«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 2:25 AM
Main » Articles » Nurlu kelamlar » DİNDƏ AXTARIŞ

Nurlu kelamlar
 
DİNDƏ AXTARIŞ
418–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Müsəlmanın həftədə (heç olmasa) bir gün dini məsələləri, halal-haramı öyrənməməsi necə də böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!...
Biharul-ənvar /1/176

***
419–Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurur:  Hər kim dinşünaslıqla məşğul olsa, Allah onun yaşayışını sahmana salar, gözləmədiyi, ağlına gəlmədiyi yerdən ruzisini yetirər.
Məhəccətul-beyza /1/15.

***
420–İmam Sadiq əleyhissalam buyurur:  Şiə cavanları din öyrənməyi qarşılarına məqsəd qoymalıdırlar. Əgər bir cavanın bu əhəmiyyətli işə məşğul olmadığını görsəm onu ədəbləndirərəm.
Biharul-ənvar /1/214.

***
421–İmam Baqir əleyhissalam buyurur:  Şiələrimizə xəbər ver, əgər onlara əmr olunanlara əməl etsələr, qiyamət günü nicat tapacaqlar.
Biharul-ənvar /2/29.

***

422–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kim xalqın dində ehtiyaclı olduğu qırx hədisi başqalarına öyrətsə, Allah onu qiyamət günü fəqih və alim kimi həşrə gətirəcək.
Biharul-ənvar /2/153.

Category: DİNDƏ AXTARIŞ | Added by: IslamQadini (2009-09-19)
Views: 1094 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]