«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 9:42 AM
Main » Articles » Nurlu kelamlar » DÜNYA MALINA HƏRİSLİK

Nurlu kelamlar
 
DÜNYA MALINA HƏRİSLİK
361–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Hər kimin iki günü bərabər və inkişafsız olsa zərər etmişdir.
Biharul-ənvar /71/173.
 
***
362–İmam Kazim əleyhissalam buyurur:  Dünya malı dəniz suyuna bənzər, susuz adam ondan nə qədər içsə, susuzluğu bir o qədər artar və nəticədə onu həlak edər.
Biharul-ənvar /78/311.

***
363–İmam Hadi əleyhissalam buyurur:  Camaat bu dünyada mal-dövlətə, axirətdə isə yaxşı əməllərə yüksək baxarlar.
Biharul-ənvar /78/368.

***

364–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Ümmətimin qadınlarını iki şey həlak edər:  1. Qızıl; 2. Nazik paltarlar geyib bədənini özgələrə göstərmək; Həmçinin iki şey ümmətimin kişilərini fəlakətə sürükləyər: 1. Savadsızlıq; 2. Mal toplamaq və dünya hərisliyi.
Məcmueyi vərram.

Category: DÜNYA MALINA HƏRİSLİK | Added by: IslamQadini (2009-09-19)
Views: 962 | Rating: 2.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]