü nahaq qanların axıdılmasının qarşısını almaq vasitəsi etdi.

Nəzrə vəfa etməyi bağışlanmağa səbəb, çəkidə aldatmaqdan uzaq olmağı isə çatışmamazlıqlarla mübarizə yolu qərar verdi.

Şərabən qadağan edilməsini çirkinliklərdən, aludəliklərdən təmizlənmək, töhmət və yersiz ittahamlardan uzaq olmağı isə Allah qəzəbi qarşısında bir pərdə qərar verdi.

Oğurluğun tərk edilməsini nəfsani iffətin qorunaması, şirkin haram olmasını bəndəçilik və haqqın rübubiyyətində xalis olmaq vasitəsi qərar vermişdir. Belə isə İlahi məqama layiq olan təqvaya sahib olun, Onun əmr və göstərişlərinə qarşı çıxmaqdan çəkinin. Nəticədə  müsəlman halda dünyadan gedərsiniz. Allahın əmr etdiyi şeyləri yerinə yetirib, qadağan etdiyi şeylərdən uzaq olun, çünki Allah bəndələri içərisində yalnız alim və agah bəndələr Onun qarşısında müti olur, ilahi vəzifələr qarşısında isə məs`uliyyət hiss edirlər.

Bu, böyük şiə və sünnü alimlərinin mö`təbər sənədlərlə nəql etdiyi məşhur xütbələrdəndir. Bu sənədlərin hamsını İbni Əbil Hədid "Nəhcül-bəlağə”yə yazdığı şərhdə nəql etmişdir.
Mən la yəhduruhul-fəqih 3/254

Category: CAMAAT NAMAZI | Added by: IslamQadini (2009-09-19)
Views: 1440 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]