«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 3:39 AM
Main » Articles » Nurlu kelamlar » Elmin həqiqəti (3)

Elmin həqiqəti (3)
Elmin həqiqəti (3)


İkinci fəsil: Əqli maarifin səbəbləri

Çevirən:

ƏLƏDDİN MƏLİKOV

Təfəkkür

Quran


"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!"[1]

"Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!"[2]

"Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!"[3]

"(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr."[4]

Hədis

İmam Əli (ə): Təfəkkür hikmətə səmər bəxş edir.[5]

İmam Əli (ə): Sənin təfəkkürün səni düzgün yola hidayət edir.[6]

İmam Əli (ə):Hər kəs ələ gətirdikləri elmdə çox təfəkkür edərsə, öz elmini möhkəmləndirəcək və başa düşmədiklərini, başa düşəcəkdir.[7]

İmam Əli (ə): Özünü sənin hikmətinin çoxalmasına səbəb olacaq təfəkkürdən və səni qoruyacaq ibrətdən məhrum etmə.[8]

İmam Əli (ə): Fəzilət dörd növdür: Onlardan biri hikmətdir ki, onun söykənəcək yeri təfəkkürdür.[9]

İmam Əli (ə): həmişə fikirləşin, çünki o görən qəlbin həyatı və hikmət qapılarının girişidir.[10]
Öyrənmək

Quran

"O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi".[11]

"(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi".[12]

Hədis

Peyğəmbəri əkrəm (s): Elm, öyrənməklə hasil olar.[13]

İmam Əli (ə): Bilmək üçün eşid, salamat qalmaq üçün sakit ol.[14]

İmam Sadiq (ə): Dərs oxumaq və təhsil almaq agahlığı kamil edər.[15]
İbrət

Quran


"Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar)."[16]

Hədis

İbn Dinar: Mütəal- Allah Musaya (ə) vəhy etdi: Dəmirdən düzəlmiş iki ayaqqabı və əsa götür və yer üzündə səyahət et və ibrət al o vaxta qədər ki, ayaqqabıların yırtıla və əsan sına.[17]

İmam Əli (ə): Davamlı surətdə ibrətlənməyin nəticəsi uzaq görənlik və pis əməllərdən uzaq olmaqdır.[18]
Təcrübə

İmam Əli (ə): Ağıl iki növdür: Təbii ağıl və təcrübə ilə ələ gələn ağıl, hər ikisi faydalıdır.[19]

İmam Əli (ə): Təcrübələrdə təzə elm vardır.[20]
Ziddiyyətləri tanımaq

İmam Əli (ə): Bilin (və agah olun)! (haqq) yolu tanımayacaqsanız nə qədər ki, onu tərk edəni tanımayıbsınız. Quranla əhd- peymanı möhkəmləndirməyəcəksiniz, nə qədər ki, onu sındıranı tanımayıbsınız. Qurandan möhkəm yapışmayacaqsınız, nə qədər ki, onu buraxanı tanımayıbsınız. Quranın tilavətinin haqqını yerinə yetirməyəcəksiniz, nə qədər ki, onu təhrif edəni tanımayıbsınız. Yolunuzu azmağı bilməyəcəksiniz, nə qədər ki, hidayətin nə olduğunu bilməyibsiniz. Təqvanın nə olduğunu bilməyəcəksiniz, nə qədər ki, təcavüzkarı tanımayıbsınız.[21]

İmam Əli (ə): Nemətlərin qiymətini təkcə onun ziddləri ilə müqayisə etməklə tanımaq olar[22]

Üçüncü fəsil: Qəlbi maarifin səbəbləri
Vəhy

Quran
"Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi."[23]

"(Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!"[24]

Hədis

Peyğəmbəri- əkrəm (s): Fitnələr gecə parçaları kimi sizə qaranlıq olduqda qurana pənah gətirin. Quranın zahiri və batini vardır. Onun zahiri hikmət, batini isə elmdir. Onda (Quranda) hidayət işıqları, hikmət nuru və mərifət göstəriciləri mövcuddur və bunlar Quranın xüsusiyyətlərini bilənlər üçündür.[25]

İmam Əli (ə) Allahın qüdərətinin vəsfində belə buyurmuşdur: Yaratdıqlarını dünyada yerləşdirən və (hikmət və mərifətinə əsasən) peyğəmbərlərini (hidayət etmək üçün bir- birinin ardınca) cin və insanlara tərəf göndərən Allah odur. (O, peyğəmbərlərini göndərdi) ki, onlar (insan və cinlər) üçün dünyanın (nadanlıq və azğınlıq) pərdəsini aradan qaldırsınlar.[26]
İlham

Quran

"(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar."[27]

"Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): "Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!" - deyə bildirdik."[28]

