«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 1:46 PM
Main » Articles » Nurlu kelamlar » DOLANIŞIQ

Nurlu kelamlar
 
DOLANIŞIQ

287–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Allahın rəhmətindən qovulmuşdur, qovulmuşdur öz külfətini ehtiyaclı və başsız qoyan şəxslər.
Mən layəhzuruhul-fəqih /3/168.
***

288–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Arvadının bədrəftarlığına dözüb şıltaqlığına görə ona acıqlanmayan, vurmayan, pis söz deməyən, dolanışıqda onun üçün çətinlik yaratmayan, bir sözlə ondan əvəz çıxmayan və səbr edən kişi öz əcr-savabını Allahdan istəsə, mütəal Allah ona şakirlərin savabını verəcəkdir.
Mən layəhzuruhul-fəqih /4/16.
***

289–İmam Sadiq əleyhissalam buyurur:  Ailəsinin rahatlığı üçün zəhmət çəkən şəxs, Allah yolunda cihad edənlərə bənzəyir.
Kafi /5/ii. Mən la yəhzuruhul-fəqih /3/168.
***

290–İmam Sadiq əleyhissalam buyurur:  Bu günah kişiyə bəsdir ki, qadınını, uşaqlarını və nəfəqəsi boynunda olan başqa kəsləri əli boş və möhtac qoya.
Mən layəhzuruhul-fəqih /3/168.
***

291–İmam Sadiq əleyhissalam buyurur:  Öz ailə-uşaqlarının başçılığını öhdəyə götürmək kişinin xoşbəxtliklərindəndir. 
Mən layəhzuruhul-fəqih /3/168.
***

292–Mütəal Allah buyurur:  Allahı tanımağın əlamət və nişanələrindən biri budur ki, O sizin üçün öz cinsinizdən olan zövcə yaratdı ki, onlarla ünsiyyət yaradıb aram olasınız və sizinlə onların arasında mehr-məhəbbət, atifə və rəhmət qərar verdi ki, birlik, həmrə`ylik, batini və şəxsi əlaqə yaratmaqla ictimai həyatınızı tə`min edib fəsad və çətinlikləri aradan qaldırasınız.
Rum surəsi, 210-cu ayə.
***

293–Biharul-ənvar da belə nəql olunur…

Bir gün Osman ibni Məz`unun həyat yoldaşı Ümmü Sələmənin yanına gəldi. Ümmü Sələmə ona dedi:  Nə üçün ətir vurmursan, saçlarına həna, rəng qoymursan?

Osman ibni Məz`unun yoldaşı cavab verdi:  Ərim bir müddətdir ki, mənimlə yaxınlıq etmir.

Ümmü Sələmə soruşdu:  Nə üçün?

Cavab verdi:  Osman qadınlarla yaxınlıq etməyi özünə haram edib, rahiblik yolunu tutub.

Ümmü Sələmə bu xəbəri Həzrəti Peyğəmbərə (s.ə.v.v.) çatdırdı. Həzrət səhabələri ətrafına toplayıb buyurdu:  Qadınlarınızdan uzaq gəzirsiniz?! Halbuki mən (öz) xanımlarımın yanına gedirəm, gündüz xörək yeyir, gecə yatıram. Hər kəs mənim üslubumdan kənara çıxsa məndən deyildir.
Biharul-ənvar /93/73.
***

294–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs ailə xərcinin qorxusundan evlənməsə, Allaha bədgüman olmuşdur. (Allahı Öz bəndələrinə ruzi çatdırmaqda aciz bilmişdir).
Mən layəhzuruhul-fəqih /3/385.
***

295–İmam Riza əleyhissalamdan nəql olunur:  Bir qadın İmam Baqir əleyhissalama ərz etdi ki, mən mütəbəttiləyəm (tərki-dünya olmuşam).

Həzrət buyurdu:  Dünyanın harasını tərk etmisən?

Ərz etdi:  Qərara almışam ki, heç vaxt ərə getməyəm.

Buyurdu:  Niyə?

Dedi:  İstəyirəm böyük fəzilətə çatam.

Həzrət buyurdu:  Bu fikirdən dön, əgər bu işdə bir fəzilət olsaydı, xanım Fatimeyi Zəhra əleyha salam buna səndən daha ləyaqətli idi. Çünki heç bir qadın heç bir fəzilətdə ondan qabağa keçməyib və keçməyəcəkdir.
Biharul-ənvar /103/219.
***

296–Əbi Əbdillah əleyhissalamdan nəql olunur ki, üç nəfər qadın Həzrət Peyğəmbərin (s.ə.v.v.) hüzuruna gəldi. Onlardan biri dedi:  Mənim ərim ət yemir.

İkincisi dedi:  Mənim ərim özünü ətir və xoş iyli şeylərdən məhrum edib.

Üçüncüsü dedi:  Mənim ərim qadınlarla yaxınlıq etmir.

Həzrət Rəsuli-əkrəm evdən xaric oldu və əbası yerlə süründüyü halda (narahatçılıqdan) gəlib minbərə çıxdı. Allaha həmd-sənadan sonra buyurdu…

Bə`zi səhabələrə nə olub (niyə belə edirlər-Red.) ət yemir, ətir iyləmir və qadınla yaxınlıq etmirlər?!...
Kafi /5/496.
***

297–İmam Sadiq əleyhissalamdan belə nəql olunub ki, Osman ibni Məz`unun həyat yoldaşı Peyğəmbərin hüzuruna gəlib dedi:  Ey Allahın Peyğəmbəri, ərim Osman gündüzləri oruc tutur, gecələri ibadətlə keçirir. (Yə`ni mənə qarşı tam e`tinasızdır.) Həzrət qəzəbli halda, başmaqlarını sürükləyə-sürükləyə gəlib Osmanı namaz qıldığı halda tapdı. Osman, Həzrəti gördükdə ibadətdən fariğ oldu. Həzrət buyurdu…

Ey Osman, Mütəal Allah məni rahiblik üçün deyil, cism ilə ruhun hüququnu hifz edən ədalətli və asan olan şəriətlə göndərmişdir. Mən də oruc tutur, namaz qılır, öz əhli-əyalımla müaşirətdə oluram. Bəs hər kəs fitrət və dinimi istəyirsə, gərək mənim yolumla getsin, nikah da mənim dinim və sünnətimdəndir.
Kafi /5/494.

Category: DOLANIŞIQ | Added by: IslamQadini (2009-10-01)
Views: 1175 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]