«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 3:05 PM
Main » Articles » Nurlu kelamlar » DOST VƏ DOSTLUQ

Nurlu kelamlar
 
DOST VƏ DOSTLUQ

189–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Hər insan öz dostunun, yoldaşının dininin tə`siri altında olur, ona görə də kimlərlə dostluq etməyinizdə diqqətli olun.
Biharul-ənvar /74/192.
***

190–İmam Sadiq əleyhissalam buyurur:  Elə bir şəxslə dost ol ki, sənə zinət olsun, amma o kəslə dost olma ki, sən ona zinət olasan (yə`ni həmişə özündən yaxşı kəslə dostluq et ki, mə`nəvi irəliləyişlərə çatasan).
Biharul-ənvar /76/267.
***

191–İmam Sadiq əleyhissalam buyurur:  Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki, eyblərimi mənə hədiyyə etsin, desin.
Biharul-ənvar /76/282.
***

192–İmam Cə`fər Sadiq əleyhissalam öz atasından, o, da öz cəddindən belə nəql edir:  Əli əleyhissalam buyurdu:  Həqiqətən müsəlman şəxsin üç dostu var. Onlardan biri deyir ki, mən həm sağlığında, həm də öləndən sonra səninlə dostam. O dost hər bir şəxsin öz əməlidir. Bir dost da deyir ki, mən qəbrə qədər səninləyəm, orada səni tərk edəcəyəm. O da onun övladlarıdır. Bir dost da deyir ki, mən səninlə ölənə qədər dostam. Bu da onun sərvəti, malıdır ki, ölən kimi varislərin ixtiyarına keçir.
Xisal /1/114.
***

193–İmam Sadiq əleyhissalam buyurur:  Düz işlər görən və düz danışan şəxslərlə dostluq et və sə`y et ki, onlardan çoxlu mə`rifət kəsb edəsən. Çünki onlar sənin rifahda yaşadığın vaxtlarda arxan, müsibət baş verdikdə isə köməklərindir.
Biharul-ənvar /74/187.
***

194–İmam Səccad əleyhissalam buyurur:  Yaxşı və saleh insanlarla oturub-durmaq insanı layiqli olmağa vadar edir...
Biharul-ənvar /78/141.
***

195–İmam Səccad əleyhissalam buyurur:  Günahkarlarla yoldaşlıqdan, zalımlara kömək etməkdən uzaq olun.
Biharul-ənvar /78/151.

Category: DOST VƏ DOSTLUQ | Added by: IslamQadini (2009-10-06)
Views: 3131 | Rating: 3.1/7
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]