Hədis

Peyğəmbəri- əkrəm (s): Batini elm Allahın sirrlərindən bir sirr və hikmətlərindən bir hikmətdir ki, istədiyi övliyalarının qəlbinə qoyar.[29]

İmam Sadiq (ə): Allahın bu buyurduğunun "bilin ki, Allah insanla onun qəlbinin arasında ayrılıq salar" barəsində buyurur: (Yəni Allah) Onunla batili haqq xəyal edənlərin arasında ayrılıq salar.[30]

İmam Rza (ə): Allah hər zaman bəndələrinin işini hər hansı bir bəndəsinin öhdəsinə qoyarsa, onun sinəsini (qəlbini) genişləndirər (ona çoxlu səbr verər), hikmət çeşmələrini onun qəlbində əmanət qoyar və elmi ona ilham edər.[31]
Vəsvəsə

Quran


"Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız."[32]

"Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam".[33]

"Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır."[34]

"(Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir."[35]

Hədis

İmam Əli (ə): Ürəklərdə gizlənib kəmində duran və qulaqlara sakitcə piləyən düşməndən özünüzü qoruyun.[36]

İmam Zeynalabidin (ə) öz "Allaha şükür etməkdən aciz olmasını etiraf etmək" adlı duasında Allaha belə ərz edir: Əgər şeytan onlara səni itaət etməkdə hiylə və tor qurmasaydı, heç bir günahkar sənə itaətsizlik etməzdi. Əgər (şeytan) onlara batili haqq kimi cilvələndirməsəydi, heç bir azğın sənin yolundan azmazdı.[37]

Harun ibn Xaricə: İmam Sadiqə (ə) ərz etdim: Mən nə özümdə, nə varımda və nə də dostumda heç bir səbəb (şadlıq görmədən) şad oluram. Həmçinin nə özümdə, nə varımda və nə də dostumda heç bir qəm- qüssə görmədən qəmgin oluram. (yəni heç bir səbəbsiz bəzən şad və bəzən də qəmgin oluram).

İmam buyurdu: Bəli, şeytan insanın qəlbinə piləyir və deyir: "Əgər Allah yolunda bir xeyirin olsaydı (yəni əgər xeyirli bir əməlin olsaydı və Allah yanında sevimli bəndə olsaydın) sənin düşmənini sənin üzünə çəkməz və səni ona möhtac etməzdi. Belə deyilmi ki, elə bir şey gözləyirsən ki, səndən qabaqda (çoxları) onun intizarında olubdurlar?" Bu (şeytanın bu vəsvəsəsi) sənin səbəbsiz qəmginliyinə səbəb olur. Amma şadlığının səbəbi (mələkdir). Mələk qəlbə piləyir (ilham edir) və deyir: "Allah sənin düşmənini sənin üzünə çəksədə və səni ona möhtac etsədə, bu müvəqqətidir. Allahın məğfirəti (bağışlaması) və fəzilətini bu müvəqqəti çətinliyə görə sənə müjdə verirəm." Bu Allahın quranda buyurduğudur: [38] "Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir."[39]


Dördüncü fəsil: İlhamın mənşələri
İman


Quran
"Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər. (O, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər). Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir!"[40]

Hədis

Peyğəmbəri- əkrəm (s): İman çılpaqdır, onun paltarı təqva, zinəti həya, varı düşüncə və meyvəsi elmdir.[41]

İmam Əli (ə) iman və onun əsaslarını xatırladığı xütbədə belə buyurur: Allah imanı, onu (imanı) tanıyanların şərəfi, imanla danışanların hikməti, imanla işıqlanmaq istəyənlərin işığı qərar vermişdir.[42]
İxlas (əməli yalnız Allaha xatir etmək)

Quran

"Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)"[43]

Hədis

Peyğəmbəri- əkrəm (s): Hər hansı bir Allah bəndəsi qırx gün özünü xalis edərsə, (bütün əməllərini ixlasla və yalnız Allaha xatir edərsə) hikmət bulağı onun qəlbindən dilinə axar.[44]

İmam Əli (ə): İxlas hasil olmaqla gözlər nurlanar.[45]
Əhli- beytlə dostluq

Peyğəmbəri- əkrəm (s): Hər kəs hikmət axtarırsa gərək mənim əhli beytimi sevsin.[46]

İmam Sadiq (ə): Hər kəs biz Əhli- beyti sevə və bizim məhəbbətimiz onun qəlbində ola, hikmət çeşməsi onun qəlbindən dilinə axar.[47]
Allahdan qorxmaq

Peyğəmbəri- əkrəm (s): Əgər Allahdan layiqincə qorxsaydınız böyük elmlərdə əl tapardınız və əgər Allahı layiqıncə tanısaydınız dualarınızla dağları yerindən qaldırardınız.[48]

Peyğəmbəri- əkrəm (s): Allahdan qorxmaq hər bir hikmətin kilididir[49]
Əməl

Quran


"Əgər Allaha itaət etsəniz hidayət olarsınız".[50]

"Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!"[51]

Hədis

Peyğəmbəri- əkrəm (s): Hər kəs bildiyinə əməl edərsə, Allah onun bilmədiklərini də ona verər.[52]

İmam Əli (ə): Heç bir şey Əməl kimi elmin inkişafına səbəb ola bilməz.[53]
Namaz

Peyğəmbəri- əkrəm (s): Namaz qılan (şəxs) mələklərin məhəbbətinə, hidayət, iman və mərifət nuruna malikdir.[54]

Peyğəmbəri Əkrəm (s): Hər vaxt bəndə gecənin yarısı öz mövlası (Allahı) ilə xəlvətdə münacat (və razi- niyaz) etsə, Allah onun qəlbini nurlandırar. Elə ki, "Ey mənim Allahım! Ey mənim Allahım!" deyərək Allahını səsləyə, əzəmətli Allah cavab verər: Bəli ey mənim bəndəm! İstə, (hər nə istərsən) verim və mənə təvəkkül et ki, sənə kifayət edim. Sonra Əzəmətli Allah öz mələklərinə belə buyurar: Ey mənim mələklərim! Mənim bəndəmə baxın və görün qaranlıq gecədə nə cür mənimlə xəlvət edibdir, halbuki, həyatlarını batilliklə və hədərə keçirənlər və qafillər yuxudadırlar. Şahid olun ki, mən onu bağışladım.[55]
Oruc

Peyğəmbəri- (s) merac gecəsində Allaha belə ərz etdi: Ey mənim Allahım! Oruc tutmağın faydası nədir? Allah buyurdu: Oruc tutmaq hikmət gətirər, hikmət agahlıq gətirər, agahlıq da yəqin gətirər.[56]
Zöhd

Peyğəmbəri- (s): Hər zaman gördünüz bir kəsə dünyada zahidlik və az danışmaq verilibdir, ona yaxınlaşın, çünki ona hikmət verilmişdir.[57]

Imam Əli (ə): Hər kəs dünyada zahidlik edə və onunla xar olmasından narahat olmaya, izzət üçün rəqabət aparmaya, Allah özü, heç bir kəsi vasitə salmadan onu hidayət edər, heç bir şey öyrənmədən onu alim edər və qəlbində hikməti möhkəmləndirib, onun dilinə cari edər.[58]
Halal yemək

İmam Əli (ə): Hər kəs qırx gün Allah üçün Əməllərini xalis edə, halal yeyə, gündüzləri oruc tuta, gecələri ibadətə (namaza) qalxa, Allah hikmət çeşməsini onun qəlbindən dilinə cari edər.[59]

İzah

İbadətin qəbul olmağında halal yemək yeməyin rolunu bəyan edən hədislərə diqqət etdikdə, həmçinin haram yeməklə ibadət edənin ibadətini yumuşaq qum üstündə tikilən binaya bənzədən hədislərin ətrafında düşündükcə belə nəticəyə gəlirik ki, halal yemək, elm hikmətin digər mənşələrinin təsir qoymağında belə böyük rolu vardır.
Az yemək

Peyğəmbəri- (s): Az yemək insanın batini nurlaşmasına səbəb olar.[60]

İmam Əli (ə): Peyğəmbər merac gecəsində Allah- sübhandan soruşdu: Ey mənim Allahım! Aclığın faydası nədir? (Allah ) buyurdu: Hikmət, mənə yaxın olmaq, (Allaha daha da yaxın olmaq üçün olan) həmişəlik qəm, xalq arasında sadə yaşamaq, düz danışmaq, həyatda aza və çoxa etina etməmək. Ey Əhməd! Əgər bəndəm qarnını ac saxlarsa, və dinini qoruyarsa ona hikmət verərəm. Əgər bu şəxs kafirdirsə onun hikməti (onun əleyhinə) höccət olacaqdır (və iman gətirməməsinə artıq heç bir bəhanəsi olmayacaqdır). (hikmət bilib kafir qaldığı halda bu hikmət onun üçün bir) bəla olcaqdır. Amma Əgər mömindirsə onun hikməti onun üçün (daim) işıqlıq gətirər, dəlil, şəfa və rəhmət olar. Bilmədiklərini bilər, görmədiklərini görər və ona göstərəcəyiniz birinci şey onun öz eybləri olar ki, öz eyblərini (islah etməyə) məşğul olmaqla digərlərinin eybindən uzaq qalar. Elmin sirrlərini ona aşkar edərəm ki, şeytan onun ətrafına yol tapmasın.
Dua

Allahın rəsulu (s): Ey mənim Allahım! Həqiqətləri mənə olduğu, kimi göstər.[61]

