«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 2:02 PM
Main » Articles » Nurlu kelamlar » DİL VƏ ONUN BƏLALARI

Nurlu kelamlar
 
 
DİL VƏ ONUN BƏLALARI
172–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha kəskindir.
Biharul-ənvar /71/286.

***
173–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Heç bir şey dil qədər həbs olunmağa daha layiq deyildir (çünki günahların əksəriyyəti dilin vasitəsi ilə baş verir:  Qeybət, yalan, töhmət, məsxərə, dil yarası və sair).
Biharul-ənvar /71/177.

***
174–İmam Əli əleyhissalam buyurur:  Fikirləş sonra danış ki, azğınlıqlardan amanda qalasan.
Ğürərul-hikəm /228.

***
175–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  İnsanın fəlakəti üç şeydədir:  qarnında, şəhvətində və dilində. (Acgözlük, cinsi düşkünlük və boşboğazlıq. Red.)
Vəqayeul-əyyam /297.

***

176–İmam Baqir əleyhissalam buyurur:  İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz.
Biharul-ənvar /78/178.

Category: DİL VƏ ONUN BƏLALARI | Added by: IslamQadini (2009-10-07)
Views: 5095 | Rating: 3.4/11
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]