İmam Zeynalabidin (ə): Mənə elə bir nur bəxş et ki, camaatın arasında onun sayəsində qədəm götürüm, qaranlıqda onunla yol gedim və şəkk- şübhəyə düşən zaman onunla işıqlanım ( hidayət olum və düz yolu tapım).[62]

İmam Zeynalabidin (ə): "istiğfar" duasında Allaha belə ərz edir: Mənə ismət ver və dilimi hikmətlə aç.[63]

İmam Sadiq (ə): Ey mənim Allahım! Gözümdə işıq, dilimdə agahlıq nəsib et.[64]

İzah

İlhamın mənşə və əsasları təkcə qeyd etdiklərimiz deyil, hətta dördüncü bölmənin ikinci fəslində "hicabları yırtanlar" ünvanı ilə bəyan edəcəklərimizdə ilhamın mənşə və əsaslarındandır.[65]


[1] - Ali- İmran surəsi, ayə 191

[2] - Əraf surəsi, ayə 176

[3] - Nəhl surəsi, ayə 44

[4] - Həşr surəsi, ayə 21

[5] - Ğurərul- hikəm, hədis 878

[6] - Ğurərul- hikəm, hədis 6545

[7] - Ğurərul- hikəm, hədis 8917

[8] - Ğurərul- hikəm, hədis 10307

[10] - Əlamuddin, səh 297

[11] - Ələq surəsi, ayə 4

[12] - Ələq surəsi, ayə 5

[13] - Səhih- Buxari, cild 1, səh 37

[14] - Ğürərul- hikəm, hədis 2299

[15] - Nuzhətun- nazir, səh 115, hədis 55

[16] - Həcc surəsi, ayə 46

[17] - Əddurul- Mənsur, cild 6, səh 61

[18] - Ğürərul- hikəm, hədis 5150

[19] - Mətalibussudul, səh 49

[9] - Kəşfül- ğümmə, cild 3, səh 138

[20] - Kafi, cild 8, səh 22, hədis 4

[21] - Kafi, cild 8, dəh 390, hədis 586

[22] - Ğürərul- hikəm, hədis 3879

[23] - Nəcm surəsi, ayə 5

[24] - Nisa surəsi, ayə 113

[25] - Kafi, cild 2 səh 598, hədis 2

[26] - Nəhcül- bəlağə, xütbə 183

[27] - Kəhf surəsi, ayə 65

[28] - Qəsəs surəsi, ayə 7

[29] - Əlfirdövs, cild 3, səh 42, hədis 4104

[30] - Tövhid, səh 358, hədis 6

[31] - Kafi, cild 1, səh 202, hədis 1

[32] - Ənam surəsi, ayə 121

[33] - Nisa surəsi, ayə 118

[34] - Nisa surəsi, ayə 119

[35] - Nisa surəsi, ayə 120

[36] - Ğürərul- hikəm, hədis 2623

[37] - Səhifeyi- Səccadiyyə, dua 37

[38] - Təfsiri- Əyyaşi, cild 1, səh 150, hədis 459

[39] - Bəqərə surəsi, ayə 268

[40] - Təğabun surəsi, Ayə11 həmçinin bax Bəqərə 213

[41] - Əlfirdövs, cild 1, səh 112, hədis 380

[42] - Töhəful- uqul, səh 162

[43] - Ənkəbut surəsi, ayə 69

[44] - Uyuni- Əxbari Riza, sild 2, səh 69, hədis 321

[45] - Ğürərul- hikəm, hədis 6211

[46] - Miətu mənqəbə, səh 107

[47] - Əlməhasin, cild 1, səh 134, hədis 167

[48] - Kənzul- ummal, cild 3 səh 142, hədis 5881

[49] - Əlmaniye- Tusi, səh 569, hədis 1178

[50] - Nur surəsi, ayə 54

[51] - Hədid surəsi, ayə 28

[52] - Hilyətul- Əvliya, cild 10, səh 15

[53] - Ğürərul- hikəm, hədis 9569

[54] - Əlxisal, səh 522, hədis 11

[55] - Əmaliye- Səduq, səh 353, hədis 432

[56] - İrşadul- qulub, səh 203

[57] - (Sünəni ibn Macə, cild 2, səh 1373, hədis 4101

[58] - Töhəful- uqul, səh 223

[59] - Müsnədi- zeyd, səh 384

[60] - Əlfirdövs, cild 1, səh 290, hədis 1138

[61] - Əvalul- ləali, cild 4, səh 132, hədis 228

[62] - Səhifeyi- Səccadiyyə, dua 22

[63] - Əlbələdul- əmin, səh 46

[64] - Kafi, cild 2, səh 590, hədis 31

[65] - Əlavə məlumat "Elm və hikmət hicablara barəsində məsələlər" fəslinə bax.

Category: Elmin həqiqəti (3) | Added by: IslamQadini (2012-10-13)
Views: 2156 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]